İzahlı lüğət

YENİLƏNMƏK (ID - 43475)

məch. 1. Yeni şəkil almaq, təzə kimi olmaq, təzələnmək. Palto çevirtdirildikdən sonra tamamilə yeniləndi.
2. Bax yeniləşdirilmək.

YENİLƏŞDİRİLMƏ (ID - 43476)

“Yeniləşdirilmək”dən f.is.

YENİLƏŞDİRİLMƏK (ID - 43477)

məch. Yeni hala salınmaq, yeni şəkil verilmək, təzələndirilmək, bərpa edilmək.

YENİLƏŞDİRMƏ (ID - 43478)

“Yeniləşdirmək”dən f.is.

YENİLƏŞDİRMƏK (ID - 43479)

bax yeniləndirmək.

YENİLƏŞMƏ (ID - 43480)

“Yeniləşmək”dən f.is. Hər yerdə yeniləşmə, dəyişmə hərəkəti duyulurdu. Mir Cəlal.

YENİLƏŞMƏK (ID - 43481)

f . Tədricən yenilənmək, təzələnmək. Yazda ağacların yarpaqları yeniləşir.

YENİLİK (ID - 43482)

is. 1. İstifadədə olmamış, hələ işlənməmiş şeyin hal və keyfiyyəti; təzəlik. Paltarın yeniliyi. Maşınların yeniliyi. // Yeni şeyin hal və keyfiyyəti. Fikrin yeniliyi. Mövzunun yeniliyi. Yeni xəbər və əhvalat; dəyişiklik....

YENİLİKÇİ (ID - 43483)

is. Hər hansı bir sahədə yeni, mütərəqqi prinsiplər, ideyalar, üsullar və s. irəli sürən və həyata keçirən adam; novator.

YENİLİKÇİLİK (ID - 43484)

is. Hər hansı bir sahədə yeni, mütərəqqi prinsiplər, ideyalar, üsullar və s. irəli sürmə və həyata keçirmə; novatorçuluq.

YENİLMƏ (ID - 43485)

“Yenilmək”dən f.is.

YENİLMƏK (ID - 43486)

məch. Basılmaq, məğlub edilmək, sarsıdılmaq. Qarşıda dayanmaz dağlar, qayalar; Səndə yenilməyən div qüvvəti var. R.Rza.

YENİLMƏZ (ID - 43487)

sif Basılmaz, məğlubedilməz, yıxılmaz, dağıdılmaz, çox möhkəm. Yenilməz Sovet Ordusu. Yenilməz mübariz. Yenilməz qala. - idarə etdiyimiz məmləkətin xalqı yenilməz və məğlubedilməz bir xalqdır! M.S.Ordubadi. Bu qarlı dağlara...

YENİLMƏZLİK (ID - 43488)

is. Basılmazlıq, məğlubedilməzlik, sarsılmazlıq, çox möhkəmlik.

YENİŞ (ID - 43489)

YENİŞ-YOXUŞ (ID - 43490)

bax eniş-yoxuş. [Əbdürrəhman bəy:] ..Qara dağdan ala dağayenişyoxuş, dərə-təpə, axırda nədi, nədi? Kömür qaradı, qatıq ağdı. N.Vəzirov.

YENİ-YENİ (ID - 43491)

1. sif. Təzə-təzə. Yeni-yeni evlər. Yeni-yeni adamlar. Yeni-yeni qüvvələr.
[Mirpaşa:] Amma çox sağ ol, usta, mən səndən yeni-yeni şeylər öyrəndim. Z.Xəlil.
2. zərf Yenicə, təzəcə, bir az əvvəl, indicə. Uşaq yeni-yeni...

YENİYETMƏ (ID - 43492)

is. Çox gənc, gənclik yaşma ayaq qoymuş oğlan və ya qız; ümumiyyətlə, gənc, cavan. Uzunboylu, yeniyetmə, növcavan; Məni bu dərdlərə salan oynasın. M.P.Vaqif. Çox yaşlı kişilərin “matəm” hadisəsindən xəbərləri vardısa...

YENMƏ (ID - 43493)

“Yenmək”dən f.is.

YENMƏK (ID - 43494)

f 1. Basmaq, məğlub etmək, qalib gəlmək. Onu yenməkdə əlbir olsaq biz; Çox gözəl bar verər diləklərimiz. A.Şaiq. Nağını, Xaçoyu yendi cavanlar; Vuruşmasaq olmaz! - dedilər onlar. H.K.Sanılı.
2. Bax enmək. indi dünyada qayda...

YENMƏZ (ID - 43495)

bax yenilməz. [El:] Var olsun yeni dünyanın yenməz mübarizi Elxan, urra! Cabbarlı.

YENMƏZLİK (ID - 43496)

bax yenilməzlik.

YENOT (ID - 43497)

[lat. geneta] 1. zool. Tünd-sarı rəngli qiymətli xəzi olan yırtıcı heyvan.
2. Bu heyvanın dərisi.

YEPƏLƏK (ID - 43498)

is. 1. Təzə tutulmuş alıcı quşu ələ öyrədərkən onun qabağına tutulan quş.
2. məc. Qapazaltı. [Mahmud:] ..Mənim acığım Adəmə tutur. Axı, o niyə arvada yepələk olurduv Ə.Haqverdiyev.

YEPİSKOP (ID - 43499)

[yun. episkopos] Xristian dinində yüksək ruhani rütbə və bu rütbəni tutan şəxs.

YEPYEKƏ (ID - 43500)

sif. Çox yekə, lap yekə. Yepyekə daş.

YEPYENİ (ID - 43501)

sif. 1. Çox yeni, lap yeni, tamamilə yeni. Yepyenipaltar. - [Səlma:] iştə gümüş kəmər! Həm də yepyeni; Sonra yenə məmnun eylərəm səni. H.Cavid.

YER (ID - 43502)

is. 1. Üzərində sakin olduğumuz planet: Yer kürəsi (bu mənada böyük hərflə). Ay Yerin peykidir. Yerlə Günəş arasında 150 milyon kilometr məsafə var. Yer Günəş ətrafında fırlanır.
Quru (su səthi müqabili). Dənizdən yer görünmürdü....

YERALMASI (ID - 43503)

is. Kartofa oxşayan, yeməli kökü olan tərəvəz bitkisi. // məh. Kartof.

YERALTI (ID - 43504)

sif Yerin içində, yer səthinin altında olan. Yeraltı sərvətlər. Yeraltı sular. Yeraltı yol. Yeraltı mədən. Yeraltı istehkam. Yeraltı sığınacaq. - Gecədən xeyli keçmiş, yeraltı qazmada qırıq bir şam işığında Ulduz anasına...

YERBƏYER (ID - 43505)

zərf 1. Hər biri öz yerində; qaydada, müntəzəm. Məclis əhli yerbəyer əyləşdilər. “Aşıq Ələsgər” . [İlyas:] ..O kişilərdən gələn kağızları yerbəyer saxlasın. S.Rəhimov. □ Yerbəyer etmək (eləmək) - 1) hər şeyi...

YERBƏYERLƏŞDİRMƏ (ID - 43506)

“Yerbəyerləşdirmək”dən f.is.

YERBƏYERLƏŞDİRMƏK (ID - 43507)

f Hər birini öz yerinə qoymaq, yerbəyer etmək. Şeyləri yerbəyerləşdirmək.

YERBƏYERLİ (ID - 43508)

zərf və sif Lazımi qaydada, lazımi surətdə, dəqiq surətdə. Qadir .. yastı daş döşənmiş həyətə çıxaraq əzazil Əminənin əmrini yerbəyerli icra etməyə başladı. Ə.Əbülhəsən.

YERDƏNÇIXMA (ID - 43509)

sif. Torpağın altından, yerin içindən çıxan.

YERDƏYİŞDİRMƏ (ID - 43510)

1. Bax yerdəyişmə
1 -ci mənada.
2. Bir şeyi bir yerdən götürüb başqa yerə qoyma.

YERDƏYİŞMƏ (ID - 43511)

is. 1. Olduğu və ya oturduğu yerdən başqa yerə keçmə, bir yeri buraxıb o birinə getmə.
2. dilç. Sözdə iki qonşu səsin qeyri-iradi olaraq yerini dəyişməsi hadisəsi; metateza; məs.: vağzal-vağzal; yarpaq-yarpaq.

YERDOMBALANI (ID - 43512)

is. bot. Göbələklər qrupuna daxil olan kartofaoxşar kökümeyvəli tərəvəz bitkisi.

YEREŞƏN (ID - 43513)

is. zool. Həşəratyeyənlər dəstəsindən kiçik məməli heyvan.

YERƏBAXAN (ID - 43514)

is. və sif. Zahirən sakit, dinməz, zərərsiz görünən, əslində isə hiyləgər, fitnəkar, xəbis adam haqqında. Suyun lal axanı, adamın yerəbaxanı. (Məsəl). Qaraqabaq, yerəbaxan, gözü gömgöy, rəngi kürən; O fitnələr övladının...

YERƏNCİRİ (ID - 43515)

is. Vaxtından əvvəl yetişən əncir, tezyetişən əncir. Bu il yerənciri yoxdur.

YERFINDIĞI (ID - 43516)

is. bot. Fındıq kimi meyvələri olan kol bitkisi və onun meyvəsi; araxis.

YERFISDIĞI (ID - 43517)

bax yerfındığı.

YER-GÖY (ID - 43518)

is. Dünya, kainat. [Molla özözünə:] Ay Hacı Molla Cəlil ağa, sən olasan yeri-göyü yox yerdən xəlq edən Allaha, içmə bu kafirlərin dərmanını. C.Məmmədquluzadə. Yeri-göyü titrədən partlayış nərəsilə; Çıxarırlar yer altdan...

YERİDİLMƏ (ID - 43519)

“Yeridilmək”dən f.is.

YERİDİLMƏK (ID - 43520)

“Yeritmək”dən məch.

YERİK (ID - 43521)

is. Hamilə qadınlarda ağız dadının azması halı. // Tamah mənasında.

YERİKLƏMƏ (ID - 43522)

1. “Yerikləmək”dən f.is.
2. is. Hamiləlik dövründə ağız dadının azması nəticəsində hamilə qadının turşu və ya başqa şeylər istəməsi.

YERİKLƏMƏK (ID - 43523)

f . 1. Hamiləlik dövründə ağız dadının azması nəticəsində turşu və ya başqa şeylərə ehtiyac hiss etmək. Onun anası yerikləyəndə aslan ətinin kababını yemiş imiş. M.İbrahimov.
2. məc. Bir şeyin həsrətində olmaq, bərk...

YERİMƏ (ID - 43524)

“Yerimək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......