İzahlı lüğət

YARAŞIQSIZLIQ (ID - 42575)

YARAŞMA (ID - 42576)

“Yaraşmaq”dan f.is.

YARAŞMAQ (ID - 42577)

f . 1. Uyğun gəlmək, yaxşı tutmaq, yaxşı göstərmək. Bu paltar sənə yaraşmır. - Sənə al don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani. [Mehribanın] yeni paltarı vücuduna çox yaxşı yaraşırdı. S.Hüseyn. Qaratelin üz-gözündən...

YARATMA (ID - 42578)

“Yaratmaq”dan f.is.

YARATMAQ (ID - 42579)

f . 1. Zəhmətlə, yaradıcı əməklə vücuda gətirmək. Əsər yaratmaq. Sənaye ocaqları yaratmaq. Alimlər yeni elektron maşınları yaratmışlar. Öz səadətini insan özü yaradır. - Yaşamaq şirindir deyir hər zaman; Yaşamaq eşqilə...

YARD (ID - 42580)

[ing. ] 81 sm-ə bərabər olan ingilis uzunluq ölçüsü. // 1,2 akra bərabər olan ingilis səth ölçüsü.

YARDARLIQ (ID - 42581)

is. tar. Keçmişdə: icarəyə götürülmüş torpaqdan yığılan məhsulun yarısını icarə haqqı olaraq torpaq sahibinə vermə və bu icarə üsulunun özü.

YARDIM (ID - 42582)

is. Kömək. Maddi yardım. Tibbi yardım. □ Yardım etmək (göstərmək) - birinə bir şeylə kömək etmək. Maddi cəhətdən yardım etmək. işin öhdəsindən yaxşı gəlmək üçün ona yardım etmək lazımdır. - [Nüşabə:] ..Enməyə...

YARDIMÇI (ID - 42583)

sif. 1. Yardım edən, kömək edən; kömək göstərən.
2. Əsas deyil, ikinci dərəcəli rolu, əhəmiyyəti olan, əsas şeyə kömək edən; əlavə. Yardımçı təsərrüfat. Yardımçı material.

YARDIMÇILIQ (ID - 42584)

is. Yardımçı olma, yardım etmə, kömək etmə.

YARDIMSIZ (ID - 42585)

sif. Köməksiz, müavinətsiz. // Zərf mənasında. Yardımsız qalmaq.

YARDIMSIZLIQ (ID - 42586)

is. Köməksizlik.

YARDIRMA (ID - 42587)

“Yardırmaq”dan f.is.

YARDIRMAQ (ID - 42588)

icb. Yarma işi gördürmək. Şalban yardırmaq. Odun yardırmaq.

YARDIRTMA (ID - 42589)

“Yardırtmaq”dan f.is.

YARDIRTMAQ (ID - 42590)

icb. Yarmağa məcbur etmək.

YARƏB, YARƏBBİ (ID - 42591)

[ər.] din. Ey Allah! Allahım! İlahi! (Allaha müraciət). Əsərsiz ahimə sən vergilən əsər, yarəb! Qövsi. Gecəgündüz canan deyib ağlaram; Yarəb, belə bilirmi ol yar məni? Q.Zakir. Nə bəlalar gətirir başıma çeşmin, yarəb! Nə...

YARĞAC (ID - 42592)

is. Çapacaq, dəhrə.

YARĞAN (ID - 42593)

is. Müvəqqəti su axınlarının əmələ gətirdiyi dikyamaclı çuxur.

YARĞANOTU (ID - 42594)

is. bot. Zibilli yerlərdə, habelə təpələrdə bitən birillik bitki, quşəppəyi.

YARI (ID - 42595)

is. Tən bölünmüş iki hissədən biri. Eyni yarısı. Almanın yarısı. Kitabın yarısını oxudum. Ömrünün yarısını səhayətdə keçirmişdir. - [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir...

YARIAC (ID - 42596)

YARIAÇIQ (ID - 42597)

sif. Tam qapalı olmayan, azacıq açıq. Yarıaçıq göz. - Maya ehmalca yarıaçıq qapını örtüb xalatını çıxartdı. M.İbrahimov.

YARIARALI (ID - 42598)

sif. Bir az aralı, qismən aralı. Yarıaralı pəncərə. Qapını yarıaralı (z.) qoymaq.

YARIBATAQLIQ (ID - 42599)

sif. Qismən bataqlıq olan. Yarıbataqlıq yer.

YARIBAYARI (ID - 42600)

zərf Yarısı qədər, tən yarı. Çörəyi yarıbayarı bölmək. Əhəngi quma yarıbayarı qatışdırmaq. Xərci yarıbayarı aralarında böldülər. - Buradakı tarla da yarıbayarı əkilmişdi. M.Hüseyn.

YARIBAYĞIN (ID - 42601)

sif. və zərf Tam bayğın olmayan; azacıq bayğın, bir qədər bayğın. Yarıbayğın halda uzanmaq. - Sürəyya yarıbayğın .. idi. Ə.Məmmədxanlı.

YARIBAYĞINLIQ (ID - 42602)

is. Yarıbayğın hal, vəziyyət. [Nuriyyənin] nəhayətsiz dərəcədə xoş bir yarıbayğınlıq içində gözləri dumanlandı. İ.Əfəndiyev.

YARIBƏRK (ID - 42603)

sif. Tam bərk olmayan, bir qədər bərk. Yer qabığının üst qatlarının ağırlığı həmin maye kütləsinə (maqma) çox böyük təsir göstərir. Buna görə də bu kütlə yarımaye, yarıbərk halda olmalıdır. M.Qaşqay.

YARIBİHUŞ (ID - 42604)

bax yarıbayğın. Rza Qəhrəmani cəld yerindən sıçrayıb yarıbihuş halda torpaqdan qopmaq istəməyən Məhbusinin qollarını açdı. M.İbrahimov.

YARIBİŞMİŞ (ID - 42605)

sif. Tam bişməmiş, lazımınca bişməmiş, yarıçiy. Yarıbişmiş yumurta.

YARICAN (ID - 42606)

bax yarımcan. Nabatoğlu yaxşıca əzişdirildi, yarıcan çölə atıldı. S.Rəhimov.

YARICANLI (ID - 42607)

bax yarıcan.

YARICİDDİ (ID - 42608)

zərf Tamamilə, çox da ciddi olmayan, bir qədər ciddi. Bu olmadı, Dilara bacı, - deyə Tahir yarıciddi, yarızarafat etiraz elədi. M.Hüseyn.

YARIÇILPAQ (ID - 42609)

bax yarımçılpaq. İndi ananın yarıçılpaq bədəni şaxta qarşısında müdafiəsiz qalmışdır. Ə.Məmmədxanlı.

YARIDƏYMİŞ (ID - 42610)

sif. Tam dəyməmiş, lazımınca yetişməmiş. Yarıdəymiş alma. Yarıdəymiş qarpız. - Baba əncirin yarıdəymişindən .. dərib nənəyə verərdi. H.Sarabski.

YARIGERÇƏK (ID - 42611)

zərf Tam gerçək olmayan, qismən gerçək olaraq. Yarızarafat, yarıgerçək dedi.

YARIGEYİNMİŞ (ID - 42612)

sif. Tam geyinməmiş. Yarıgeyinmiş (z.) halda bayıra çıxmaq.

YARIHESABA (ID - 42613)

zərf Yarıqiymətinə, yarıbahasına.

YARIKÖNÜL (ID - 42614)

zərf Könülsüz olaraq; istəməyərək. Tapdıq yarıkönül razı oldu. Ə.Vəliyev.

YARIQ (ID - 42615)

1. is. Bir şey üzərində uzununa dərin kəsik. Hardasa lap yaxında, deyəsən buxarının yanında, divardakı yarıqlardan birində gizlənmiş qarafatma kəsik-kəsik oxumağa başladı. İ.Şıxlı.
is. Yarılıb açılmış yer. Qəhrəman...

YARIQAPALI (ID - 42616)

sif. Tam qapalı, örtülü olmayan; azca qapalı, bir qədər örtülü; yarıaçıq. Yarıqapalı göz. Yarıqapalı pəncərə. Yarıqapalı üz. - Cuma yarıqapalı kirpikləri arasından bu tədarükü gördü. Ə.Əbülhəsən.

YARIQARANLIQ (ID - 42617)

sif. Tam qaranlıq olmayan; alaqaranlıq. Axşam onlar yarıqaranlıq zirzəmidə oturardılar. Ə.Məmmədxanlı. Əjdər yarıqaranlıq bir dəhlizə girdi. S.Rəhman.

YARIQLI (ID - 42618)

sif. Yarığı, yarıqları, kəsiyi olan. Yarıqlı torpaq.

YARIQVARİ (ID - 42619)

sif. Yarıq şəklində olan, yarıq şəklində.

YARIQ-YARIQ (ID - 42620)

zərf Yarığı, kəsiyi çox olan; hər tərəfi yarıq; yarılmış, yarıqlarla örtülmüş; çatlaq-çatlaq. Əlləri yarıq-yarıq olmuşdu. Taxta yarıq-yarıqdır. - Torpağın sinəsi yarıqyarıqdır; Əkinçi qocadır, öküz arıqdır. S.Vurğun....

YARILAMA (ID - 42621)

“Yarılamaq”dan f.is.

YARILAMAQ (ID - 42622)

f 1. İki (bərabər) hissəyə bölmək, yarıya bölmək. Almanı yarılamaq. Kağızı yarılamaq.
2. Bir işin yarısını görmək. İşi yarılamama. // Yolun yarısını qət etmək, yolun yarısına çatmaq. Doğrudan da [Laçın] bir günlük...

YARILANMA (ID - 42623)

“Yarılanmaq”dan f.is.

YARILANMAQ (ID - 42624)

məch. 1. İki hissəyə bölünmək, yarıya bölünmək.
2. Bir işin yarısı görülmək.

Bu səhifə dəfə baxılıb

......