İzahlı lüğət

XIŞMALAMAQ

f. 1. Qamarlayıb götürmək, ovcu ilə götürmək, ovuclamaq. Əlyarov pulları cəld xışmalayıb stolunun orta siyirməsinə qoydu. M.Hüseyn. Kəndlilər toxumluq buğdanı xışmalayıb dəmyə yerlərə səpəndə şirin bir arzu ilə “ya bəxt” deyərlər. Mir Cəlal. Nərgiz yeni-yeni ələ gələn saçını xışmaladı, gözləri torpağa baxa-baxa qaldı. B.Bayramov.
2. Ovuclayıb əzik-əzik etmək, büzüşdürmək, əzib-tökmək. Hacı Rəsul, müştərisindən daha ağır söz eşitməmək üçün əlindəki qəzeti xışmalayıb ovcunda sıxdı. Mir Cəlal. Firəngiz cibindəki kağızları xışmaladı. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed