İzahlı lüğət

YERİMƏK (ID - 43525)

f 1. Ayaqlarını işə salaraq hərəkət etmək; addımlamaq. İrəli yerimək. Bərk yerimək. Yeriyə bilməmək. Çox yeriməkdən yorulmaq. - Yeriyən at özünə qamçı vurdurmaz. (Ata. sözü). Bir qoca köhnə paltar əynində; Yeriyir yolda...

YERİNDƏCƏ (ID - 43526)

zərf Dayandığı yerdə, durduğu və ya oturduğu yerdə; oradaca. Təəccübdən yerindəcə qaldı. Yerindəcə canı çıxdı.

YERİTDİRMƏ (ID - 43527)

“Yeritdirmək”dən f.is.

YERİTDİRMƏK (ID - 43528)

məch. Yeriməyə məcbur etmək.

YERİTMƏ (ID - 43529)

“Yeritmək”dən f.is.

YERİTMƏK (ID - 43530)

icb. 1. Yeriməyə, hərəkət etməyə məcbur etmək. // Yeriməsinə kömək etmək, gəzdirmək. Ayaq açan uşaqları yeridirlər. Sövq etmək, hücum etdirmək. Qoşun yeritmək. - Hər iki tərəf meydana yeni-yeni qüvvələr yeridirdi. S.Rəhimov....

YERİŞ (ID - 43531)

is. 1. Yerimək tərzi, yerimək işi. Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər. [Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi. Əlbisəsinin tərzi, biçimi avamlığını, yerişi gözsüzlüyünü...

YERİŞLİ (ID - 43532)

sif ...kimi yeriyən, ...kimi (adətən tərkib halında). Başında ağ şalı var; Yaşılı var, alı var; Ceyran yerişli yarın; Ağ buxaqda xalı var. (Bayatı).

YERKEŞNİŞİ (ID - 43533)

is. bot. Torpaqüstü hissələrində zəhər olan yabanı bitki.

YERKÖKÜ (ID - 43534)

is. Sarı-qırmızı rəngli, getdikcə incə-uzunsov yeməli kökü olan tərəvəz bitkisi və bu bitkinin meyvəsi.

YERQAZAN (ID - 43535)

1. sif. Yer qazımaqla məşğul olan, torpaq işləri görən. Yerqazan fəhlə. - Həqiqətin qırmızı yanağını toz basmış, başının tükləri bir neçə yerdən pırtlamış, özü isə bikef halda dayanıb .. yerqazan yoldaşlarına baxırdı....

YERLƏŞDİRİLMƏ (ID - 43536)

“Yerləşdirilmək”dən f.is.

YERLƏŞDİRİLMƏK (ID - 43537)

məch. 1. Bir yerə qoyulmaq. Şeylərin hamısı yerləşdirilmişdir.
2. Müvəqqəti və ya daimi qalmaq, yaşamaq, yerləşmək, sakin olmaq üçün bir yer verilmək. Qonaqlar mehmanxanalarda yerləşdirildilər.

YERLƏŞDİRMƏ (ID - 43538)

“Yerləşdirmək”dən f.is.

YERLƏŞDİRMƏK (ID - 43539)

f 1. Bir şeyə bir yerdə yer etmək, bir yerə qoymaq, yerbəyer etmək. Şeyləri çamadana yerləşdirmək. Kitabları şkaflara yerləşdirmək. Yaşamaq üçün bir yer vermək, bir yerdə sakin etmək. Tələbələri yataqxanalarda yerləşdirmək....

YERLƏŞMƏ (ID - 43540)

“Yerləşmək”dən f.is.

YERLƏŞMƏK (ID - 43541)

f . 1. Bir sahəni, bir yeri tutmaq, mövqe tutmaq. Yuxarıbazarda isə bəzzazlar, xalçaçılar yerləşmişdi. H.Sarabski. Rüxsarənin gözləri qarşısında dəniz sahilində yerləşən qocaman şəhər canlanırdı. S.Rəhimov. Güney yamaclarda...

YERLİ (ID - 43542)

sif 1. Başqa yerdən gəlmə deyil, həmin yerdən olan, bu yerin əhalisindən olan. Yerli əhali. Yerli camaat. Bizim yerli deyil.
// İs. mənasında. Yerlilər və gəlmələr. Yerlilərə məxsus adət və ənənələr. Buranın yerliləri əkinçidir....

YERLİÇİLİK (ID - 43543)

is. Ümumi işin zərərinə olaraq, öz yerlisini himayə etmə, ona üstünlük vermə (yalnız mənfi mənada işlənir). Yerliçilik kimi mənfi halları aradan qaldırmaq. // Bir işdə və s.-də yalnız öz yerinin mənafeyini güdmə. Planlarımızda...

YERLİ-DİBLİ (ID - 43544)

zərf 1. Bütünlükdə, tamamilə, kökündən. [Səkinə xanım:] Mənim haqqım yerli-dibli batsa da, mən Ağa Həsənə gedən deyiləm! M.F.Axundzadə. Deyəcəkdim ki, Qaryagin mahalının qazısının işləri ya möcüzədir və ya yerli-dibli...

YERLİK (ID - 43545)

is. Döşəmə, yer. Yerliyi darısqal, içi bürkülü; O qamış komalar bəs indi hanı? S.Vurğun. // Bax yer 19-cu mənada.Maral keçən il tikdirdiyi yerliyi ağ olan donunu götürdü. Ə.Əbülhəsən. 0 Yerlik hal qram. - ismin kimdə? nədə?...

YERLİ-KÖKLÜ (ID - 43546)

zərf Dibindən, kökündən, tamamilə, büsbütün, yerli-dibli. [Surxay:] Allah onların yerli-köklü tifaqlarını dağıtsın. S.Rəhman.

YERLİLƏŞDİRİLMƏ (ID - 43547)

“Yerliləşdirilmək”dən f.is.

YERLİLƏŞDİRİLMƏK (ID - 43548)

məch. Yerli iqlimə, yerli şəraitə uyğunlaşdırılmaq; iqlimləşdirilmək. Bir sıra meyvə növləri Miçurin tərəfindən soyuq iqlimdə yerliləşdirilmişdir.

YERLİLƏŞDİRMƏ (ID - 43549)

“Yerliləşdirmək”dən f.is.

YERLİLƏŞDİRMƏK (ID - 43550)

YERLİLƏŞMƏ (ID - 43551)

“Yerliləşmək”dən f.is.

YERLİLƏŞMƏKf (ID - 43552)

. Uzun müddət bir yerdə yaşayaraq onun yerli əhalisinin adət və ənənələrini, həyat tərzini, mədəniyyətini qəbul edib ondan seçilməz hala gəlmək; bir yerə isinişmək, uyğunlaşmaq.

YERLİLİK (ID - 43553)

is. 1. Yerli olma, bir yerin sakini olma, bir yerə mənsubluq.
2. Bax yerliçilik.

YERLİ-YATAQLI (ID - 43554)

zərf 1. Geniş, ətraflı, hərtərəfli, təfsilatı ilə. Ballının yerli-yataqlı danışığı, köhnə kənd evlərini təsvir etməsi Budağı uzun müddət dərin fikirlərə qərq edirdi. Ə.Vəliyev.
Çox böyük, yekə, qocaman. [Qaçaqlar]...

YERLİ-YERSİZ (ID - 43555)

zərf Münasib, məqamında, yerində olub-olmadığını nəzərə almadan, düz olub-olmadığını bilmədən. Yerli-yersiz irad tutmaq. Yerli-yersiz danışmaq. Yerliyersiz tərifləmək.

YERÖLÇƏN (ID - 43556)

is. Mərz çəkmə, yer ölçmə mütəxəssisi. Yerölçənlər gəlib, - deyə muzdur xəbər verdi. Ə.Əbülhəsən. Tamam şübhədən qurtarmaq üçün səhər yerölçəni göndərərəm, gəlib baxar. Ə.Vəliyev.

YERPƏNƏK (ID - 43557)

is. Xiyar. [Süleyman bəy:] Yolda tor qurub beş-on bildirçin tutdum, budur torbada. Bir az şoraba üçün yerpənək almışam, gedirəm. Soruşdum: a kişi, heç əməlli bildirçinin varmı? Ə.Haqverdiyev.

YERPULU (ID - 43558)

is. Gecələmə haqqı, gecələmə yeri üçün verilən pul.

YERSARMAŞIĞI (ID - 43559)

is. bot. Yerdə sürünən xırda açıq-göy və qırmızı, yaxud ağ çiçəyi olan çoxillik sarmaşıq bitkisi (alaq otu).

YERSİZ (ID - 43560)

sif 1. Yeri, məkanı olmayan, yeriyurdu olmayan. Yersiz adam. // İs. mənasında. Yersiz gəldi, yerli qaç. (Məsəl).
Torpaqsız. Yersiz kəndlilər. Yerində, məqamında olmayan; uyğunsuz, namünasib, münasibətsiz. Yersiz söz. Yersiz söhbətlər....

YERSİZ-YURDSUZ (ID - 43561)

sif. Yaşamaq üçün yeriyurdu olmayan, evsiz-eşiksiz; yersiz. // Səfil, avara.

YERSİZ-YUVASIZ (ID - 43562)

sif. Yaşayış yeri olmayan; yersiz-yurdsuz. Mədənlərdə, fabrik və zavodlarda işləyən fəhlələr, bəyin zülmündən və aclıqdan qaçıb iş axtarmağa gəlmiş kəndlilər, kasıblar, yersiz-yuvasız zavallılar burada - Çəmbərəkənddəyaşayırdılar....

YERTƏRPƏNMƏ (ID - 43563)

is. Zəlzələ.

YERÜSTÜ (ID - 43564)

sif. Yerin, torpağın üst tərəfində. Meşələr qarın tez əriməsinə mane olur, yerüstü suların axmasını azaldır ki, bu da rütubətin torpağa hopmasına səbəb olur. M.Qaşqay.

YERYAPALAĞI (ID - 43565)

is. zar. Boyca çox gödək adam haqqında. Bu yeryapalağı kimdir?

YER-YEMİŞ (ID - 43566)

top. 1. Bostan meyvələri.
2. Xuşgəbar. Yer-yemişin yedim mən; Ürək sözüm dedim mən; Heç Allaha rəvadır; Ağsaqqala gedim mən? (Bayatı). Bayrama yaxın neçə dəfə dövlətlilərin yanına gedib yer-yemiş istəmişdisə də, verməmişdilər....

YER-YER (ID - 43567)

zərf Müxtəlif yerlərdə, bəzi yerlərdə: orada-burada, adda-budda. Buna pasyolka deyərlər, yer-yer; Doluşub qoynuna məxluq, ellər. M.Müşfiq.

YER-YERDƏN (ID - 43568)

zərf Müxtəlif yerlərdən, hər yerdən, hər tərəfdən. Nə zaman getsə məclisə; Qovular, döyülər kasıb; Danışmağa ağız açsa; Yer-yerdən söyülər kasıb. Aşıq Əhməd. Yer-yerdən [Əlisəfaya] etiraz etdilər. S.Hüseyn. Ellərin...

YER-YURD (ID - 43569)

is. Yaşayış yeri, bir adamın olduğu yaşadığı yer, vətəni; ümumiyyətlə, yer. Yeri-yurdu məlum deyil. - [Nəbi:] Bəylərin yer-yurdu od tutub yansın; Buraxmayın bir təkini bəylərin! “Qaçaq Nəbi” . Dağların başında gurultu...

YESİR (ID - 43570)

bax əsir. Yalan yoxdur, bir az səndən kəsirəm; O səbəbdən məhlənizdə yesirəm. Aşıq Ələsgər. [Şamama Cadu:] Ev nədir, eşik nədir, sənə yesir olum, bir daxması var, iki hin kimi otaqdır. Ə.Haqverdiyev.

YESİRLİK (ID - 43571)

bax əsirlik.

YEŞİK (ID - 43572)

[rus.] Taxtadan və s.-dən qayrılan iri qutu. Meyvələri yeşiklərə yığdılar. Üç yeşik alma. - [Ağa:] Bir uca ağacın baş budağına bir yeşiyi kəndir ilə möhkəm bağlayıb Molla Nəbiqulunu əyləşdirdim yeşiyin içində.. Ə.Haqverdiyev....

YEŞİKÇİ (ID - 43573)

is. Yeşik qayıran usta.

YEŞİKÇİLİK (ID - 43574)

is. Yeşikçinin işi, peşəsi, sənəti.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed