İzahlı lüğət

YEMİŞÇİ (ID - 43425)

is. Yemiş satan, yaxud yaxşı yemiş tanıyan adam. // Meyvə qurudan, ya da quru meyvə satan adam.

YEMİŞLİ (ID - 43426)

sif. Yemişi olan, meyvəsi olan, meyvə verən. Bağçadır bir yanımız; içi güllü, çiçəkli; Bir yanda bostanımız; Yemişli, xəlvirəkli. O.Sarıvəlli.

YEMİŞLİK (ID - 43427)

is. 1. Yemiş bitən, yemiş əkilmiş yer; yemiş bostanı.
Meyvələri asıb saxlamağa məxsus yer.
Meyvə qoymağa məxsus qab, meyvə boşqabı.

YEMQARIŞDIRAN (ID - 43428)

is. xüs. Doğranmış müxtəlif yemi qarışdıran maşın.

YEMLƏMƏ (ID - 43429)

“Yemləmək”dən f.is. Malqaranı yemləmə üsulu.

YEMLƏMƏKf (ID - 43430)

1. Heyvanlara, quşlara yem vermək, heyvanları yedirtmək, otarmaq. Quzunu yaxşıca yemləmək lazımdır. - Molla eşşəyi həmişə özü yemləyərmiş. “M.N.lətif.” Yol üzərində bir qədər dincəlmək, atları yemləmək lazım gəldi....

YEMLƏNDİRİLMƏ (ID - 43431)

“Yemləndirilmək”dən f.is. Mal-qaranın vaxtlı-vaxtında yemləndirilməsi.

YEMLƏNDİRİLMƏK (ID - 43432)

məch. Yem verilmək, dən verilmək.

YEMLƏNDİRMƏ (ID - 43433)

“Yemləndirmək”dən f.is.

YEMLƏNDİRMƏK (ID - 43434)

bax yemləmək.

YEMLƏNMƏ (ID - 43435)

“Yemlənmək’’dən f.is.

YEMLƏNMƏK (ID - 43436)

məch. Yem verilmək, dən verilmək.

YEMLƏTMƏ (ID - 43437)

“Yemlətmək”dən f.is.

YEMLƏTMƏK (ID - 43438)

icb. Yem(dən) verdirmək.
Atları yemlətmək.

YEMLƏYİCİ (ID - 43439)

sif və is. Yem verən, yem paylayan, heyvanlara yem verməklə məşğul olan (adam).

YEMLİ (ID - 43440)

sif. Yemi olan.

YEMLİK1 (ID - 43441)

is. bot. Zəmilərdə, çöllərdə bitən dar, uzun yarpaqlı, südlü, yeyilən çoxillik ot bitkisi. Yemlik otların arasında bitir. - O biri məhəllənin uşaqları da Laçının dəstəsi ilə yemlik dərməyə, oynamağa getdilər. M.Hüseyn....

YEMLİK2 (ID - 43442)

is. Heyvanlara yem verilən taxta qutu; yemqabı. Kolxozçu heyvanın yemliyinə ot tökdü.

YEMLİK3 (ID - 43443)

YEMLİKLİK (ID - 43444)

is. Çoxlu yemlik bitən yer (bax yemlik1).

YEMPÖRTƏN (ID - 43445)

is. xüs. Heyvan yemlərini bişirmək üçün qurğu.

YEMSƏK (ID - 43446)

sif. məh. Axsaq.

YEMSƏMƏ (ID - 43447)

“Yemsəmək”dən f.is.

YEMSƏMƏK (ID - 43448)

f . məh. Axsamaq.

YEMSİZ (ID - 43449)

sif. və zərf Yemi olmayan; ac. Heyvanları yemsiz qoymaq.

YEMSİZLİK (ID - 43450)

is. Yemin olmaması, ac qalma, ac qoyma (heyvanı).

YENCİLMƏK (ID - 43451)

f . qəd. Əzilmək, basılmaq. Paltar yencildi. Qaysı yencilmişdir.

YENCMƏK (ID - 43452)

f. qəd. Əzmək, basmaq, sıxışdırmaq, xurd-xəşil eləmək. Zərb ilən onu sərnigun edəyin; Əzəyin, yencəyin, zəbun edəyin. Füzuli.

YENDİRMƏ (ID - 43453)

“Yendirmək”dən f.is.

YENDİRMƏK (ID - 43454)

bax endirmək.

YENƏ (ID - 43455)

zərf (bəzən də ədatı ilə). 1. Təkrar, bir daha, təzədən, yenidən. Dünənki adam bu gün yenə gəldi. Bu gün yenə hava pisləşdi. Uşaqlar yenə qaçışmağa başladılar. - Gülbadam yenə də sual vermək istədi. N.Nərimanov. Məcnun...

YENG (ID - 43456)

is. Paltarda: qolun ağız tərəfi, aşağı tərəfi; paltarın qolu. Yengi ilə üzünün tərini sildi.

YENGƏ (ID - 43457)

is. etnoqr. Keçmişdə gəlin köçürülən zaman onun yanınca gedən və ona rəhbərlik edən qadın. Önündə yengəsi, qucağında ayna, əllərində şamdan, musiqi ilə, gurultu ilə, tüfəng, tapança ata-ata, böyük dəbdəbə və gurultu...

YENGƏC (ID - 43458)

is. zool. Qısaquyruqlu dəniz xərçəngi.

YENGƏLİK (ID - 43459)

etnoqr. 1. is. Yengə gedən qadının işi, vəzifəsi. Yengəlik etmək.
2. sif. Yengəyə aid, yengəyə məxsus. Yengəlik bəxşişi. Bir dəst yengəlik paltar.

YENGİ (ID - 43460)

1. “Yeni” nin qəd. forması. Zülfünü eylə kənar, olsun əyan əbrulərin; Yengi ay rövşənlənir, mahim, hava olduqca saf. S.Ə.Şirvani.
2. Gələn il. Nə söz dedim o gülə, məndən inciyib getdi? Bizim barışmağımız yengi il baharə...

YENGİCƏ (ID - 43461)

zərf Yenicə, az əvvəl.

YENGİYETİŞMİŞ (ID - 43462)

bax yeniyetmə. [Ziba xanım:] Sənə demədimmi, kişi, bu əlli yaşında yengiyetişmiş qız almaq sənə yaraşmaz? M.F.Axundzadə.

YENİ (ID - 43463)

sif. 1. İlk dəfə yaradılmış lap yaxınlarda meydana gəlmiş, törəmiş; təzə (köhnə ziddi). Yeni əsər. Yeni paltar. Ən yeni maşınlar. - Hər gün bir yeni nəğmə; Hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq. // İstifadə...

YENİCƏ (ID - 43464)

1. zərf Az əvvəl, indicə, təzəcə. Yenicə getdi. Yenicə gözüm yuxuya getmişdi ki... - Üç yaşından beş yaşına varanda; Yenicə açılan gülə bənzərsən. “Koroğlu” . Bu dəstəni təşkil edən üzvlərin kimisi yenicə çadrasını...

YENİÇƏRİ (ID - 43465)

is. [türk.] 1. tar. Sultan Türkiyəsində adətən polis, cəza məqsədləri üçün istifadə edilən və sonralar ortadan qaldırılan imtiyazlı piyada qoşun və onun nəfəri. Topçular top ata bilməz; Yeniçəri döyüş istəməz; Padşahdan...

YENİÇƏRİLİK (ID - 43466)

is. [türk.] tar. 1. Yeniçəri əsgərliyi, yeniçəri hissələrində qulluq etmə.
2. məc. Zorbazorluq, zülmkarlıq.

YENİÇİ (ID - 43467)

bax yenilikçi.

YENİÇİLİK (ID - 43468)

bax yenilikçilik.

YENİDƏN (ID - 43469)

zərf Bir də, təzədən, təkrarən. Yenidən çalmaq. Yenidən yazmaq. Yenidən başlamaq. Kitabı yenidən oxumaq. - Sofiya xanımın solmuş yanaqlarından yenidən yaş axmağa başladı. Çəmənzəminli. Neftin fontan vuran buruqlarına; Yenidən...

YENİLƏMƏ (ID - 43470)

“Yeniləmək”dən f.is.

YENİLƏMƏK (ID - 43471)

f 1. Təzələmək, dəyişdirmək, təzəsi ilə əvəz etmək. Vitrindəki malları yeniləmək.
2. Yenidən etmək, təkrar etmək. O sözü yeniləməyə ehtiyac yoxdur.

YENİLƏNDİRMƏ (ID - 43472)

“Yeniləndirmək”dən f.is.

YENİLƏNDİRMƏK (ID - 43473)

bax yeniləmək.

YENİLƏNMƏ (ID - 43474)

“Yenilənmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed