
XÜSUSƏN[ər.] zərf 'Xüsusi olaraq, hamıdan artıq, ən çox, hər şeydən əvvəl, ayrıca, ələlxüsus. Xüsusən ev qulluqçuları, gədə, Almas və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. N.Nərimanov. Bu böyük itki, bu kədərli faciə bütün qohum-qardaşa, xüsusən Atabalaya çox ağır təsir etdi. A.Şaiq. Qumru çox azdanışan, xüsusən müavinlə söz güləşdirməyən bir arvad idi. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|