YALINLIQ (ID - 42225)is. Yalın şeyin halı, çılpaqlıq. Talib xanın .. yalınlıqdan olub dabanı çatçat. Q.Zakir.
|
YALXA, YALXI (ID - 42226)sif. məh. 1. Yanında başqa bir şey olmayan; yalnız, tək. Səməd döşəmədə, yalxı döşəkağı üzərində köynəkçək uzanmışdı. İ.Hüseynov.
2. Ancaq, yalnız. Yalxı bizi eyləməyib mübtəla; Səfheyi-Qafqazı tutub bu bəla.... |
YALQIZ (ID - 42227)sif. 1. Tək, kimsəsiz, yalnız, təktənha. Bir mən, bir sevdiyim, bir otaq, yalqız; Deyib-danışmağın nə damağı var! Aşıq Ələsgər. // Zərf mənasında. Sən ki ey bülbül, məni heç yerdə yalqız qoymadın. Qövsi. [Heydər bəy:]...
|
YALQIZCA (ID - 42228)zərf Tək, tək-tənha, yanında heç kəs olmadan. Yalqızca oturmaq. - Qoçpolad qalxmışdı Boranlı dağa; Yalqızca yaşardı kin boğa-boğa. A.Şaiq. [Müəllim] gecələrini təkbaşına, yalqızca keçirirdi. S.Hüseyn.
|
YALQIZLAMA (ID - 42229)“Yalqızlamaq”dan f.is.
|
YALQIZLAMAQ (ID - 42230)f . Yanında heç bir kəs olmamaq, yalqız qalmaq, tək-tənha qalmaq. // Yalqız qoymaq, təkləmək. Məni yalqızladı dərdü bəlayi-yar bir yandan. Qövsi.
|
YALQIZLIQ (ID - 42231)is. Təklik, tək-tənhalıq, yalnızlıq, tək qalma. Birdən [müəllimin] fikrinə gəldi ki, Telli yalqızlıqdan qorxar. S.Hüseyn. Müşkünaz uşaqlıqdan təkliyi sevmir, yalqızlıqdan daralırdı. Ə.Vəliyev. // Kimsəsizlik, adamsızlıq....
|
YALQUZAQ (ID - 42232)is. Canavar, qurd; tək gəzən canavar. Qəflətən yalquzaq çıxdı dərədən; Yapışdı qır kimi, qumral kərədən. H.K.Sanılı. Camalın əlindən nə yalquzaq, nə ayı, nə də pələng qurtara bilirdi. S.Rəhimov. [Sirat:] ..Ən axırda yalquzaq...
|
YALLAMA1 (ID - 42233)“Yallamaq1’dan f.is.
|
YALLAMA2 (ID - 42234)zərf Yalından tutaraq. Safo da bilir, cayıl, ağzıboş vaxtlarımda hər əlim ilə bir xam atı qaçaraqda quyruğundan saxlayar, hər birisini yallama minərdim. S.Rəhimov.
|
YALLAMAQ1 (ID - 42235)f. Yüyənsiz atı yalından tutaraq sürmək.
|
YALLAMAQ2 (ID - 42236)f. İtlərə yal (yem) vermək.
2. məc. vulq. Rüşvət vermək. |
YALLANMA (ID - 42237)“Yallanmaq”dan f.is.
|
YALLANMAQ (ID - 42238)məch. 1. İtlərə yal verilmək.
2. məc. vulq. Rüşvət almaqla varlanmaq. |
YALLI1 (ID - 42239)is. Yalı olan (bax yal1). Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi; Bizim bu həyat kimi. M.Müşfıq.
|
YALLI2 (ID - 42240)is. Bir-birinin əlindən tutaraq dəstə ilə oynanılan Azərbaycan xalq rəqsi. Yallı havası. - Alaq vuranların mahnıları, taya vuranların nəğmələri, qocaların yallısı, cavanların gülüşməsi Budağı valeh etmişdi. Ə.Vəliyev. □...
|
YALLI3 (ID - 42241)zərf Yal verməklə, yal yedirməklə. [Hacı Osman:] Çobanların, köpəklərin necədir, a Vəli, yallımı saxlayırsan onları? N.Vəzirov.
|
YALLIBAŞI (ID - 42242)is. Yallı oyununa başçılıq edən şəxs.
|
YALLIBAŞILIQ (ID - 42243)is. Yallı oyununa başçılıq etmə. Yallıbaşılıqda da bu Dəlidağda heç bu qudurğanların tayları yoxdur. S.Rəhimov.
|
YALLIQ (ID - 42244)sif. Yal üçün yararlı (bax yal3).
|
YALMAN (ID - 42245)is. bax yal1 1 -ci mənada. Min Qazaxda köhlən ata; Yalmanına yata-yata; At qan tərə bata-bata; Göy yaylaqlar belinə qalx. S.Vurğun. Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov.
|
YALMANIB-YALTAQLANMAQ (ID - 42246)f. məh. Yaltaqlıq etmək. Məclisdəkilər yalmanıbyaltaqlanıb eşşəyin tərifini göyə çıxarırlar. “M.N.lətif.”
|
YALMANLAMA (ID - 42247)“Yalmanlamaq”dan f.is.
|
YALMANLAMAQ (ID - 42248)bax yallamaq1. [Əlaltı:] Mən qaçaraqda qatırı minib onu yalmanlamasam, onda atam Bəbəşin oğlu deyiləm! S.Rəhimov.
|
YALMANLANMA (ID - 42249)“Yalmanlanmaq”dan f.is.
|
YALMANLANMAQ (ID - 42250)“Yalmanlamaq”dan məch.
|
YALMANLI (ID - 42251)bax yallı1.
|
YALMANMA (ID - 42252)“Yalmanmaqdan f.is.
|
YALMANMAQ (ID - 42253)f məh. Yaltaqlıq etmək, baş əymək.
|
YALNIZ (ID - 42254)1. əd. Məhdudiyyət bildirir ancaq, təkcə. Yalnız bircə şərtlə. Yalnız bir adam gəlmişdir. Məclisdən yalnız siz əskik idiniz. Yalnız bir arzum var. - Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. S.S.Axundov....
|
YALNIZBAŞINA (ID - 42255)zərf Tək, tək-tənha. ..Ləngrud çayı ilə aşağı doğru axan kərəçidə yalnızbaşına oturub dalğın və mükəddər bir halda düşünürdüm. S.Hüseyn.
|
YALNIZCA (ID - 42256)zərf Yalnız, təkcə, tək-tənha. [Müəllim] gecələrini təkbaşına, yalnızca keçirirdi. S.Hüseyn.
|
YALNIZLIQ (ID - 42257)is. Təklik, tənhalıq. [Nadir bəy:] Eşq öksüz bir çocuq kimi daima yalnızlıqdan xoşlanır. H.Cavid. Onda yoxdur izi əsla; Yalnızlığın, tənhalığın. R.Rza.
|
YALOV (ID - 42258)bax alov.
|
YALSIZ1 (ID - 42259)sif Yalı olmayan (bax yal1). Yalsız dayça.
|
YALSIZ2 (ID - 42260)sif. dan. Yal verilməmiş, yemək verilməmiş, ac. Gülnaz və Səriyyə xala qapını döydüyü zaman [Qəmərbanu] yalsız yatan köpək kimi acıqlı idi. M.İbrahimov.
|
YALTAQ (ID - 42261)sif. Yaltaqlıq edən, başqasına yaltaqlanan. Yaltaq adam. - Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi. Şeir gəzdi dilləri, gəlib çatdı saraya; Aldı yaltaq kübarlar Zülfüqarı araya. Vahabzadə. // İs....
|
YALTAQCASINA (ID - 42262)zərf Yaltaqlıq edərək, yaltaq-yaltaq, yaltaq adam kimi özünü alçaldaraq. Yaltaqcasına hərəkət etmək. Yaltaqcasına “bəli, bəli” demək.
|
YALTAQLANMA (ID - 42263)“Yaltaqlanmaqdan f.is.
|
YALTAQLANMAQ (ID - 42264)f . Öz şəxsi xeyri və ya birinə xoş görünmək üçün başqasının qarşısında özünü alçaldaraq onun istədiyinə uyğun hərəkət etmək, danışmaq, riyakarcasına onu tərifləmək, yaltaqlıq etmək. Dövlətliyə yaltaqlanmaq bilmərəm;...
|
YALTAQLIQ (ID - 42265)is. Öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, riyakarcasına onu tərifləmə. Yaltaqlıq etmək. Yaltaqlıq insanı alçaldan hərəkətdir....
|
YALTAQ-YALTAQ (ID - 42266)zərf Yaltaqlıq edərək; yaltaqlana-yaltaqlana; yaltaqcasına. Yaltaqyaltaq danışmaq. Yaltaq-yaltaq gülmək. - Qazı yaltaq-yaltaq Teymura tərəf ikiqat əyilərək deyir.. “M.N.lətif.”
|
YALVARIB-YAXARMA (ID - 42267)“Yalvarıb-yaxarmaqdan f.is.
|
YALVARIB-YAXARMAQ (ID - 42268)f. Həddindən artıq yalvarmaq, çox yalvarıb xahiş etmək. Ənvər yalvarıb-yaxardı. Müşkünazın qarşısında diz çöküb dil çıxartdı, tövbə eləyib üzr istədi. Ə.Vəliyev.
|
YALVARIB-YAPIŞMA (ID - 42269)“Yalvarıb-yapışmaq”dan f.is.
|
YALVARIB-YAPIŞMAQ (ID - 42270)f dan. Yalvarıb əl çəkməmək, həddindən artıq yalvarmaq. Qarı gəldi darvazanın ağzına. Qəssaba çox yalvarıb-yapışdı. Axırda qəssabın ona yazığı gəlib içəri buraxdı. (Nağıl).
|
YALVARICI (ID - 42271)sif. Yalvarmaq tərzində olan; xahişedici. Yalvarıcı səs. Yalvarıcı baxışlar. Yalvarıcı nəzərlə. Yalvarıcı tonda.
|
YALVARIŞ (ID - 42272)is. Yalvarma, yalvarıb-yaxarma, yalvarmaq tərzində olan xahiş. Qulaqlarımda Qönçənin iniltiləri, çığırtıları, yalvarışları eşidilirdi. S.Hüseyn.
|
YALVARIŞMA (ID - 42273)“Yalvarışmaq”dan f.is.
|
YALVARIŞMAQ (ID - 42274)qarş. Yalvarmaq (çoxları haqqında).
|
Bu səhifə dəfə baxılıb