İzahlı lüğət

YARDIM

is. Kömək. Maddi yardım. Tibbi yardım. □ Yardım etmək (göstərmək) - birinə bir şeylə kömək etmək. Maddi cəhətdən yardım etmək. işin öhdəsindən yaxşı gəlmək üçün ona yardım etmək lazımdır. - [Nüşabə:] ..Enməyə nər kimi coşqun Tərtər; Ən çətin gündə bizə yardım edər. A.Şaiq;
əl tutmaq, maddi kömək etmək, müavinət göstərmək. Ehtiyacı olanlara yardım etmək. Pulla yardım etmək.
2. Nida məqamında: yardım! - imdada, köməyə çağırış. Uzaqdan uYardım! Yardım!” səsləri eşidildi.
□□ İlk yardım - gözlənilmədən xəstələnən, yaxud bədbəxt bir hadisəyə məruz qalan adama həkim gələnə qədər göstərilən ilk tibbi yardım. Təcili yardım - təxirsiz tibbi kömək tələb edən xəstələrə ilk tibbi yardım göstərən, habelə lazım gəldikdə onları müalicəxanaya aparmaqla məşğul olan tibb-sanitar müəssisəsi. Təcili yardım maşını. Təcili yardım stansiyası. - Əgər təcili yardım maşınında tez gətirib dava-dərman verməsəymişlər, uşaqlarım yetim qalacaqmış. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed