
XİRTDƏKLƏMƏK/ Xirtdəyindən tutmaq (yapışmaq), yaxalamaq, boğazlamaq. [Qəssab] oğlan içəri girən kimi, onu xirtdəkləyib basdı yerə. (Nağıl). Səmənnaz qarı qapını açanda atlılardan biri qəfildən onu xirtdəklədi. Ə.Vəliyev. Daldan iki qüvvətli əl [polkovniki] xirtdəklədi. S.Vəliyev.
Paylaşın - Hamı bilsin
|