
XOCAis. köhn. 1. Keçmişdə mədrəsədə təhsil alıb başına sarıq sarıyan, cübbə geyən dindar adam və ya din xadimi. Isfahan mülkündən gələn xocalar!; Bu canımda intizarım var mənim. Aşıq Abbas. [Naib:] Böylə fürsət bulunur, sanma, xocam! H.Cavid.
2. Müəllim, mürəbbi, tərbiyəçi. [Müəllim:] Birisinin xocası siz analar, o birisinin xocası biz müəllimlər. A.Şaiq. Paylaşın - Hamı bilsin
|