İzahlı lüğət

YELQOVAN2 (ID - 43375)

is. 1. Uzun ağacın başına bənd edilmiş və küləyin əsdiyi tərəfə çevrilərək onun istiqamətini göstərən dəmir lövhəcik və s.
2. dan. Saatın, dəqiqələri göstərən uzun əqrəbi.

YELLƏDİLMƏ (ID - 43376)

“Yellədilmək”dən f.is.

YELLƏDİLMƏK (ID - 43377)

“Yellətmək”dən məch.

YELLƏMƏ (ID - 43378)

“Yelləmək”dən f.is.

YELLƏMƏK (ID - 43379)

f . 1. Sərinləmək üçün bir şeylə havanı hərəkətə gətirmək, hava cərəyanı yaratmaq. Yelpiclə üzünü yelləmək. -Rüstəm kişi hirsindən şapkasını çıxardı, üzünü yellədi. M.İbrahimov.
Odu, ocağı alışdırmaq, kömürü...

YELLƏNCƏK (ID - 43380)

is. Ağac budağından və ya bir yerdən asılmış müvazi qalın kəndirlərin ucuna bənd edilmiş oturacağı olan yellənmə qurğusu; salıncaq, uçuncaq. Oğlan-qızla dolu uçuncaqlar, yelləncəklər havada fırlanırdı. S.Rəhimov. Qızlar...

YELLƏNCƏKLİ (ID - 43381)

sif. Yelləncəyi olan, yellənmək üçün qurğusu olan.

YELLƏNDİRİLMƏ (ID - 43382)

“Yelləndirilmək”dən f.is.

YELLƏNDİRİLMƏK (ID - 43383)

məch. 1. Yelin təsiri ilə hərəkətə gətirilmək.
2. məc. dan. Bir işə təhrik edilmək; qızışdırılmaq.

YELLƏNDİRMƏ (ID - 43384)

“Yelləndirmək”dən f.is.

YELLƏNDİRMƏK (ID - 43385)

f 1. Tərpətmək, əsdirmək, o yan-bu yana hərəkət etdirmək, yırğalandırmaq, dalğalandırmaq. Yel ağacları yelləndirir. - Külək vurduqca Tellinin qıyğacı örtdüyü çadrasını yelləndirirdi. S.Hüseyn.
2. məc. dan. Bir işə təhrik...

YELLƏNMƏ (ID - 43386)

“Yellənmək”dən f.is. Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayraqlarının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirdi. M.S.Ordubadi.

YELLƏNMƏK (ID - 43387)

f . 1. Yelləncəyə minib o yan-bu yana hərəkət etmək. Yelləncəkdə yellənmək. Tərpənmək, yırğalanmaq. Beşik baxmaz heç bir kəsə; Qulaq verir gələn səsə; Nənə bir nəğmə söyləsə; Yel olur, yellənir beşik. Ə.Cavad. // ...

YELLƏNTİ (ID - 43388)

is. məh. Yüngül yel. İlin .. ən isti və ən odlu vaxtı idi. Nə bir kölgə, nə də .. bir yellənti vardı. Ə.Əbülhəsən.

YELLƏTMƏ (ID - 43389)

“Yellətmək”dən f.is.

YELLƏTMƏK (ID - 43390)

icb. Yellənməyə məcbur etmək; yelləndirmək. Çay aşağı getmərəm; Çadramı yellətmərəm; Xoruzgöz oğlan gərək; Dul kişiyə getmərəm. (Bayatı). Qaragöz tez küncə qaçıb ucları alaçığın iki tərəfində bərkidilib asılmış...

YELLİ1 (ID - 43391)

sif. 1. Küləkli. Yelli hava. Yelli bir gün.
məc. dan. Hirsli, tünd, tez qızan. Yelli adam.
zərf Bərk, iti, şiddətli. Oğlan çox yelli gəlir. - Kabinetin qapısı bir qədər yelli açıldı.. S.Rəhimov.

YELLİ2 (ID - 43392)

sif. dan. Yel xəstəliyi olan; revmatik. Yelli qıçlar.

YELMAR (ID - 43393)

is. Çox iti gedən sarı-qırmızı rəngdə zəhərli ilan.

YELPAZƏ (ID - 43394)

bax yelpik. Balkonun iki tərəfində duran xidmətçilər tavandan asılmış böyük yelpazəyə hərəkət verir. M.S.Ordubadi. // Yelpik kimi açılıb qapanan. Qadir.. günün batdığı yerdə yelpazə kimi açılıb göyün bir bucağını tutan...

YELPAZƏLƏMƏ (ID - 43395)

“Yelpazələmək”dən f.is.

YELPAZƏLƏMƏK (ID - 43396)

f . 1. Yelpazə ilə yelləmək; yelpikləmək.
2. məc. Oxşamaq, nəşələndirmək. Arabir qulaqlarımıza çarpan musiqidarfısıltılar qəlbimizi yelpazələyərək, bizdə nə qədər xoş təsir və canlı duyğular oyadır. A.Şaiq.

YELPAZƏLƏNMƏ (ID - 43397)

“Yelpazələnmək”dən f.is.

YELPAZƏLƏNMƏK (ID - 43398)

məch. Özünü yelpazə ilə yelləmək, özünü yelpikləmək.

YELPƏNƏK (ID - 43399)

məh. Xiyar. Ağzı bir çuval, boynu şam piyi; Başı gərmək, burnu yelpənək. Ü.Hacıbəyov.

YELPİK (ID - 43400)

is. Sərinlik, yaxud ocağı alışdırmaq üçün yellətməklə havanı hərəkətə gətirən alət. Qatlama yelpik. Düz yelpik. Yelpiklə üzünü yellə. Ocağı yelpiklə yelləmək. -iki qız [şahın] başı üstündə oturub tovuz quşu qanadından...

YELPİKLƏMƏ (ID - 43401)

“Yelpikləmək”dən f.is.

YELPİKLƏMƏK (ID - 43402)

f Yelpiklə yelləmək, yelpiklə yelləyib sərinlik yaratmaq. [Sarı] bir an içində yelpikləyib kömürü közərtdi və samovara od saldı. S.Rəhimov.

YELPİKLƏNMƏ (ID - 43403)

“Yelpiklənmək”dən f.is.

YELPİKLƏNMƏK (ID - 43404)

1. qayıd. Sərinlənmək üçün özünü yelpiklə yelləmək.
2. məch. Yelpiklə yellənmək.

YELPİKLƏTMƏ (ID - 43405)

“Yelpiklətmək”dən f.is.

YELPİKLƏTMƏK (ID - 43406)

icb. Yelpiklə sərinlətmək.

YELPİKŞƏKİLLİ (ID - 43407)

sif Yelpik şəklində olan.

YELPİKVARİ (ID - 43408)

sif. Yelpiyə oxşayan, yelpik şəklində olan, yaxud yelpik kimi açılıb bükülən.

YELPİNC, YELPİC (ID - 43409)

bax yelpik. Yelləyir körpə ağaclar bizi yelpic sayağı. S.Rüstəm. Günəş yerləri atıb gedərkən, üfüqlərdə sarı bir yelpic kimi açılmış şüalarını yığarkən mən onu düşünərdim. Ə.Məmmədxanlı.

YELSUYU (ID - 43410)

is. məh. Yerdən çıxan isti mineral suların xalq arasında adı.

YELTƏNMƏK (ID - 43411)

f . dan. Çalışmaq, can atmaq. Əlindən .. iş gəlməyən bu adam .. dərs verməyə yeltəndisə də, ondan da bir şey çıxmadı. S.Rəhman.

YEM (ID - 43412)

is. 1. Heyvanlara verilən yeyəcək (arpa, ot, saman və s.). Qidalı yemlər. Şirəli yem. Siloslanmış yem. - Qara atları tövləyə çəkib yem verdi. (Nağıl). Yem gətirib yoxsa sizə verməyə? Ya ki gəlib bir quru dindirməyə? A.Səhhət....

YEMÇİ (ID - 43413)

is. Kolxozda, sovxozda heyvanlara yem vermək və ya yem hazırlamaqla məşğul olan işçi.

YEMÇİLİK (ID - 43414)

is. Heyvanlar üçün yem hazırlamaqla məşğul olma, yem yetişdirmə işi. // Sif. mənasında.

YEMDOĞRAYAN (ID - 43415)

is. xüs. Heyvanlara veriləcək yemi doğrayan maşın.

YEMƏ (ID - 43416)

“Yemək”dən f.is.

YEMƏK (ID - 43417)

f . 1. Qida qəbul etmək, ağızda çeynəyib udmaq. Xörək yemək. Meyvə yemək. - Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Ata. sözü). Xudayar bəy yeyib qarnı tox,.. arxayın və rahat uzanıb yatdı. C.Məmmədquluzadə. [Mirzağa]...

YEMƏKXANA (ID - 43418)

is. Yemək hazırlanan və ictimai surətdə yemək yeyilən müəssisə; aşxana. Fəhlə yeməkxanası. Tələbə yeməkxanası. - [Qüdrət:] Fəhlələrin sayı artdıqca.. yeməkxana, kino zalı da gərək olacaq. M.Hüseyn. Vahid dönəndə Gəldiyevin...

YEMƏK-İÇMƏK (ID - 43419)

1. is. Qonaqlıq.
Bax yeyib-içmək.
is. Yeyiləcək və içiləcək şeylər. Yeməkiçmək hazırlayıb yaxın meşəyə getdik. A.Şaiq.

YEMƏLİ (ID - 43420)

sif 1. Yeməyə yarayan; yeyilən. Gördülər ki, içi çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. S.S.Axundov. // Dadlı, ləzzətli. Yeməli taamlar. Nə yeməli qarpızdır? Çox yeməli nardır.
2. məc. Sevimli,...

YEMƏMƏZLİK (ID - 43421)

is. Yeməyə həvəsi olmama, yeməkdən imtina etmə; iştahasızlıq. Xəstə yeməməzlikdən bir sümük bir dəri olmuşdur.

YEMİŞ (ID - 43422)

YEMİŞAN (ID - 43423)

is. Qırmızımtıl qara meyvəsi olan kol bitkisi və onun meyvəsi. Yemişan kolu. Yemişan tikanı. Meşələrdə dərməyə yemişan çoxdur. - Kənddən bir qədər uzaqlaşanda çəpərliklər, sonra yol boyu axan kəhriz sularının gizləndiyi...

YEMİŞANLIQ (ID - 43424)

is. Çoxlu yemişan bitən yer. Uşaqlar yemişanlıqda yemişan yığdılar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed