İzahlı lüğət

XIRIM-XIRDA

is. 1. Çox işlədilən, tez-tez lazım olan hər cür xırda şeylər, ev şeyləri. Xırım-xırdanı yeşiyə yığmaq. - Nərgiz, Nərgizcan! - deyə [Rəşid] cəld irəli addımlayıb Nərminə xanımın xırım-xırdası ilə yüklü qollarını qızına doğru uzatdı. Ə.Məmmədxanlı. Məzlum .. üzünü təmiz qırxdı, xırımxırda şeylərini və skripkasını yerbəyer edib çamadana yığdı. S.Vəliyev. Əsəd kişi .. bu mücrüyə xırım-xırda yığardı və heç kəsin də onunla işi olmazdı. B.Bayramov.
2. məc. Kiçik, xırda, əhəmiyyətsiz, cüzi. Xırım-xırda işlər. - Oxucularımızdan təvəqqe edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul edirəm. “Mol. Nəsr.”. Gərək ki, [Həsən] xırım-xırda alver də edirdi. Qantəmir. [Prokuror:] Haradasa, kim isə xırım-xırda oğruları, rüşvətxorları həvəsləndirir, şirnikdirir. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

X

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed