İzahlı lüğət

YARATMAQ

f . 1. Zəhmətlə, yaradıcı əməklə vücuda gətirmək. Əsər yaratmaq. Sənaye ocaqları yaratmaq. Alimlər yeni elektron maşınları yaratmışlar. Öz səadətini insan özü yaradır. - Yaşamaq şirindir deyir hər zaman; Yaşamaq eşqilə yaradır insan! S.Vurğun. [Kərimxan Xavərə:] ..Bizsənin üçün də, oğlumuz üçün də xoşbəxt həyat, gözəl, işıqlı həyat yaradacağıq. M.İbrahimov. // Ümumiyyətlə, vücuda gətirmək, meydana gətirmək, əmələ gətirmək. Külək Keşlənin alçaq damları qabağında qum təpələri yaradırdı. M.S.Ordubadi. // Doğurmaq, oyandırmaq. [Səlimlə] son günlərin bərabər gəzişmələri, əski bir məzar daşının üzərində aparılan müsahibə Mehribanda yeni bir hiss yaratdı. S.Hüseyn. // din. Xəlq etmək, yoxdan var etmək. Təsis etmək, təşkil etmək; düzəltmək, qurmaq. Ordu yaratmaq. Təsərrüfat yaratmaq. - “Molla Nəsrəddin” birinci olaraq bizdə satirik xarakter daşıyan jurnalistika məktəbi yaratmışdır. M.İbrahimov. // Hazırlamaq, təmin etmək. işləmək üçün şərait yaratmaq. Əfkari-ümumiyyə yaratmaq. Zəminə yaratmaq.
Əsər yazmaq, yaradıcılıqla məşğul olmaq. Yarat, sən köçəndə ellər söyləsin; Dünyadan nə gözəl bir insan gedir. M.Rahim. Qaranlıq daxmada gecə sübhədək; O, işıq naminə yazdı, yaratdı. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed