İzahlı lüğət

YAŞINMA (ID - 42975)

“Yaşınmaq”dan f.is.

YAŞINMAQ (ID - 42976)

qayıd. Köhnə məişətdə: yad kişilərə görünməmək üçün üzünü örtmək, üzünü bir şeylə örtüb gizlətmək. Ay üzünü görmək istər, sevdiyim! Söylə görüm, bəs yaşınmaq nədəndir? Qurbani. Görəndə Zakiri istər yaşına;...

YAŞIÖTMÜŞ (ID - 42977)

sif. Ahıllaşmış, cavanlıq dövrü çoxdan keçmiş. ..Yaşıötmüş bir adamın evlənməsindən ötrü Səmədin bu qədər sevinməsi [həmyerlisinə] bir cür gəldi. İ.Hüseynov.

YAŞIRMAQ (ID - 42978)

f . Gizlətmək. Bəndən yüzün yaşırma kim, səcdəgahım oldur. Nəsimi. Səni qamışlıqda yaşıran fələk; Əqlini başından çaşıran fələk. M.V.Vidadi. Dedim: illərcən görməm visalın; Dedi: bədnəzərdən yaşır camalın. Aşıq...

YAŞLAMA (ID - 42979)

“Yaşlamaq”dan f.is.

YAŞLAMAQ (ID - 42980)

Yaş etmək, islatmaq. Gəldiyev bükdüyü papirosu dili ilə yaşlaya-yaşlaya (z.) etinasızlıqla bir də: - Əyləş! - dedi. Mir Cəlal.
□□ Boğazını yaşlamaq - bax boğazını islatmaq (“boğazıda). Dərviş handan-hana özünə gəldi,...

YAŞLANDIRILMA (ID - 42981)

“Yaşlandırılmaq”dan f.is.

YAŞLANDIRILMAQ (ID - 42982)

məch. Yaş edilmək, isladılmaq.

YAŞLANDIRMA (ID - 42983)

“Yaşlandırmaq”dan f.is.

YAŞLANDIRMAQ (ID - 42984)

f . Yaş etmək, islatmaq.

YAŞLANMA1 (ID - 42985)

“Yaşlanmaq1”dan f.is.

YAŞLANMA2 (ID - 42986)

“Yaşlanmaq2”dan f.is.

YAŞLANMAQ1 (ID - 42987)

YAŞLANMAQ2 (ID - 42988)

f. Yaş olmaq, islanmaq, nəmlənmək.

YAŞLAŞMA (ID - 42989)

“Yaşlaşmaq”dan f.is.

YAŞLAŞMAQ (ID - 42990)

f . Tədricən yaş olmaq, islanmaq, su salmaq, nəmlənmək.

YAŞLATMA (ID - 42991)

“Yaşlatmaq”dan f.is.

YAŞLATMAQ (ID - 42992)

f. Yaş etmək, islatmaq, nəmlətmək.

YAŞLI1 (ID - 42993)

sif. Yaşa dolmuş; sinli, ahıl. Yaşlı adam. Yaşlı qadın. // İs. mənasında. Qoymayın, ay köhnələr, ay yaşlılar; Heyvərələr hər yerə dırmaşdılar! M.Ə.Sabir. // Cavan olmayan. [İsrafil] yaşlı və təcrübəli minicilərlə at...

YAŞLI2 (ID - 42994)

sif. Yaşla dolu, yaşarmış. Baxdı anasının yanıq üzünə; Dağınıq saçına, yaşlı gözünə. H.K.Sanılı.
...yaşlı - yaş miqdarını göstərən mürəkkəb sözlərin ikinci tərkib hissəsi; məs.: beşyaşlı, onyaşlı.

YAŞLIQ (ID - 42995)

is. 1. Yaş şeyin halı. Paltarın yaşlığı. Otların yaşlığı. // Nəmlik rütubətlilik dərəcəsi. Pambığın yaşlığı hər 19 kiloqrama bir kiloqramdır.
2. Nəmişlik, yağmurlu və rütubətli hava. Havada bir yaşlıq var.

YAŞLI-QURULU (ID - 42996)

sif. Həm yaşı, həm qurusu olan. iki dəqiqə çəkmədi ki, kitabxana nərdivanı, sabunlu su ilə dolu vedrə, yaşlıqurulu silgilər hazır oldu. Mir Cəlal.

YAŞMAQ (ID - 42997)

is. 1. Müsəlman qadınlarının yad kişilərdən yaşınmaq üçün üzlərinin adətən gözdən aşağı hissəsini örtdükləri örtü. Sal ağızdan yaşmaq, şəkkər dəhanın; Şirin-şirin danışmağı görünsün. Q.Zakir. Çəkibən yaşmağı,...

YAŞMAQLAMA (ID - 42998)

“Yaşmaqlamaq”dan f.is.

YAŞMAQLAMAQ (ID - 42999)

f 1. Üzünü yaşmaqla örtmək.
2. xüs. Qapıya yaşmaq vurmaq.

YAŞMAQLANMA (ID - 43000)

“Yaşmaqlanmaq”dan f.i.s.

YAŞMAQLANMAQ (ID - 43001)

1. qayıd. Yaşmaqla öz üzünü örtmək.
2. məch. xüs. Qapıya yaşmaq vurulmaq.

YAŞMAQLATMA (ID - 43002)

“Yaşmaqlatmaq”dan f.i.s.

YAŞMAQLATMAQ (ID - 43003)

icb. Üzünə yaşmaq tutmaq.

YAŞMAQLI (ID - 43004)

sif. 1. Üzünə yaşmaq tutmuş. Yaşmaqlı qarı. - Arvad, kişi, oğlan, qız gön çarıqlı, başmaqlı; Gedir qoruq-qaytaqsız, gəlin, qızlar yaşmaqlı. A.Səhhət. Çarşablı qızlar, gəlinlər darvazalardan içəri girmir, çarşablarını...

YAŞMAQLILIQ (ID - 43005)

is. Yaşmağı olma.

YAŞMAQSIZLIQ (ID - 43006)

is. Yaşmağı olmama, yaşmaq tutmama, üzüaçıqlıq.

YAŞMAMA (ID - 43007)

“Yaşmamaq”dan f.is.

YAŞMAMAQ (ID - 43008)

bax yaşmanmaq. Şəhrəbanu xanım ərinin sağ böyründə çənəsini yaşmayıb, ağ örpək başında, həllaci, samit əyləşibdir. M.F.Axundzadə.

YAŞMANMA (ID - 43009)

“Yaşmanmaq”dan f.is.

YAŞMANMAQ (ID - 43010)

f . Kişilərdən gizlənmək məqsədi ilə yaşmaqla üzünü örtmək. Qarı yaşmanıb: - Allahın əmri ilə, - deyə cavab verdi. S.Rəhimov.

YAŞYARIM (ID - 43011)

say. Bir il altı aylıq olan. Möhsün kişi Qoşqarın anasını hələ Qoşqar yaşyarım olanda boşamışdı. İ.Hüseynov.

YAŞYARIMLIQ (ID - 43012)

sif. Bir yaş altı aylıq, on səkkiz aylıq.

YATA (ID - 43013)

zərf k.t. Hər yerinə yayaraq, hopduraraq. Əkini yata sulamaq.

YATAB (ID - 43014)

[rus. “əTan”dan, əsli fr.] 1917-ci il inqilabından əvvəlki Rusiyada: silahlı soldatların müşayiəti ilə bir yerdən başqa yerə göndərilən dustaq dəstəsi. Bildilər yatabdır gələn bu tozda; Əlli nəfər soldat tüfəng omuzda;...

YATACAQ (ID - 43015)

is. 1. Bax yataq1 1-ci mənada. [Xan] dodaqlarını gəmirə-gəmirə pəncərənin qabağına yeriyib elə çığırdı ki, xanım yatacaqdan dik atıldı. Çəmənzəminli. □ Yatacaq otağı - yataq otağı.
2. Yorğan-döşək, yataq ləvazimatı....

YATAĞAN1 (ID - 43016)

is. Ucu əyri xəncər. [Xaqanın] yalnız qurşağındakı altun yatağanı nəzəri cəlb edirdi.. Çəmənzəminli.

YATAĞAN2 (ID - 43017)

sif. Yatmağı çox sevən, çox yatan. Yatağan adam. Yatağan pişik.

YATAQ1 (ID - 43018)

is. 1. Yatmaq üçün yorğan-döşək salınmış yer, yorğan-döşək; ümumiyyətlə, yatmaq üçün yer. Yataqdan qalxmaq. Yatağına girib yatdı. - Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu....

YATAQ2 (ID - 43019)

is. geol. Faydalı qazıntı olan yer; mədən. Daş kömür yataqları. Mədən yatağı. Daşkəsən dəmir filizi yatağı. - Gədəbəydə mis.. və bir çox başqa yataqlar vardır. M.Qaşqay. Geoloji əsaslara görə Yenikəndin altında zəngin...

YATAQ3 (ID - 43020)

is. Çayın axdığı yer səthində əmələ gətirdiyi çuxur. Bu çay yatağını daim dəyişir. - Kür oynayır köhlən kimi; Ləngər vurur yatağında. M.Rahim.

YATAQ4 (ID - 43021)

is. tex. Maşınların hərlənən və ya yırğalanan hissələrinin yerləşdiyi dayaq yeri. Yataqları yağlamaq.

YATAQXANA (ID - 43022)

is. 1. Adətən bir müəssisədə işləyən adamların, yaxud bir məktəbdə oxuyan tələbələrin bir yerdə yaşadığı ev. Fəhlə yataqxanası. Tələbə yataqxanası. Yataqxana növbətçisi. Yataqxanada yaşamaq. - Özü kimi iri bir oğlanın...

YATAQLI1 (ID - 43023)

sif. Yatağı, yatmaq üçün yeri olan. Yataqlı vaqon.

YATAQLI2 (ID - 43024)

sif. Yatağı, məcrası (dərin) olan. Yataqlı çay.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed