İzahlı lüğət

YAĞ (ID - 41975)

is. 1. Ev heyvanlarının südündən hasil edilən, asan əriyən, yeyilən və xörək bişirmək üçün işlədilən maddə. Şit yağ (kərə). Ərinmiş yağ. Camış yağı. Sarı yağ (ərinmiş yağ). inək yağı. - Yağdan sonra düyü tədarükünün...

YAĞABƏNZƏR (ID - 41976)

sif Xüsusiyyətlərinə görə yağa oxşayan, yağ xassələri olan. Yağabənzər maye.

YAĞANLIQ (ID - 41977)

is. məh. Yağıntı. Payız yağanlıqla girmişdi. Ə.Vəliyev.

YAĞAOXŞAR (ID - 41978)

bax yağabənzər. Yağaoxşar maddələr.

YAĞAR (ID - 41979)

bax yağıntı.

YAĞARLIQ (ID - 41980)

bax yağıntılı. Düzülmüş damcılar, mirvari kimi; Yağarlıq illərin baharı kimi. H.K.Sanılı.

YAĞAYIRAN (ID - 41981)

is. xüs. Tərkibində yağ olan maddəni tərkib hissələrinə ayırmaq və ya onu yağdan təmizləmək üçün cihaz.

YAĞAYIRICI (ID - 41982)

is. tex. Bəzi maşınlarda yağı ayıran cihaz.

YAĞ-BAL (ID - 41983)

is. 1. Yağ və bal.
2. məc. Çox dadlı, ləzzətli şey haqqında. [Ağsaqqal kişi] şor-çörək tikəsini orduna basır, yağ-bal kimi şirin-şirin yeyirdi. Mir Cəlal. Qəzəb çəlləyinə barıt tökənə; Qələmim yağ-ballıq eləyə bilmir....

YAĞÇALAN (ID - 41984)

is. xüs. Yağ istehsal edən işçi.

YAĞÇI (ID - 41985)

is. Yağ istehsal edən və ya yağ satan adam.

YAĞÇILIQ (ID - 41986)

is. Yağ istehsal etmə, yağ istehsalı. Yağçılıq işi.

YAĞDAN (ID - 41987)

is. Yağ qoyulan və ya içərisinə yağ tökülən qab. Yağdanda yağ yoxdur. - Kəyan bir burda traktorçu Əliyə baxdı: - Ə, yağdanı zibillənmiş traktor kimi orda nə tıshatıs salmısan? Hə! Ə.Əbülhəsən.

YAĞDIRILMA (ID - 41988)

“Yağdırılmaq”dan f.is.

YAĞDIRILMAQ (ID - 41989)

məch. 1. Yağmasına səbəb olmaq, yağmağa, tökülməyə məcbur edilmək. Süni yağış yağdırılmaq.
2. Tökülmək (hər tərəfə, çoxlu miqdarda). Hər yandan meydana allı-güllü ipək yaylıqlar yağdırıldı. M.Rzaquluzadə.

YAĞDIRMA (ID - 41990)

“Yağdırmaq”dan f.is.

YAĞDIRMAQ (ID - 41991)

icb. 1. Yağmağa, tökülməyə məcbur etmək. Süni yağış yağdırmaq üçün qurğular. Xəzri qar yağdırdı. - Hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki,...

YAĞI (ID - 41992)

is. Düşmən. Giryan dedi: “Ey gözüm çirağı; Vəhşilərə el, mənimlə yağı” . Füzuli. Ərz eləyim, bu sözümün sağıdır; Yollarınız haramıdır, yağıdır. M.V.Vidadi. Bizik kəc yağının döşündən vuran; Azadlıq yolunda...

YAĞILIQ (ID - 41993)

is. Düşmənlik.

YAĞIN (ID - 41994)

bax yağıntı. Üç ay var ki, yağın yoxdur.

YAĞINLIQ (ID - 41995)

1. is. Yağışın çox olması; yağıntı. Payız çox yağınlıq keçdi. - Bu il yağınlıq olduğundan, otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. İ.Şıxlı.
2. sif Yağmurlu,...

YAĞINTI (ID - 41996)

is. Yağış, qar, dolu və s. şəklində havadan yerə düşən su qətrələri; yağmur. Yeraltı suların mənbəyi atmosfer yağıntıları, çay sularıdır.

YAĞINTILI (ID - 41997)

sif. Yağıntısı çox olan; yağmurlu. Yağıntılı il. Yağıntılı yer.

YAĞINTILIQ (ID - 41998)

bax yağıntı. Bu il yağıntılıqdır.

YAĞIOTU (ID - 41999)

is. bot. İriçiçəklilər qrupuna mənsub hündür ot bitkisi.

YAĞIR (ID - 42000)

is. Bel sümüyünün üstündə əmələ gələn, gec sağalan dərin yara. [Eşşək] görməyib axurunda hərgiz co; Dalı yağır, dəxi ayağı cido. S.Ə.Şirvani. [Qurban:] Hər gün ölə-ölə qayıt, belin olsun yağır. Ə.Haqverdiyev.

YAĞIRLANMA (ID - 42001)

“Yağırlanmaq”dan f.is.

YAĞIRLANMAQ (ID - 42002)

f Sürtülməkdən yara olmaq.

YAĞIRLATMA (ID - 42003)

“Yağırlatmaq”dan f.is.

YAĞIRLATMAQ (ID - 42004)

f . Yara etmək, yara açmaq, yağırlanmasına səbəb olmaq.

YAĞIRLI (ID - 42005)

sif. Yağırı olan, yarası olan. Beli yağırlı at.

YAĞIŞ (ID - 42006)

is. Xırda su damlaları şəklində atmosfer yağıntısı; yağmur. Güclü yağış. Yağış yağmaq. Yağış ara vermir. - Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi. C.Məmmədquluzadə. Hələ tamam qurumamış yağış gölləri;...

YAĞIŞLAMA (ID - 42007)

“Yağışlamaq”dan f.is.

YAĞIŞLAMAQ (ID - 42008)

f . Yağış yağmağa başlamaq.

YAĞIŞLI (ID - 42009)

YAĞIŞLIQ (ID - 42010)

is. 1. Yağış, yağmur. Lənkəran yağışlıq çox olan yerdir.
2. Bax yağmurluq 2-ci mənada.

YAĞIŞÖLÇƏN (ID - 42011)

is. meteor. Bir yerə yağan yağışın miqdarını ölçmək üçün cihaz.

YAĞIŞSIZ (ID - 42012)

sif. Yağış olmayan, yağış düşməyən, yağış yağmayan. Yağışsız yay. // Zərf mənasında. Payız yağışsız keçdi.

YAĞIŞSIZLIQ (ID - 42013)

is. Yağış olmama, yağış yağmama, yağış düşməmə; yağış, yağmur olmadığı hal, vəziyyət; quraqlıq.

YAĞQABI (ID - 42014)

bax yağdan.

YAĞLAMA (ID - 42015)

“Yağlamaq”dan f.is.

YAĞLAMAQ (ID - 42016)

f . 1. Üstünə yağ sürtmək, yağ çəkmək. Çəkməsini yağlamaq. - Bəli, cəlladlar tənabları yağlayıb hazırladılar. “Koroğlu” . Yüyəni, tapqırı bütün yağladı; Qantırğaya təzə qayış bağladı.. H.K.Sanılı. Yaxşı...

YAĞLANDIRILMA (ID - 42017)

“Yağlandırılmaq”dan f.is.

YAĞLANDIRILMAQ (ID - 42018)

məch. Yağa batırılmaq, yağ sürtülmək, yağlı edilmək.

YAĞLANDIRMA (ID - 42019)

“Yağlandırmaq”dan f.is.

YAĞLANDIRMAQ (ID - 42020)

f . Yağlı etmək, yağa batırmaq, yağa bulaşdırmaq.

YAĞLANMA (ID - 42021)

“Yağlanmaq”dan f.is.

YAĞLANMAQ (ID - 42022)

f . 1. Yağ sürtülmək, üzərinə yağ çəkilmək. Maşınlar yağlanır salınır, işə. M.Rahim. Yağa batmaq, yağlı olmaq; kirlənmək. Üst-başı yağlanıb. Paltarın yaxası yağlanıb.
məc. dan. Kökəlmək, ətlənmək, piylənmək....

YAĞLATMA (ID - 42023)

“Yağlatmaq”dan f.is.

YAĞLATMAQ (ID - 42024)

1. icb. Yağ sürtdürmək, yağ çəkdirmək.
2. f. Kirlətmək, yağlı etmək, yağa batırmaq. Üst-başını yağlatmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed