.....i_l_by_id_with_comments XIRILDAMAQ sözünün izahı / XIRILDAMAQ sözünün mənası

İzahlı lüğət

XIRILDAMAQ

f. 1. Aydın olmayan, boğuq, tutqun səs çıxarmaq; xırıltı səsi çıxarmaq. Ölmək ölməkdir, xırıldamaq nə deməkdir. (Məsəl). [Dəli:] “uşaqları gözləyin, uşaqları gözləyin” deyə-deyə epileptik adamlar kimi yerə dəydi, xırıldayaraq yuxuya getdi. M.İbrahimov. Əlyarovun üzgözü əyildi. - Nəyi soruşum, nəyi öyrənim? deyə xırıldadı. M.Hüseyn. Zakir udqundu, özünə yad gələn boğuq, titrək bir səslə xırıldadı. H.Seyidbəyli.
2. Bax xışıldamaq. Qar xoş bir səda ilə xırıldayır. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....