İzahlı lüğət

YIĞILMAQ (ID - 43725)

1. f Bir yerə toplaşmaq, cəm olmaq; cəmləşmək. İştirakçıların hamısı yığılmayıb. Mitinqə çoxlu adam yığılıb. Camaat yığılıb sizi gözləyir. - Hamı dükanlarını bağlayıb buraya yığılır. Ü.Hacıbəyov. Şabanın getməyini...

YIĞIM (ID - 43726)

is. 1. Toplama işi. Vəsait yığımı. Yığım mənbələri. // Məhsulu yığma, əkini biçmə, meyvəni dərmə. Taxıl yığımı. Dərman otları yığımı. Çay yarpağı yığımı. - Çox çəkmədi ki, qızlar pambıq yığımına başladılar....

YIĞIMCIL (ID - 43727)

sif. Ehtiyat yığan, ehtiyat yığmağı sevən. Yığımcıl adam. - [Mürsəl:] [Anam] çox yığımcıl qadındır. Mir Cəlal.

YIĞIMCILLIQ (ID - 43728)

is. Yığımcıl adamın xasiyyəti, ehtiyat yığmağı sevmə.

YIĞIN (ID - 43729)

is. 1. Koma, qalaq, topa; yığıntı halında olan şey. Ot yığını. Saman yığını. Şey yığını. Odun yığını. - Sarxan özü sağ tərəfdəki torpaq yığınının arxasında uzandı. M.Hüseyn.
Bax yığım.
Kütlə, izdiham, qələbəlik,...

YIĞINACAQ (ID - 43730)

bax yığnaq.

YIĞINCAQ (ID - 43731)

is. 1. Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas. Yığıncaqda iştirak etmək. Yığıncaq keçirmək. Yığıncaqda çıxış etmək. - [Mirzağa] çox vaxt ümumi iclaslara, işçi yığıncaqlarına...

YIĞINTI (ID - 43732)

is. 1. Qalıqlardan, tullantılardan, tör-töküntüdən və s.-dən yığılmış qalaq. Dəmir tullantı yığıntısı. Zibil yığıntısı. - Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yığıntılarının arası ilə getməli oldu....

YIĞIN-YIĞIN (ID - 43733)

sif. Topa-topa, dəstə-dəstə; qələbəlik, izdiham halında. Yığın-yığın insan kütləsi. // Qalaq-qalaq. Yığın-yığın odun.

YIĞIŞ (ID - 43734)

is. Yığma işi, yığma tərzi.

YIĞIŞAN (ID - 43735)

bax yığılan.

YIĞIŞDIRILMA (ID - 43736)

“Yığışdırılmaq”dan f.is.

YIĞIŞDIRILMAQ (ID - 43737)

“Yığışdırmaq”dan məch. Çay içilib qurtardı, süfrə yığışdırıldı. M.S.Ordubadi.

YIĞIŞDIRMA (ID - 43738)

“Yığışdırmaq”dan f.is.

YIĞIŞDIRMAQ (ID - 43739)

f 1. Tökülmüş, səpələnmiş, salınmış, düzülmüş, qoyulmuş şeyləri yığıb götürmək. Stolun üstünü yığışdırmaq. Şeyləri yerdən yığışdırmaq. - Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. C.Məmmədquluzadə....

YIĞIŞMA (ID - 43740)

“Yığışmaq”dan f.is.

YIĞIŞMAQ (ID - 43741)

f . 1. Bir yerə toplanmaq, yığılmaq, cəmləşmək, toplaşmaq. Əhali meydana yığışdı. - [Qız evində] parça biçməyə hər iki quda ailə öz möhtərəm arvad qohumlarını dəvət edib yığışarlar. R.Əfəndiyev. Bütün Təbriz [nümayişçilərin]...

YIĞMA (ID - 43742)

“Yığmaq”dan f.is.
□□ Yığma qoymaq - şərikli pul qoymaq, şərik olmaq, pay qoymaq. Şamaxı cavanları yığma qoyub, məndən savay da iki dəstə çalğıçı götürüb yaylağa səyahətə getmişdilər. Ə.Haqverdiyev. Yığma komanda...

YIĞMAQ (ID - 43743)

f . 1. Bir yerə toplamaq, cəm etmək. Adamları bir yerə yığmaq. işçiləri yığıb söhbət aparmaq. - Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. “Koroğlu” . // Müxtəlif şəxslərdən almaq, toplamaq. Üzvlük...

YIĞNAQ (ID - 43744)

is. 1. Yığıncaq; yığılmış, toplanmış adamlar və s.; qələbəlik, tünlük. Bu nə yığnaqdır? - Yaşardı orada qaçaq yığnağı; Olardı dövlətə açıq bir yağı.. H.K.Sanılı. □ Yığnaq eləmək (etmək) - yığılıb danışmaq,...

YIXDIRILMA (ID - 43745)

“Yıxdırılmaq”dan f.is.

YIXDIRILMAQ (ID - 43746)

“Yıxdırmaq”dan məch.

YIXDIRMA (ID - 43747)

“Yıxdırmaq”dan f.is.

YIXDIRMAQ (ID - 43748)

“Yıxmaq”dan icb. [Pristav oğruya:] Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev.

YIXICI (ID - 43749)

sif Yıxan, dağıdan; viranedici, dağıdıcı, sarsıdıcı.

YIXICILIQ (ID - 43750)

is. Dağıdıcılıq, sarsıdıcılıq, yıxıb-dağıtma, viran etmə.

YIXIQ (ID - 43751)

YIXIQLIQ (ID - 43752)

is. Yıxıq, uçuq şeyin hal və vəziyyəti.

YIXILA-DURA (ID - 43753)

YIXILQAN (ID - 43754)

sif. Çox yıxılan, ayağı büdrəyən; büdrək. Yıxılqan at.

YIXILI (ID - 43755)

sif. Yıxıq, yıxılmış.

YIXILMIŞ (ID - 43756)

is. Yıxılmaq işi; yıxılma, uçulma.

YIXILMA (ID - 43757)

“Yıxılmaq”dan f.is.

YIXILMAQ (ID - 43758)

f 1. Öz ağırlığı ilə yerə enmək, müvazinətini, yaxud istinad nöqtəsini itirərək aşağıya devrilmək, yerə dəymək. Başı gicəllənib yıxıldı. Pilləkəndən yıxılmaq. - Məşədi, tərpənsən, yıxılarsan ki... U.Hacıbəyov....

YIXILMAZ (ID - 43759)

sif. Yıxılması, dağılması mümkün olmayan; sarsılmaz, devrilməz. İpəkdir vicdanın, poladdır yaxan; Yıxılmaz dağlara dayanmış arxan. S.Vurğun. // Yenilməz, məğlubedilməz, alınmaz, möhkəm. Yıxılmaz qala.

YIXILMAZLIQ (ID - 43760)

is. Yıxılmaz şeyin hal və keyfiyyəti; sarsılmazlıq, dağılmazlıq, möhkəmlik. // Yenilməzlik, alınmazlıq, məğlubedilməzlik, möhkəmlik.

YIXILMIŞ (ID - 43761)

“Yıxılmaq”dan f.sif. Yıxılmış uşaq. Yıxılmış bina. Yıxılmış divar.

YIXMA (ID - 43762)

“Yıxmaq”dan f.is.

YIXMAQ (ID - 43763)

f . 1. İtələyib, vurub, yaxud bərk toxunub yerə salmaq, yerə düşürtmək, yerə vurmaq; aşırmaq. Öküzü nallamaq üçün yerə yıxdılar. Külək adamı yıxır. // Üzərindən atmaq, yerə salmaq, devirmək, yerə vurmaq. Uşağı at...

YIPRAMA (ID - 43764)

“Yıpramaq”dan f.is.

YIPRAMAQ (ID - 43765)

bax yıpranmaq.

YIPRANMA (ID - 43766)

“Yıpranmaq”dan f.is.

YIPRANMAQ (ID - 43767)

f . Tamamilə köhnəlib xarab olmaq, əldən düşmək, düşkün hala gəlmək. Üst-başı yıpranmaq. Kitabın cildi tamamilə yıpranmışdır. // Qocalıb əldən düşmək.

YIPRANMIŞ (ID - 43768)

f .sif. Tamamilə köhnəlib xarab olmuş, üzülmüş, əldən düşmüş. Yıpranmış paltar. Kitabın yıpranmış səhifələri. - Mənim bu sözüm bugünkü ictimai həyatımızın yıpranmış və solmuş səhifələrindən götürülmüş və...

YIRĞALAMA (ID - 43769)

“Yırğalamaq”dan f.is.

YIRĞALAMAQ (ID - 43770)

f . 1. O yan-bu yana, aşağıya və ya yuxarıya itələyərək hərəkət etdirmək; tərpətmək, silkələmək. Külək ağacları yırğalayıb əyir. Araba yaman yırğalayır. - Həmişə sən mürgüləyirsən, nənə, yırğalayırsan başını....

YIRĞALANDIRMA (ID - 43771)

“Yırğalandırmaq”dan f.is.

YIRĞALANDIRMAQ (ID - 43772)

bax yırğalatmaq.

YIRĞALANMA (ID - 43773)

“Yırğalanmaq”dan f.is.

YIRĞALANMAQ (ID - 43774)

f . O tərəf-bu tərəfə əyilərək hərəkət etmək; tərpənmək, silkələnmək. Küləkdən ağaclar yırğalanır. Gəmi suda yırğalanır. - O biri otaqda yırğalanmaqda olan bir körpə beşiyinin həzin səsi eşidilirdi. S.Hüseyn. Görünməz...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed