İzahlı lüğət

Y (ID - 41925)

Azərbaycan əlifbasının otuz birinci hərfi. Bax ye

YA1 (ID - 41926)

bağl. Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki, ya ki variantları da vardır). Ya təmə kəs hə-yat zövqündən; Ya ləbiləli-dilsitandan keç. Füzuli. Ya buyur cəllada, ya çəkdir dara; Ya yetir dərmana, üzün bürümə!...

YA2 (ID - 41927)

nida [ər.] Xitab bildirir. Ya qismət! Ya mədəd! - Qədək aldım yaxalıq; Gəldi düşdü bahalıq; Can üzüb, yar sevmişəm; Sən kömək ol, ya xalıq! (Bayatı). Ver muradın bu Vaqifin, ya sənəm! M.P.Vaqif. [Əsgər:] Gəl, Əsgər, ya qismət...

YABA (ID - 41928)

is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti. Dəmir yaba. - Bostana girən porsuq yabanı qəbul eylər. (Ata. sözü)....

YABACIQ (ID - 41929)

is. Balaca yaba.

YABALAMA (ID - 41930)

“Yabalamaq”dan f.is.

YABALAMAQ (ID - 41931)

f 1. Yaba ilə otu, samanı və s.-ni götürüb bir yerə yığmaq, toplamaq, yaxud atmaq.
2. Yaba ilə vurmaq.

YABALANMA (ID - 41932)

“Yabalanmaq”dan f.is.

YABALANMAQ (ID - 41933)

məch. Yaba ilə qaldırılmaq, toplanmaq, atılmaq.

YABALAŞMA (ID - 41934)

“Yabalaşmaq”dan f.is.

YABALAŞMAQ (ID - 41935)

qarş. Yaba ilə bir-birini vurmaq; dalaşmaq. Şərti şumda kəs, xırmanda yabalaşma. (Ata. sözü).

YABALATMA (ID - 41936)

“Yabalatmaq”dan f.is.

YABALATMAQ (ID - 41937)

icb. Yaba ilə yığdırmaq, atdırmaq, qaldırmaq.

YABALI (ID - 41938)

sif Yabası olan, əlində yaba tutmuş. Belli, dəhrəli, yabalı, külünglü, kürəkli adamlar bir-birinə qarışmışdılar. Ə.Vəliyev.

YABALIQ (ID - 41939)

is. Yabanın götürə bildiyi miqdar (adətən rəqəmlərlə). İki yabalıq ot.

YABAN (ID - 41940)

is. [fars.] Çöl, biyaban, insan yaşamayan yer. ..Yabana hürən köpəklərin xırxırı, hürüşü kəsmə-kəsmə eşidilirdi. S.M.Qənizadə.
□□ Ağzım yabana qoymaq - boş-boş, hərzəhərzə danışmaq, ağzına gələni danışmaq....

YABANÇI (ID - 41941)

sif. Özgə, yad. Yabançı adam. Yabançı ölkələr. - Ərində yabançı qadın iyini duyduğu zaman Maya çılğıncasına vuruşmaq, çarpışmaq istədi. M.İbrahimov. [Sultan:] Bilmirsən ki, hansı yabançı təsirlə belə [cavanlar] pozulurlar,...

YABANÇILIQ (ID - 41942)

is. Yadlıq, özgəlik; yabançı adamın halı.

YABANI (ID - 41943)

sif. 1. Çöldə özbaşına bitən; vəhşi. Yabanı bitki. Yabanı çiçək. - Sən sevgili vətənciyimin gül fidanısan; Sən bir gözəlcə qönçəsən, amma yabanısan. A. Səhhət. // Cır. Yabanı meyvə. Yabanı armud.
2. Əhliləşməmiş,...

YABANILAŞMA (ID - 41944)

“Yabanılaşmaq”dan f.is.

YABANILAŞMAQ (ID - 41945)

f . Vəhşiləşmək, yabanı hala düşmək; cırlaşmaq. [Çinar] Azərbaycanda yabanılaşmış şəkildə Zəngilan rayonunda, Bəsitçay ətrafında yayılmışdır və bəzək məqsədi ilə küçələrdə, yolların kənarında və s.-də becərilir....

YABI (ID - 41946)

is. 1. Arıq, əldən düşmüş, yaraşıqsız at. Dərviş yabısı hər evin yolunu tanıyar. (Ata. sözü). Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. C.Məmmədquluzadə. Kəhər olmasın, lap yabı olsun,...

YABILAŞMA (ID - 41947)

“Yabılaşmaq”dan f.is.

YABILAŞMAQ (ID - 41948)

f dan. vulq. Arıqlayıb qocalmaq, əldən düşmək.

YABILIQ (ID - 41949)

is. Yabı halına düşmüş atın halı.

YAD1 (ID - 41950)

sif. 1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. Yad uşaqlar. Özünü yad adam kimi hiss etmək. - Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, .. yad kişilərin...

YAD2 (ID - 41951)

bax yaddaş. □ Yad edilmək - yada salınmaq, anılmaq, xatırlanmaq. Yad etmək (eləmək) - yadına salmaq, xatirə gətirmək, anmaq. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Hərdənbir...

YADDAŞ (ID - 41952)

is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. Yaddaşı inkişaf etdirmək. Yaddaşı zəifdir. Heç yaddaşım yoxdur. □ Yaddaş dəftərçəsi - yaddan çıxmasın deyə, bir şeyi qeyd etmək üçün...

YADDAŞLI (ID - 41953)

sif Yaddaşı, yaxşı hafizəsi olan. Yaddaşlı uşaq.

YADDAŞLILIQ (ID - 41954)

is. Yaddaşı, yaxşı hafizəsi olma.

YADDAŞSIZ (ID - 41955)

sif. Yaddaşı, hafizəsi olmayan; unutqan.

YADDAŞSIZLIQ (ID - 41956)

is. Yaddaşı, hafizəsi olmama; hafizəsizlik.

YADELLİ (ID - 41957)

sif. Başqa ölkədən, yad ölkədən olan; yabançı. Yadelli işğalçılar. - Yadelli bir şah doğma yurda çapğına keçdi. I.Əfəndiyev. // Is. mənasında. Guşələr göy gurladır, yer titrədir, sel oynadır; Göndərir yadelliyə imzalı...

YADIRGAMA (ID - 41958)

“Yadırğamaq”dan f.is.

YADIRGAMAQ (ID - 41959)

f Uzun müddət bir şeyi görmədiyi, işlətmədiyi, onunla məşğul olmadığı üçün ona əli yatmamaq; yaddan çıxarmaq, unutmaq, yadlaşmaq. İlyas çoxdan bəri süngü ilə əvəz etdiyi, bir az da yadırğadığı qələmi barmaqları arasında...

YADIRGATMAQ (ID - 41960)

icb. Yadırğamasına səbəb olmaq. Eldar! ..Atı tamamilə qəsdənyadırğatmısan. Ə.Məmmədxanlı.

YADİGAR (ID - 41961)

is. [fars.] 1. Xatirə olaraq verilən, saxlanılan, yaxud qalan şey. Bu kitab sənə bizdən yadigar olsun. - Vaqifin və Vidadinin .. əşar və əbyatları .. gələcək nəsil üçün böyük yadigar məqamındadır. F.Köçərli. [Dul qadın:] [Oğluma]...

YADİGARLIQ (ID - 41962)

is. Yadigar qalmağa yarar şey, yadigar verilmiş şey.

YADLAMA (ID - 41963)

“Yadlamaq”dan f.is.

YADLAMAQ (ID - 41964)

f . 1. Bax yadlaşmaq. Yada salmaq, yad etmək.
məh. Bir-bir saymaq, sadalamaq. Və başladı bir-bir yadlamağa: qızıl üzüklər, qaşdaşlar... C.Məmmədquluzadə.

YADLANMA (ID - 41965)

“Yadlanmaq”dan f.is.

YADLANMAQ (ID - 41966)

bax yadlaşmaq.

YADLAŞMA (ID - 41967)

“Yadlaşmaq”dan f.is.

YADLAŞMAQ (ID - 41968)

f . Getdikcə yad olmaq, uzaqlaşmaq; qohumluq və ya yaxınlıq əlaqəsini itirmək.

YADLIQ (ID - 41969)

is. Yad olma, yabançı olma; yabançılıq.

YADÖLKƏLİ (ID - 41970)

is. və sif. Yadyerli, əcnəbi.

YADRO (ID - 41971)

is. [rus.] idm. Yüngül atletika yarışlarında itələməklə tullamaq üçün polad, çuqun və bürüncdən kürəvari alət.

YADYERLİ (ID - 41972)

sif. Yadelli, qərib, gəlmə.

YAFƏSİ (ID - 41973)

sif. Yafəslərə aid olan, onlara xas olan. Yafəsi tayfalar. □ Yafəsi dillər yaxud yafəs dilləri - akad. N.Y.Marrın əvvəlcə Qafqaz dillərinin sami və hami dillərinə qohumluğunu göstərmək üçün tətbiq etdiyi, sonralar isə Aralıq...

YAFƏS(İ)LƏR (ID - 41974)

cəm [Bibliya əfsanəsinə görə: Nuhun üç oğlundan ən kiçiyinin, dünyadakı tayfaların ulu babası, əcdadı sayılan Yafəsin adından] Qafqazın, Ön Asiyanın, Aralıq dənizi ölkələrinin, Pireneyin bir hissəsində yaşayan, yaxud vaxtilə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed