İzahlı lüğət

XÜMS

is. [ər. “beşdə bir”] İslam dinində: varlı adamın öz gəlirinin, qazancının beşdə bir hissəsi miqdarında kasıblara verməli olduğu vergi. Camaatın, xüsusən sərvətdarların xümsü, zəkat və fitrəsi ağanın mübarək əlilə paylanardı. Ə.Haqverdiyev. Fitrə, zəkat, xüms, həcc və Kərbəlanı ziyarət etmək kimi “təkliflərin” hamısı Əhmədin tərəfindən danışıqsız qəbul edilirdi. B.Talıblı. // məc. Klassik şeirdə gözəlin iltifatına, mərhəmətinə işarə. [Həcər xanım:] Olar gözəllərin xümsü, zəkatı; Cavana yetişər, çala yetişməz. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOV

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed