İzahlı lüğət

YUVALAMA (ID - 44275)

“Yuvalamaq”dan f.is.

YUVALAMAQ (ID - 44276)

f Yuva tikmək, yuva salmaq, yuva düzəltmək. Sərçə divar dəliklərində yuvalar.

YUVALANMA (ID - 44277)

“Yuvalanmaq”dan f.is.

YUVALANMAQ (ID - 44278)

qayıd. Özünə yuva düzəltmək. Başına dönməkdən əlmi götürrəm; Can mürğü zülfündə yuvalanıbdır. M.P.Vaqif.

YUVALI (ID - 44279)

sif. Yuvası olan. Yuvalı quşlar.

YUVARLAQ (ID - 44280)

sif. 1. Girdə, dəyirmi, yumru. Çayın vadisini uğultu bürümüşdü. Hirsli sular iri, qara, yuvarlaq daşları yumalaya-yumalaya gətirdikcə, bir-birinə toxunub şaqqıldayırdı. İ.Şıxlı. // Dairə şəklində olan. Yuvarlaq stol. Yuvarlaq...

YUVARLAQLAMA (ID - 44281)

“Yuvarlaqlamaq”dan f.i.s.

YUVARLAQLAMAQ (ID - 44282)

f . Yuvarlaq hala gətirmək, yuvarlaq şəklə salmaq, yuvarlaq etmək.

YUVARLAQLIQ (ID - 44283)

is. Yuvarlaq şeyin halı; girdəlik, dəyirmilik.

YUVARLAMA (ID - 44284)

“Yuvarlamaq”dan f.is.

YUVARLAMAQ (ID - 44285)

f . 1. Yuvarlaq bir şeyi itələyib hərəkət etdirmək; gillətmək. Topu yuvarlamaq. Daşları başıaşağı yuvarlamaq. Çarxı yuvarlayaraq gətirdi. Yuvarlaq hala salmaq, girdə və ya uzunsov, lülə şəkli vermək. Qəzeti yuvarlamaq. - Həbləri...

YUVARLANMA (ID - 44286)

“Yuvarlanmaq”dan f.is.

YUVARLANMAQ (ID - 44287)

qayıd. 1. Yuvarlanayuvarlana düşmək, diyirlənə-diyirlənə getmək, gedib düşmək. Gözəlin əlindən düşən fındıq stolun üstündən yerə yuvarlandı. Ə.Vəliyev.
məc. Sürüklənmək. [Zeynal] get-gedə məişət pozğunluğunun...

YUVARLATMA (ID - 44288)

“Yuvarlatmaq”dan f.is.

YUVARLATMAQ (ID - 44289)

icb. 1. Yuvarlanmağa məcbur etmək. Sanki bir sel [Səriyyə və uşaqlarını] çalxalaya-çalxalaya gətirib hündür bir bənddən başıaşağı, dəyirman daşının altına yuvarlatdı. M.İbrahimov.
2. Yuvarlaq hala salmaq.

YUVASIZ (ID - 44290)

sif 1. Yuvası olmayan. Yuvasız quş.
2. məc. Yurdsuz, mənzilsiz, evsiz-eşiksiz; avara, sərgərdan. □ Yuvasız quş - məc. yurdsuz, evsiz, sığınacaqsız adam haqqında. [Hindli qız:] Yuvasız bir quşam, elindən ayrı; Dağından, daşından,...

YUVENİL (ID - 44291)

is. [lat.] coğr. Dərinliklərdən ilk dəfə yer səthinə çıxan ərgin sular.

YUYUCU1 (ID - 44292)

sif. xüs. Təmizləmək üçün bir şeyi yuyan. Yuyucu cihaz.

YUYUCU2 (ID - 44293)

is. Meyit yuyan adam. [Əbülfəz kişinin] üst paltarlarını qəbirqazanlara, alt paltarlarını yuyucusuna verdilər. Ə.Vəliyev. Ağlayır yuyucu, ağlayır kəfən; Ağlayır oraya hər gəlib-gedən; Hamı vurulubdur sənə, ya Əli; Aləm qurban...

YUYUCULUQ (ID - 44294)

is. Yuyucunun işi, peşəsi (bax yuyucu2). Yuyuculuq etmək.

YUYULMA (ID - 44295)

“Yuyulmaq”dan f.is.

YUYULMAQ (ID - 44296)

məch. 1. Su, sabun və s. ilə çirki, ləkəsi təmizlənmək. Paltarlar yuyuldu. Pilləkənlər yuyuldu. Çirkli qablar yuyuldu. Şərifə o gün yuyulan paltarlara ütü çəkməklə məşğuldu. S.Hüseyn.
2. Axar suyun təsiri ilə pozulmaq,...

YUYULMAMIŞ (ID - 44297)

f sif Su və ya su və sabun ilə təmizlənməmiş; kirli, çirkli. Yuyulmamış qab. Yuyulmamış paltar. Yuyulmamış meyvə. [Məşədi:] Allah kəssin müsəlmanın evinieşiyini, dirliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə...

YUYULMUŞ (ID - 44298)

“Yuyulmaq”dan f.sif. Yuyulmuş paltar. Yuyulmuş qab. Yağışdan yuyulmuş asfalt. Dalğalardan yuyulmuş sahil.
..Yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. İ.Hüseynov.

YUYUNACAQ (ID - 44299)

is. Əlüzyuyan (cihaz). [Kəblə Rəcəb] cəld gedib, yuyunacaqda əllərini sabunla yuyub suya çəkir. Ə.Haqverdiyev.

YUYUNDURMA (ID - 44300)

“Yuyundurmaq”dan f.is.

YUYUNDURMAQ (ID - 44301)

f . Su, sabun və s. ilə əlüzünü, bədənini yumaq; çimizdirmək. Uşağı vannada yuyundurmaq.

YUYUNMA (ID - 44302)

“Yuyunmaq”dan f.is.

YUYUNMAQ (ID - 44303)

qayıd. 1. Öz əl-üzünü, bədənini yumaq; çimmək. Hamamda yuyunmaq. Çayda yuyunmaq. - Kərim xan gəlib yuyunar, çörək yeyər, çay içər və köhnə cırıq kilimin üstündəki mütəkkəyə söykənərək xəyala dalardı. M.İbrahimov....

YUYUNTU (ID - 44304)

is. İçində paltar və s. yuyulmuş su; çirk su.

YÜK (ID - 44305)

is. 1. Daşınmaq, aparılmaq üçün hər cür şey, daşınmalı olan mal və s. Yükü boşaltmaq. Heyvanın dalına yük çatmaq. - Ağ dəvə düzdə qaldı; Yükü Təbrizdə qaldı; Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). □...

YÜKALAN (ID - 44306)

is. Ünvanına qatar, gəmi, təyyarə və s. vasitəsilə yük göndərilən təşkilat, adam və s.

YÜKALTI (ID - 44307)

is. Üstünə yük yığmaq üçün qurğu (bax yük 2-ci mənada).

YÜKBOŞALTMA (ID - 44308)

is. Yükü boşaltma işi.

YÜKDAŞIYAN (ID - 44309)

sif Yük daşımağa məxsus. Yükdaşıyan maşın. Yükdaşıyan gəmi. // Yük daşımaqla məşğul olan. Yükdaşıyan fəhlə. // is. mənasında. Vağzalda sərnişinlərin şeylərini daşımaqla məşğul olan işçi. Yükdaşıyan çamadanı...

YÜKDAŞIMA (ID - 44310)

is. Yük daşıma işi.

YÜKGÖNDƏRƏN (ID - 44311)

is. Birinin ünvanına qatar, gəmi, təyyarə və s. vasitəsilə yük göndərən təşkilat, adam və s.

YÜKGÖTÜRMƏ (ID - 44312)

is. tex. Mexanizmlərin ağır şey qaldırma gücü.

YÜKQALDIRAN (ID - 44313)

sif. Ağır şeyləri, yükləri qaldıran. Yükqaldıran maşın. - Hündür və qüvvətli yükqaldıran kran uzun xortumunu dik tutaraq vüqarla durmuşdur. Ə.Sadıq. // is. mənasında. Ağır şeyləri qaldırmaq üçün işlədilən müxtəlif...

YÜKLƏDİLMƏ (ID - 44314)

“Yüklədilmək”dən f.is.

YÜKLƏDİLMƏK (ID - 44315)

məch. Başqasına yükləmə işi gördürmək.

YÜKLƏMƏ (ID - 44316)

“Yükləmək”dən f.is.

YÜKLƏMƏK (ID - 44317)

f 1. Yük vurmaq, yük qoymaq, yüklə doldurmaq. Vaqonu (gəmini, maşını) yükləmək. - Körpünün sol tərəfində dayanmış gəmiyə taxta-şalban yükləyirdilər. M.Hüseyn. // Dalına yük vurmaq, yük çatmaq. Atı yükləmək. Dəvəni...

YÜKLƏNMƏ (ID - 44318)

“Yüklənmək”dən f.is. Maşınların yüklənməsi.

YÜKLƏNMƏK (ID - 44319)

məch. 1. Yük vurulmaq, yük qoyulmaq, yüklə doldurulmaq. Vaqonlar (maşınlar) yüklənmişdir. // Dalma yük çatılmaq (qoyulmaq). Heyvanlar yüklənmişdir.
qayıd. Öz dalma yük qoymaq, yük çatmaq.
xüs. Elektrik enerjisi almaq. Kondensator...

YÜKLƏNMİŞ (ID - 44320)

f .sif. Yük qoyulmuş, yük vurulmuş, yük doldurulmuş. Yüklənmiş maşın. Taxıl ilə yüklənmiş vaqonlar. // Arxasına yük çatılmış, yük qoyulmuş. Yüklənmiş at.

YÜKLƏTMƏ (ID - 44321)

“Yüklətmək”dən f.is.

YÜKLƏTMƏK (ID - 44322)

icb. Yükləmə işi gördürmək, yük vurdurmaq. Arabaları yüklətmək.

YÜKLƏYİCİ (ID - 44323)

sif Yükvuran, yükqaldıran, yükləyən. Yükləyici maşın.

YÜKLÜ (ID - 44324)

sif. 1. Yük vurulmuş, yüklənmiş, yükü olan. Yüklü vaqon. Yüklü maşın. Yüklü araba. - Kişi əlində çomaq; Sürür yüklü öküzü. A.Səhhət.
2. Bir şeylə yüklənmiş, üzərində, əllərində və ya dalında bir şey olan. Biləklər...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed