İzahlı lüğət

XÜLASƏ

is. [fars.] 1. Müxtəsər, bir sözlə, uzun sözün qısası. Xülasə, daha nə deyim, baharın bu gözəl ayında bizim ölkə kimi gözəl ölkə az tapılar.. E.Sultanov. Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Ə.Haqverdiyev. [Qüdrət:] Xülasə, bədbinləşmək lazım deyil. M.Hüseyn.
Bir əsərin, nitqin və s. qısaca məzmunu, nəticəsi, mahiyyəti. Romanın xülasəsini danışmaq. □ Xülasə etmək - qısa məzmununu vermək.
Nəticə, yekun. Əcəba o zavallı qarı altmışillik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ibarəni neçə dəfə təkrar etmişdi? A.Şaiq. Doğrudur, [Kərbəlayı Əzimin] yanında Dilşadın adını çəkməyirlərdi, amma ümumi məsələdən xülasə çıxarmaq çətin deyildi. T.Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed