
YAŞILsif. 1. Yarpaq, ot rəngində olan. Yaşıl yarpaq. Yaşıl mahud. Yaşıl boya. - Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. [Orxan:] Ey mavi göylər! Ey yaşıl ormanlar! Ey bacalardan yüksələn dumanlar! H.Cavid. [Minayə] ..belini çox zəif göstərən yaşıl ipək koftada, başına saldığı ağ torda çox yaraşıqlı görünürdü. Ə.Əbülhəsən.
Kal, yetişməmiş. Alma hələ yaşıldır. is. köhn. Yaşıl rəngli şey. Yaşılı sarısından çoxdur. Paylaşın - Hamı bilsin
|