İzahlı lüğət

XÜRRƏM

sif. və zərf [fars.] klas. Şad, şən, qəm-qüssədən uzaq, sevinc, fərəh içində olan (çox zaman şad və xürrəm şəklində işlənir). Böyük xanım şad və xürrəm gümüş podnos içində iki istəkan kəmrəng çay gətirmişdi. M.S.Ordubadi. Hamı şad, xürrəm evinə qayıtdı. N.Nərimanov. Kələyin baş tutmasından şad və xürrəm halda Mahmud bayıra çıxıb evinə qayıdarkən [arvadının] qəflətən çarşabı qoltuğuna vurub yeznəsi ilə getməsini müşahidə edir. Talıblı. □ Xürrəm olmaq - şad olmaq, sevinmək, fərəh içində olmaq. Xürrəm oluram, o olsa xürrəm; Qəm yetsə ona, mənə yetər qəm. Füzuli. Əhdi dürüst ola, iqrarı möhkəm; Gözündən irağa düşəndə bir dəm; Nə könlü açıla, nə ola xürrəm; Fikri, zikri sənin sarı gərəkdir. Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed