
XİRİDis. [fars.] Satınalma, alma (mal, şey). □ Xirid eləmək (etmək) - 1) satın almaq, pulla almaq (mal, şey və s.). [Əsgər bəy:] Təbrizdə sən bizə də, özünə də xirid elə. M.F.Axundzadə. [Ağa Qurban:] Keçən il getmişdim Nijni yarmarkasına, mal xirid eləyib yola saldıqdan sonra bir neçə gün istirahət üçün qalmaq xəyalına düşdüm. Ə.Haqverdiyev; 2) dan. satıb başdan eləmək.
Paylaşın - Hamı bilsin
|