
XİYABANis. [fars.] Hər iki tərəfində ağac əkilmiş yer, yol və s. Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, iki tərəfindən uca çinarlar qalxıb. Ə.Haqverdiyev. Qar hər yeri bürüyən zaman, [uşaqlar] bağın xiyabanlarında qardan top qayırar, onları yumalamağa başlardılar. S.S.Axundov. Bulvarın xiyabanlarında salxım-salxım parlaq işıqlar yandı. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|