
YA1bağl. Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki, ya ki variantları da vardır). Ya təmə kəs hə-yat zövqündən; Ya ləbiləli-dilsitandan keç. Füzuli. Ya buyur cəllada, ya çəkdir dara; Ya yetir dərmana, üzün bürümə! Aşıq Ələsgər. Bunu da ərz edirik ki, .. məktubu Hacı Məcid əfəndi ya özü yazıb, ya öz yavuq adamlarının birinə yazdırıb.. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|