İzahlı lüğət

YOLPAN (ID - 43925)

is. Başı kəsilmiş ot, kol. Qumsal təpələrin qıraqlarını qaratikan kolları və yolpan otları örtmüşdü. S.Rəhimov.

YOLPULU (ID - 43926)

bax yolxərci.

YOLSUZ (ID - 43927)

sif. 1. Yolu olmayan. Yolsuz çöllər.
2. məc. dan. Dinsiz, məzhəbsiz (bəzən söyüş yerində işlənir).

YOLSUZLUQ (ID - 43928)

is. 1. Yolun olmadığı hal.
2. məc. dan. Dinsizlik, məzhəbsizlik.

YOLUXDURMA (ID - 43929)

“Yoluxdurmaq”dan f.is.

YOLUXDURMAQ (ID - 43930)

f . Başqasına keçirmək, sirayət etdirmək (mikrobu, azarı); yoluxmasına səbəb (vasitə) olmaq. Qripi yoluxdurmaq.

YOLUXDURUCU (ID - 43931)

sif. 1. Keçirən (mikrobu, azarı).
2. Keçirici, yoluxucu, sirayətedici.

YOLUXDURUCULUQ (ID - 43932)

is. Başqalarına keçirmə (keçmə) qabiliyyəti; keçiricilik.

YOLUXMA1 (ID - 43933)

1. “Yoluxmaq1’dan f.is. // Mikrob, azar.
2. sif. Yoluxucu, yoluxan, keçici, sirayətedici. Yoluxma xəstəliklər.

YOLUXMA2 (ID - 43934)

“Yoluxmaq2”danf.is. Xəstəni yoluxma.

YOLUXMAQ1 (ID - 43935)

f. Sirayət etmək, keçmək (xəstəlik, mikrob).

YOLUXMAQ2 (ID - 43936)

f Hal-əhval bilmək üçün birinin yanına getmək (gəlmək). Mirzə Mehdi həkimbaşı həftədə iki-üç dəfə onu yoluxurdu. Ə.Haqverdiyev. Arazı yuxuya verdikdən sonra bir də Poladı yoluxmağa getdi. A.Şaiq. Hacını yoluxmağa gələn...

YOLUXUCU (ID - 43937)

sif. Keçici, başqalarını tuta bilən; sirayətedici. Qrip yoluxucu xəstəlikdir. Yoluxucu xəstəliklərdən özünüzü qoruyun! -Həkim üzü görməyən, tibb xidmətinin nə olduğunu bilməyən bu yerlərdə bu yoluxucu xəstəlik böyük sürətlə...

YOLUXUCULUQ (ID - 43938)

is. Yoluxma, keçmə, sirayətetmə qabiliyyəti; keçicilik, sirayətedicilik (xəstəlik haqqında).

YOLUQ (ID - 43939)

sif. 1. Tükləri yolunmuş. Soyaram libasın, allam sazını; Yal-quyruğun yoluq (z.) yola düşərsən. Aşıq Ələsgər. indi bax, qorxundan yoluq cücəyə oxşuyursan. C.Məmmədquluzadə. Yüz-yüz iyirmi addım uzaqda əl ilə sancılmış kimi,...

YOLUNMA (ID - 43940)

“Yolunmaq”dan f.is.

YOLUNMAQ (ID - 43941)

məch. Tükləri dartılıb çıxarılmaq.

YOLUNMUŞ (ID - 43942)

f.sif. Tükləri dartılıb (çəkilib) çıxarılmış; yoluq. Yolunmuş toyuq.

YOLÜSTÜ (ID - 43943)

zərf Yoldan keçərkən, yanından keçərkən. Yolüstü yoldaşıma dəydim. Yolüstü bir bizə də gəl. - Yolüstü dəllək dükanına girdi. Üzünü qırxdırıb boynunu, başını düzəltdirdi. M.Süleymanov.

YOLVERİLMƏZ (ID - 43944)

sif Qətiyyən yol verilə bilməyən, dözülə bilməyən, icazə verilməz. Yolverilməz hərəkət.

YOLVURAN (ID - 43945)

is. Qaçaq, quldur, yolkəsən. Zərəfşan xanımın əri, Camalı məhv etdirmək üçün Qaradağın bütün quldur və yolvuranlarını öz ətrafına yığmışdı. M.S.Ordubadi.

YOL-YOL (ID - 43946)

sif. Miləmil, mil-mil; milləri olan. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal.

YONCA (ID - 43947)

is. bot. Paxlalılar fəsiləsindən çoxillik bitki cinsi. Yonca tarlası. - Şəbistan mərəkdən bir bağlama yonca götürüb tövləyə tərəf yönəlirdi. S.Rəhimov.

YONCALIQ (ID - 43948)

is. Yonca bitən yer, yonca tarlası. Yoncalıqlarda bildirçinlərin və torağayların səsi eşidilirdi. Ə.Vəliyev. Kimisi də Hacı kimi, əlindən gedən torpağının, çəmən və yoncalıqlarının ağrısı ilə yatağında ilan çalmış kimi...

YONCUMAQ (ID - 43949)

f məh. Yalvarmaq.

YONDURMA (ID - 43950)

“Yondurmaq”dan f.is.

YONDURMAQ (ID - 43951)

icb. 1. Yonma işi gördürmək. Taxtaları yondurmaq. Ağacı yondurmaq. Dəmiri yondurmaq.
2. Həkk etdirmək, qazıtdırmaq, yaxud yonmaqla daşdan və s.-dən qayıtdırmaq. [Qəhrəmani Firiduna:] Gəl aynanın altında, fil sümüyünün üstündə...

YONQA(R) (ID - 43952)

is. Rəndə və s. yonucu alətlərin ağzından çıxan nazik, ensiz taxta parçaları. Taxta zavodunda gecə-gündüz kəsilən, yonulan taxtaların talaşası, yonqarı dağ kimi qalanıb böyük bir sahəni tuturdu. Mir Cəlal.

YONQARLAMA (ID - 43953)

“Yonqarlamaq”dan f.is.

YONQARLAMAQ (ID - 43954)

bax yonmaq 1-ci mənada.

YONQARLANMA (ID - 43955)

“Yonqarlanmaq”dan f.is.

YONQARLANMAQ (ID - 43956)

“Yonqarlamaq”dan məch.

YONMA (ID - 43957)

1. “Yonmaq”dan f.is.
2. sif. Yonulmuş.

YONMAQ (ID - 43958)

f . 1. Bir şeyi (ağacı, dəmiri və s.) həcm etibarilə kiçiltmək, nazikləşdirmək və ya istənilən şəklə salmaq məqsədi ilə xüsusi kəsici, yaxud yonucu alətlə kəsib üstünü götürmək. Kərim baba fit çala-çala bir qarış...

YONTALAMA (ID - 43959)

“Yontalamaq”dan f.is.

YONTALAMAQ (ID - 43960)

f . dan. Tez-tələsik, necə gəldi yonmaq.

YONTALANMA (ID - 43961)

“Yontalanmaq”dan f.is.

YONTALANMAQ (ID - 43962)

məch. Tez-tələsik, necə gəldi yonulmaq.

YONTALANMAMIŞ (ID - 43963)

bax yonulmamış.

YONUCU (ID - 43964)

1. sif. Yonan, yonma işi görən. Yonucu dəzgah. Yonucu alət, maşın.
2. is. Yonma dəzgahında işləyən, yaxud yonma işində işləyən fəhlə.

YONUQ (ID - 43965)

sif. Yonulmuş.

YONULMA (ID - 43966)

“Yonulmaq”dan f.is.

YONULMAQ (ID - 43967)

f . 1. Rəndə və s. yonucu və ya kəsici alətlə kəsilib üstü götürülmək; hamarlanmaq, işlənmək. Əmmamə şəklində bir daş yonulmuş; Bir sadə qəbrin üstünə qoyulmuş. A.Səhhət.
2. Yonularaq hazırlanmaq, qayrılmaq.

YONULMAMIŞ (ID - 43968)

f sif 1. Rəndə və s. yonucu və ya kəsici alətlə kəsilib üstü götürülməmiş; hamarlanmamış, işlənməmiş. Yonulmamış taxta. Yonulmamış daş.
2. məc. dan. Tərbiyəsiz, mədəniyyətsiz, olduqca kobud, qanmaz. Fərmanın ürəyi...

YONULMUŞ (ID - 43969)

YONURCA (ID - 43970)

is. bot. Parazit göbələklərin (əsasən taxıllarda) törətdiyi xəstəlik.

YORĞA (ID - 43971)

1. is. At yerişinin bir növü (bu yerişdə at növbə ilə gah bir tərəfdəki - sağ ayaqlarını, gah o biri tərəfdəki - sol ayaqlarını eyni zamanda irəli atır).
2. sif. Bu cür yerişi olan, bu cür yeriyən. Yorğa at. Yorğa kürən....

YORĞALAMA (ID - 43972)

“Yorğalamaq”dan f.is.

YORĞALAMAQ (ID - 43973)

f 1. Yorğa yerişlə yerimək. [Mayanın] bütün fikri yorğalayan kəhərdə, gözəlliyindən doymadığı çöllərdə idi. M.İbrahimov.
2. məc. Sürətlə getmək, qaçmaq.

YORĞALATMA (ID - 43974)

“Yorğalatmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed