
YATAQ2is. geol. Faydalı qazıntı olan yer; mədən. Daş kömür yataqları. Mədən yatağı. Daşkəsən dəmir filizi yatağı. - Gədəbəydə mis.. və bir çox başqa yataqlar vardır. M.Qaşqay. Geoloji əsaslara görə Yenikəndin altında zəngin neft yatağı olduğu güman edilirdi. M.Süleymanov.
Paylaşın - Hamı bilsin
|