İzahlı lüğət

YAL2 (ID - 42175)

is. Hündür bir yerin təpəsi; dikdir, yoxuşun başı. Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın dərd-bəla. (Bayatı). Səfiqulular kəndinin qabağındakı hündür yal ilə Şehli kəndinə...

YAL3 (ID - 42176)

is. İtə verilən horra halında yemək. It yalı. - Hər kəs öz itini alaçığa çəkib qabağına yal tökür. “Qaçaq Nəbi” . [Ağakərim xan:] Xeyr a... gədə köpəyə yal verməmişdi, o barədə söylənirdim. N.Vəzirov. // məc. Çox...

YALADILMA (ID - 42177)

“Yaladılmaq”dan f.is.

YALADILMAQ (ID - 42178)

məch. Yalamağa məcbur edilmək. Qoyuna, qoça qənd verilir, duz yaladılır, su içirdilirdi. Mir Cəlal.

YALAQ1 (ID - 42179)

sif dan. 1. Bax yaltaq. [Qumru:] Getsin yalaq Səkinəni aldatsın. Mir Cəlal. ..Adam yada yalaq, qohuma çolaq olmaz. Ə.Vəliyev.
Qarınqulu, yemək düşkünü, gözüdoymaz; qab dibi yalayan. Yavadanışan, ağzıpərtov.
yalaq-yalaq zərf...

YALAQ2 (ID - 42180)

is. İtə yal tökmək üçün çuxur yer və ya qab.

YALAQLANMA (ID - 42181)

“Yalaqlanmaq”dan f.is.

YALAQLANMAQ (ID - 42182)

f Yaltaqlıq etmək, yaltaqlanmaq.

YALAQLIQ (ID - 42183)

is. 1. Yaltaqlıq. Yemək düşkünlüyü, acgözlük, qarınqululuq, gözüdoymazlıq, qab dibi yalama.
Ağzıpərtövlük, danışarkən pis, ədəbsiz sözlər işlətmə.

YALAMA (ID - 42184)

1. “Yalamaq”dan f.is.
2. Yalamaq üçün atın qabağına qoyulan duz parçası. Qaraxan xəlvəti içəriyə girib balaca duz yalamasını götürüb arxalığının cibinə saldı. S.Rəhimov.

YALAMAQ (ID - 42185)

f . 1. Bir şeyin üstünə dilini sürtmək. ..Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. C.Məmmədquluzadə. Bu vaxt sürüdən ayrılmış bir qoyun yeni doğduğu quzunu yalayırdı....

YALAN (ID - 42186)

is. Aldatmaq məqsədi ilə deyilən əsilsiz söz (doğru, gerçək ziddi). Yalan söyləmək. - Surxay öz yalanından utanıb qıpqırmızı oldu. M.Hüseyn. □ Yalan danışmaq yalançılıq etmək, doğru söyləməmək, danışarkən həqiqəti...

YALANBAŞDAN (ID - 42187)

zərf dan. Başını aldadaraq, tovlayaraq, yalandan, qeyri-ciddi olaraq. Hər gün bir-iki saat Nardan xanım durub gələrdi Zərnigarın yanına. Yalanbaşdan Zərnigarın başını aldadıb tez durub gedərdi Murtuzun yanına. (Nağıl). Lotular oturub...

YALANÇI (ID - 42188)

1. is. Yalan danışan adam, yalan danışmağı özünə adət etmiş adam. Yalançının biridir. Yalançının sözünə inanma. -Yalançının şahidi yanında olar. (Ata. sözü). Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır,...

YALANÇIBAŞ (ID - 42189)

məh. bax yalançı2-ci mənada.

YALANÇILIQ (ID - 42190)

is. Yalançının xasiyyəti, yalan danışma xasiyyəti. Yalançılıq etmək.
[Kələntər] təsadüfən yalançılıq, gopçuluq və hay-küylə bu vəzifəyə yüksələ bilmişdi. M.İbrahimov. // Yalan, uydurma sözlər. Buradakı yalançılıq...

YALANDAN (ID - 42191)

zərf Əsli olmadan, aldadaraq, aldatmaq məqsədi ilə. Yalandan demək. Şəmsiyyə şübhələnirdi, atasının onu aldatdığını, yalandan arxayın saldığını düşünməyə başlayırdı. M.İbrahimov. // Süni surətdə, süni olaraq, ciddi...

YALAN-GERÇƏK (ID - 42192)

zərf Yalandan, ya doğrudan. [Kişi:] Aşıq, qaçaqların qorxusunnan onnarın hamısını tərifləyirsən, yalan-gerçək bizi inandırırsan. “Aşıq Ələsgər” .

YALANĞUŞDAN (ID - 42193)

dan. bax yalanbaşdan. Cəhənnəmlik libasını geyənsən; Yalanğuşdan müsəlmanam deyənsən. Aşıq Baxış.

YALANQOZ (ID - 42194)

is. bot. Qoz fəsiləsindən lələkvari yarpaqlı meşə ağacı.

YALANLAMA (ID - 42195)

“Yalanlamaq”dan f.is.

YALANLAMAQ (ID - 42196)

f Yalan olduğunu göstərmək, bildirmək; təkzib etmək.

YALANLIQ (ID - 42197)

is. Əsilsizlik, əsli olmama, düz olmama, doğru olmama. Xəbərin yalanlığı. Sözün yalanlığı. - Kəndçilər etdilər dübarə hücum; Yenə oldu yalanlığı məlum. M.Ə.Sabir.

YALANMA (ID - 42198)

“Yalanmaq”dan f.is.

YALANMAQ (ID - 42199)

“Yalamaq”dan məch.

YALAN-PALAN (ID - 42200)

top. dan. Yalan sözlər, boş, əsilsiz sözlər. [Mirzə:] Yalan-palandan sənə sonra söylərəm. Ə.Haqverdiyev. ..[Hamı] olmazın yalan-palanı eşitməkdən yorulmuşdu. Ə.Əbülhəsən. // Sif. mənasında. Saxta, uydurma. [Barat:] Bu yalan-palan...

YALANSITMA (ID - 42201)

“Yalansıtmaq”dan f.is.

YALANSITMAQ (ID - 42202)

f Deyilən doğru sözü yalana çıxartmağa çalışmaq, yalan saymaq, təkzib etmək; danmaq. Həqiqəti yalansıtmaq olmaz.

YALANSIZ (ID - 42203)

sif. Düzgün, doğru, həqiqətən olmuş, gerçək. Yalansız söz. // zərf Yalan söyləmədən, yalan danışmadan, aldatmadan. Nə eləyim, qibleyi-aləm sağ olsun, yalansız (z.) keçinmək olmur. “M.N.lətif.”

YALAN-YANLIŞ (ID - 42204)

zərf və sif. Düzgün və mükəmməl olmayaraq, yalan və səhvlərlə dolu. [Axund] ərəbcə, farsca yalan-yanlış bir qədər danışdı. Qantəmir. Səlimnaz arvad evin xanımı ilə çoxdan dostlaşmışdı. Hələ onun adını da yalan-yanlış...

YALAŞMA (ID - 42205)

“Yalaşmaq”dan f.is.

YALAŞMAQ (ID - 42206)

qarş. Bir-birini yalamaq. Quzular yalaşırlar. Küçüklər yalaşırlar.

YALATDIRMA (ID - 42207)

“Yalatdırmaq”dan f.is.

YALATDIRMAQ (ID - 42208)

icb. Yalamağa məcbur etmək.

YALATMA (ID - 42209)

“Yalatmaq”dan f.is.

YALATMAQ (ID - 42210)

icb. Yalamağa məcbur etmək.

YALAVAC (ID - 42211)

sif. və is. Ac-susuz, yeməksiz (çox vaxt “ac-yalavac” şəklində işlənir - əsil mənası: “bir xəbər bildirmək üçün göndərilmiş adam, müjdəçi, peyğəmbər” ). [İmamyar:] Qoy mən ac olum, yalavac olum, təki işiniz yerisin....

YALAVACLIQ (ID - 42212)

is. 1. Yalavacın hal və vəziyyəti; aclıq.
2. Üst-baş, paltarlıq parça. [Əsgər bəy:] Xeyr, Hacı, yalavaclıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var. M.F.Axundzadə. Qızım üçün bir az yalavaclıq almışam, aparıram. Sabah...

YALÇIN (ID - 42213)

sif. Çox dik və çılpaq, sıldırımlı, sarp. Yalçın qayalara sinə gərərək; Azğın ərəblərlə durdu üz-üzə. S.Vurğun. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalarını, yollarını, körpülərini...

YALDIZ (ID - 42214)

is. 1. Bir şeyə qızıl və ya gümüş rəng və parlaqlığını vermək üçün onun üzərinə çəkilən qızıl, ya gümüş suyu. // Parlaq.
[Şair:] Qəlbimizin ilk baharı.. yaldız günəşi, incə buludları - həp sizə mədyundurlar....

YALDIZLAMA (ID - 42215)

“Yaldızlamaq”dan f.is.

YALDIZLAMAQ (ID - 42216)

f . 1. Qızılı, gümüşü rəng vermək, qızıl və ya gümüş suyu vermək, qızıl və ya gümüş kimi parlatmaq, cilalandırmaq. Yavaş-yavaş sönür, batıryıldızlar; Sarı bulud göyün üzün yaldızlar. A.Səhhət.
2. məc. Zahiri...

YALDIZLI (ID - 42217)

sif. 1. Üzərinə qızıl və ya gümüş suyu verilmiş, qızıl və ya gümüş kimi parlaq. // Parlaq. [Ərən:] Axşamlar ay yaldızlı qanadını Nil çayının üzərinə gərərkən zənci qızı saray tayfasını yuxuya verib gəlir, ikisi də...

YALIN (ID - 42218)

sif. 1. Çılpaq, açıq, heç bir şeylə örtülü olmayan. Ayaqları yalın (ayaqqabısız). - [Uşaqların] yalın ayaqları dizlərinədəkpalçığa batmışdı. Çəmənzəminli.
2. Boş, heç bir şeysiz. [Firidun:] ..Biz heçdən bir şey...

YALINAYAQ (ID - 42219)

bax ayaqyalın. Məşədi bəy cındır paltarlı, yalınayaq uşaqları bir-bir qucaqlayıb öpdü. M.Hüseyn.

YALINBAŞ (ID - 42220)

bax başıaçıq.

YALINCA (ID - 42221)

zərf Tamamilə çılpaq, açıq.

YALINQAT (ID - 42222)

sif. 1. Ancaq bir qat; astarı olmayan, astarsız. [Molla Qasımın] belində üstü sarı ipəklə çəkilmiş naxışlı ağ qurşağı, ayağında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. H.Sarabski. Gülsənəm lap arıqlamış,...

YALINLAŞMA (ID - 42223)

“Yalınlaşmaq”dan f.is.

YALINLAŞMAQ (ID - 42224)

f . 1. Getdikcə nazikləşmək.
2. Çılpaqlaşmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed