YASTIVARİ (ID - 42925)sif. Bir qədər yastı.
|
YASTIYAPALAQ (ID - 42926) |
YASTIYAPALAQLIQ (ID - 42927)is. Boyca alçaq və şişman olma; potalıq, yöndəmsizlik. Bu gün [Salmanın] paltarı bədəninin yastıyapalaqlığını bir qədər itirirdi. M.İbrahimov.
|
YASTI-YASTI (ID - 42928)zərf 1. Aramla, asta-asta, sakit-sakit. □ Yastı-yastı danışmaq - sözləri uzada-uzada və astadan danışmaq.
2. Yastı (çoxluq bildirir). Yastı-yastı təpələr yastığıdır çobanın. (Mahnı). |
YAŞ1 (ID - 42929)is. 1. Doğuluş, dünyaya gəlmə günündən keçən vaxt, il; insanın, heyvanın, bitkinin böyüməsində, inkişafında dövr; ömür. Bir yaşda olan adamlar. Yaşın neçədir? inəyin üç yaşı var. - Ağıl yaşda deyil, başdadır. (Ata....
|
YAŞ2 (ID - 42930)1. sif. Canına su, rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu (quru ziddi). Yaş paltar. Yaş yer. Yaş qum. Yaş əlləri ilə tutmaq. // Hələ canında su qalmış, qurumamış. Yaş səbzə. Yaş meyvə. - Yaş ağaca balta vurmazlar....
|
YAŞAMA (ID - 42931)“Yaşamaq”danf.is. Yoxsulşərbaf ailələrinin çoxusunun burda yaşaması təəccüblü deyildi. Ə.Əbülhəsən.
|
YAŞAMAQ (ID - 42932)f . 1. Həyatda var olmaq, diri olmaq, sağ olmaq. Babası hələ də yaşayır.
[Sərvər:] Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam. U.Hacıbəyov. // İs. mənasında. Həyat, dirilik. ..Tək bircə nəfərin də... |
YAŞAR (ID - 42933) |
YAŞARMA (ID - 42934)“Yaşarmaq”dan f.is.
|
YAŞARMAQ (ID - 42935)f . 1. İslanmaq, nəmlənmək, yaş olmaq, yaş görünmək.
2. “Gözləri” sözü ilə - yaşla dolmaq, yaş tökmək, ağlamaq istəmək. Zəhra analarını itirmiş bu üç qızın halını, ürəkparçalayan səmimi göz yaşlarını görərək... |
YAŞARTI (ID - 42936)is. Yaş, gözyaşı, damcı. ..Sübhanverdizadə Rüxsarənin gözündəki yaşartını lampa işığı ilə birləşən parıltısından aydın edə bilirdi. S.Rəhimov.
|
YAŞARTMA (ID - 42937)“Yaşartmaq”dan f.is.
|
YAŞARTMAQ (ID - 42938)gözlərini yaşartmaq 1) qıcıqlama və ya başqa şeyin təsiri ilə gözlərinin yaşarmasına səbəb olmaq; gözlərini sulandırmaq. Tüstü adamın gözlərini yaşardır. Çay gözümü yaş artdı. - ..[Nurəddinlə qulluqçuları Baharın]...
|
YAŞATMA (ID - 42939)“Yaşatmaq”dan f.is.
|
YAŞATMAQ (ID - 42940)icb. Yaşamasına səbəb olmaq, yaşamasına imkan vermək, yaşamasına yardım və kömək etmək. [Elxan:] ..Tanrı olsaydım əgər, gerçəkdən; Ya bu insanları xəlq etməz idim; Əgər etsəm, yaşadardım daim şadü məsud.. H.Cavid. Məhəbbət!...
|
YAŞAYIŞ (ID - 42941)is. 1. Həyat tərzi, yaşamaq tərzi, həyat şəraiti; dolanacaq, məişət, həyat. Yaşayışı pis keçmir. Yaşayışı yaxşıdır. - [Kərim xan və qız] çiyin-çiyinə verərək həyatın ağır yükünü birlikdə çəkir, öz qarşılıqlı...
|
YAŞID (ID - 42942)is. və sif Bir başqası ilə bir yaşda olan (adam); həmyaş. Baxdı, yaşıdları oynayıb-gülür; Üzündən, gözündən sevinc süzülür. M.Rahim. Qoşqar öz yaşıdları ilə birgə günlərini bu çayın sağa-sola ayrılıb yenidən birləşən...
|
YAŞIDLIQ (ID - 42943)is. Bir yaşda olma, həmyaş olma; həmyaşlıq.
|
YAŞIL (ID - 42944)sif. 1. Yarpaq, ot rəngində olan. Yaşıl yarpaq. Yaşıl mahud. Yaşıl boya. - Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. [Orxan:]...
|
YAŞILBAŞ (ID - 42945)is. 1. Ördəyin erkəyi. Tərlan görüb yaşılbaşı; Sağın, qaynaq çala, Maral! Aşıq Ələsgər. Yaşılbaşlar qanad çırpar suyuna; Gah durular, gah da dönüb bulanar. S.Vurğun.
2. Şeirdə adətən gözəl mənasında işlənir. □... |
YAŞILBAŞLI (ID - 42946)sif. Başı yaşıl olan. Yaşılbaşlı ördək. □ Yaşılbaşlı sona - bax yaşılbaş sona (“yaşılbaş” da). Hərgiz olmaz həq gölünün fənası; Əskik olmaz yaşılbaşlı sonası. M.V.Vidadi. Teli əyri, yaşılbaşlı sonasan; Gəl...
|
YAŞILGÖZLÜ (ID - 42947)sif. Gözlərinin rəngi yaşıl olan. Yaşılgöz pişik. Yaşılgöz qız.
|
YAŞILIMSOV (ID - 42948)sif. Yaşıla çalar, yaşıla oxşar rəngdə olan.
|
YAŞILIMTIL (ID - 42949)bax yaşılımsov.
|
YAŞILIMTRAQ (ID - 42950)bax yaşılımsov.
|
YAŞILLAMA (ID - 42951)“Yaşıllamaq”dan f.is.
|
YAŞILLAMAQ (ID - 42952)f Yaşıl rəngə boyamaq, yaşıl etmək.
|
YAŞILLANDIRILMA (ID - 42953)“Yaşıllandırılmaq”dan f.is.
|
YAŞILLANDIRILMAQ (ID - 42954)məch. 1. Yaşıl rəngə boyadılmaq.
2. Bax yaşıllaşdırılmaq. |
YAŞILLANDIRMA (ID - 42955)“Yaşıllandırmaq”dan f.is.
|
YAŞILLANDIRMAQ (ID - 42956)f . 1. Yaşıl rəngə boyamaq. Divarı yaşıllandırmaq.
2. Bax yaşıllaşdırmaq 2-ci mənada. |
YAŞILLANMA (ID - 42957)“Yaşıllanmaq”dan f.is.
|
YAŞILLANMAQ (ID - 42958)f . 1. Yaşıl olmaq, göyərmək, yarpaq açmaq, otla, yarpaqla örtülmək. Ağaclar yaşıllandı. - Elə çöllər yaşıllanan kimi, arvad səhər yerindən durur və ac yatmış uşaqlarını oyadıb deyir.. C.Məmmədquluzadə.
2. Yaşıla... |
YAŞILLAŞDIRILMA (ID - 42959)“Yaşıllaşdırılmaq”dan f.is.
|
YAŞILLAŞDIRILMAQ (ID - 42960)məch. Ağac, kol və s. bitki əkdirilərək yaşıllıq yaradılmaq. Məktəbin ətrafı yaşıllaşdırılmışdır.
|
YAŞILLAŞDIRMA (ID - 42961)“Yaşıllaşdırmaq”dan f.is. Yaşıllaşdırma işləri. Şəhəri yaşıllaşdırma həftəsi.
|
YAŞILLAŞDIRMAQ (ID - 42962)1. Bax yaşıllandırmaq 1 -ci mənada.
2. f Kol və s. göyərti əkməklə yaşıllıq yaratmaq. Şəhərləri yaşıllaşdırmaq üçün tədbirlər. Küçələri yaşıllaşdırmaq. |
YAŞILLAŞMA (ID - 42963)“Yaşıllaşmaq”dan f.is.
|
YAŞILLAŞMAQ (ID - 42964)bax yaşıllanmaq.Baharın son ayı idi. Yağışlar yenicə dayanmış, hər yer də yaşıllaşmışdı. Çəmənzəminli. Hüseyn tapşırıldı torpaq altına; Yazda yaşıllaşan budaq altına. M.Rahim. Yaşıllaşır çöllər, oyanır torpaq; Bəzənir...
|
YAŞILLATMA (ID - 42965)“Yaşıllatmaq”dan f.is.
|
YAŞILLATMAQ (ID - 42966)1. icb. Yaşıl rəngə boyatmaq.
2. Bax yaşıllaşdırmaq 2-ci mənada. |
YAŞILLI (ID - 42967)sif 1. Yaşıl rəngi və ya yaşıl xalları, cizgiləri və ya çiçəkləri olan. Yaşıllı, qırmızılı parça.
2. məc. Bəzəkli, qəşəng, gözəl geyimli. Tərifli gözəllər gəlhagəl oldu; Yaşıllı, zərbaflı, allı sənəm, gəl!... |
YAŞILLIQ (ID - 42968)is. 1. Yaşıl şeyin hal və keyfiyyəti. Rəngin yaşıllığı.
2. Təzə otlarla örtülü yer, çoxlu göyərti olan yer. O, gözəl çiçəklərdən, bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım. A.Şaiq. Hər tərəfdən yaşıllıqlar... |
YAŞILLIQLAŞMA (ID - 42969)“Yaşıllıqlaşmaq”dan f.is.
|
YAŞILLIQLAŞMAQ (ID - 42970)f . Yaşıllığa dönmək; yaşıllıq halına gəlmək.
|
YAŞIL-MAVİ (ID - 42971)sif. Yaşıla və maviyə çalan rəngdə olan.
|
YAŞIMTIL (ID - 42972)bax yaşılımtıl.
|
YAŞINDIRMA (ID - 42973)“Yaşındırmaq”dan f.is.
|
YAŞINDIRMAQ (ID - 42974)icb. Yaşınmağa məcbur etmək.
|
Bu səhifə dəfə baxılıb