İzahlı lüğət

YARPAQGƏMİRƏN (ID - 42825)

is. zool. Bitkilərin yarpaqlarını və cavan budaqlarını yeyən cücü.

YARPAQLAMA (ID - 42826)

“Yarpaqlamaq”dan f.is.

YARPAQLAMAQ (ID - 42827)

f . 1. Göyərərək yarpaq açmaq; yaşıllanmaq. Ağaclar yarpaqlamışdır. - Bir-iki gündən sonra pambıq yarpaqladı, bitki yuxarı - Günəşə tərəf boylandı, kollar yoğun və güclü oldular. Ə.Vəliyev.
İpəkqurduna yarpaq vermək,...

YARPAQLANMA (ID - 42828)

“Yarpaqlanmaq”dan f.is.

YARPAQLANMAQ (ID - 42829)

1. f Yavaş-yavaş yarpaqla örtülmək; yaşıllanmaq. Yaz girəndə ağaclar yarpaqlanmağa başlayır. - Yarpaqlanır ağaclar, yaşıllanır yamaclar. A.Səhhət. Çöllər, dağlar, yamaclar zümrüd xalçalarla döşənəcək, çiçəklər açacaq,...

YARPAQLI (ID - 42830)

sif. Yarpağı olan, yarpaq açan; yarpaqla örtülü. Yarpaqlı bitkilər. Yarpaqlı ağ ac. - Sıx yarpaqlı iri palıd ağaclarının tompal kölgələri uzanıb, qaladakı güllüçiçəkli otların üstünə sərilmişdi. İ.Şıxlı.

YARPAQLILIQ (ID - 42831)

is. Yarpaq açmış bitkinin halı; yaşıllıq.

YARPAQSIZ (ID - 42832)

sif. Yarpağı olmayan, yaşıl olmayan, yaxud yarpağı tökülmüş. Yarpaqsız ağac. - Budaqsız, yarpaqsız bir söyüd kimi; Yıxılmış torpağa, ağladır məni. S.Vurğun.

YARPAQSIZLIQ (ID - 42833)

is. Yarpağı olmama, yarpağı tökülmə.

YARPAQVARİ (ID - 42834)

sif. Yarpaq şəklində olan, yarpağa oxşayan.

YARPIZ (ID - 42835)

is. bot. Əksərən su kənarlarında bitən, ağ və qırmızı çiçəkləri olan çox ətirli bitki; çölnanəsi (nanənin bir növü olub şirniyyatda və xörəkdə ədviyyə kimi işlənir). Yaz ola, dovğa ola, yarpızla; Yay ola, sərin sular...

YARPIZLIQ (ID - 42836)

is. Çoxlu yarpız bitən yer; yarpız olan yer. Yarpızlıqdan yarpız dərmək.

YARSIZ-YOLDAŞSIZ (ID - 42837)

sif. Dostu, yoldaşı olmayan; tək, kimsəsiz.

YARUS (ID - 42838)

[rus.] 1. Tamaşa salonunda lojaların yerləşdiyi mərtəbələrdən hər biri. İkinci yarus. Biletim birinci yarusadır.
2. geol. Geoloji dövr ərzində əmələ gəlmiş süxur laylarının məcmusu.

YAR-YANCAQ (ID - 42839)

YAR-YARAQ (ID - 42840)

top. Yaraq, silah, əsləhə. Öz yerində olsun gərək igidin yar-yarağı; Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. S.Vurğun.

YAR-YARAQLI (ID - 42841)

sif. Yarağı, silahı olan; silahlı. Budur yar-yaraqlı gəlir uzaqdan; Mənim igidlərim. M.Rahim.

YAR-YARAŞIQ (ID - 42842)

bax yaraşıq. [Bəhram:]
O idi məclislər yar-yaraşığı; O idi sarayın parlaq çırağı. A.Şaiq. Atəş vəziyyətində İlyasın yar-yaraşığı daha da artırdı. Mir Cəlal.

YAR-YARAŞIQLI (ID - 42843)

bax yaraşıqlı.

YAR-YOLDAŞ (ID - 42844)

top. Yoldaşlar, dostlar. Yaryoldaşın səhərlər; Tez məktəbə gedərlər. A.Səhhət. Bir yara-yoldaşa bax! Biz qardaş deyilmiyik? Ə.Cavad. Baxıb seyrə daldıq ötən quşları; Dinlədik səsini yar-yoldaşın da. H.Hüseynzadə.

YAR-YOLDAŞLI (ID - 42845)

sif. Yarı, yoldaşı, dostları olan (və ya çox olan). Sən ceyran gözlüsən, çatmaqaşlısan; Tayın-tuşun çoxdur, yaryoldaşlısan. N.Rəfibəyli.

YAS (ID - 42846)

is. [ər.] 1. Yaxın bir adamın ölümü münasibətilə (hər cür zövq və əyləncədən imtina etmək və qara geymək şəklində ifadə edilən) hüzn və kədər; matəm. Yas paltarı (qara paltar). Yasa getmək. Onlarda yas var. - Yas yiyəsi...

YASA (ID - 42847)

is. [türkcə] Qanun. Ana yasa (konstitusiya).

YASAQ (ID - 42848)

is. [qəd. yasa - qanun sözündən] 1. Qadağan. Mən aşığam, yasaq yoxdur dilimə; Şükr edərəm haqdan gələn zülümə. Aşıq Ələsgər. Saqi, şərab ilə məni sən tərdəmaq elə; Kimdir baxan bu zahidi-xüşkün yasağına. S.Ə.Şirvani....

YASAQÇI (ID - 42849)

is. köhn. Keşikçi, qarovulçu.

YASAQÇILIQ (ID - 42850)

is. köhn. Qarovulçuluq, keşikçilik.

YASAQLAMA (ID - 42851)

“Yasaqlamaq”dan f.is.

YASAQLAMAQ (ID - 42852)

f Yasaq etmək, qadağan etmək.

YASAQLANMA (ID - 42853)

“Yasaqlanmaq”dan f.is.

YASAQLANMAQ (ID - 42854)

məch. Yasaq edilmək, qadağan edilmək.

YASAQLI (ID - 42855)

sif Yasaq edilmiş, qadağan edilmiş; qadağan.

YASAQLIQ (ID - 42856)

is. 1. Yasaq olunma, qadağan olunma.
2. Bax qoruq 1 və 2-ci mənalarda.

YASALAQ (ID - 42857)

is. məh. Yasaq yeri; qoruq.

YASALAMA (ID - 42858)

“Yasalamaq”dan f.is.

YASALAMAQ (ID - 42859)

f . məh. 1. Əllə hamarlamaq, yastılamaq.
2. məc. Üstünü malalamaq. Rza duruxdu,.. cəsarət etməyib yasalamağa üz qoydu. Ə.Vəliyev.

YASAMAL (ID - 42860)

is. Dağın, təpənin üstündə düz yer. Qoyunları yasamalda otarmaq. - Günəş odlu bir quş kimi üfüqdə sürətlə bir dövrə cızıb qərbdəkiyasamal dalına endi. Ə.Məmmədxanlı.

YASAVUL (ID - 42861)

is. tar. 1. 1917-ci il inqilabından əvvəl: başlıca olaraq kənd yerlərində polis nəfəri vəzifəsi görən şəxs. Yüzbaşının yasavulları küçələri dolanırdılar və zərərdidələri yoxlamaqda idilər. C.Məmmədquluzadə. [Mirzə...

YASAVULBAŞI (ID - 42862)

is. tar. Yasavulların böyüyü, baş yasavul (bax yasavul 1-ci mənada). [Camal bəy:] Cənab yasavulbaşı, buyur görək, o “dam” haradadır. N.Vəzirov. Yasavulbaşı .. yenə dincələ bilmirdi. M.Rzaquluzadə.

YASAVULLUQ (ID - 42863)

is. tar. Yasavul vəzifəsi. Yasavulluq etmək. // Qarovulçuluq, keşikçilik.

YASƏMƏN (ID - 42864)

is. [fars.] bot. Ağ, qırmızı və bənövşəyi rəngdə ətirli salxımvari çiçəklər açan kol. Yasəmən ağacı. Yasəmən gülü. Ağ yasəmən (ağ çiçəkli yasəmən). - Lovğa-lovğa baxma mənə; Sar qonanmaz yasəmənə. “Koroğlu”...

YASƏMƏNİ (ID - 42865)

sif. [fars.] Yasəmən rəngində olan, qırmızı-bənövşəyi. // Yasəmən kimi. Aşığam yasəməni; Gey, sallan yasəməni; Özü to-ya, düyünə; Göndərir yasə məni. Sarı Aşıq.

YASƏMƏNLİ (ID - 42866)

sif. Tərkibində yasəmən cövhəri olan. Yasəmənli odekolon (sabun).

YASƏMƏNLİK (ID - 42867)

is. Yasəmən bitən yer, yasəmən çiçəyi çox olan yer. Bənövşəlikdə, yasəmənlikdəyəm; Əfşan-əfşan durmuş yaşıl sünbüllər. A.Səhhət.

YASXANA (ID - 42868)

is. [ər. yəs və fars. ...xanə] Yas məclisi, yas olan ev. □ Yasxana qurmaq (açmaq) - ağlamaq, yas açmaq. Rizvan Gülpərini tələsdirdi. Oturub yasxana qurmaq vaxtı deyildi. S.Hüseyn. // məc. Məclisdə bikef oturmaq, zarıya-zarıya, qəmgin-qəmgin...

YASİN (ID - 42869)

is. [ər.] din. Ölü üçün oxunan Quran surələrindən birinin adı. Doxsan min kəlmədə, “Yasin” içində; Neçə yerdə müttəsildi “dal” “dal” a? Aşıq Ələsgər. Yasini tərsə oxur, çünki boyatdır savadı; Yayılıbdır...

YASLAMA (ID - 42870)

is. məh. Xalq adətincə ölü yerinə gətirilən yemək şeyi.

YASLANMA (ID - 42871)

“Yaslanmaq”dan f.is.

YASLANMAQ (ID - 42872)

f 1. Yayılmaq, sərilmək. Bir gün yeməkdən sonra qoltuqlu sandalyaya yaslanaraq qəzet oxuyarkən Hacı Yunisin xidmətçisi yemək otağına girdi. A.Şaiq. Yaslanıb samanın üstünə cansız; Yatır qaqqıltısız, ahsız, amansız. S.Vurğun.
2....

YASLATMA (ID - 42873)

“Yaslatmaq”dan fsif

YASLATMAQ (ID - 42874)

f . Sərmək, yıxmaq. Gülzar baxışlarını yerə sancdı; sanki bütün kainat üzərinə yuvarlanmış, onu yerə yaslatmaq istəyirdi. C.Cabbarlı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed