
XIŞMAis. Adətən “bir” sözü ilə: bir xışma - ovucdolusu, bir ovuc. Bir xışma ot. Bir xışma buğda. - Qaşıq gəlincəyə qədər səbr etməyib [Ağasəfər] aşdan bir xışma götürdü. Ə.Əbülhəsən. Salam, atından enib qara torpaqdan bir xışma götürdü, baxdı. Mir Cəlal. [Yusif] deməyə söz tapmayıb naxırçı çantasından bir xışma zoğal çıxartdı: - Aç ətəyini, Şahpəri! B.Bayramov.
Paylaşın - Hamı bilsin
|