İzahlı lüğət

YAMSILATMA (ID - 42325)

“Yamsılatmaq”dan f.is.

YAMSILATMAQ (ID - 42326)

icb. Yamsılamağa məcbur etmək.

YAMŞAQ (ID - 42327)

bax yaşmaq. Məni görüncə [Mələk] ..donub, yamşağı ağzına çəkib qönçə dəhanını gizlətdi. A.Divanbəyoğlu.

YAMŞAQLI (ID - 42328)

bax yaşmaqlı.

YAMŞANMA (ID - 42329)

“Yamşanmaq”dan f.is.

YAMŞANMAQ (ID - 42330)

bax yaşmanmaq.

YAMŞIMAQ (ID - 42331)

bax yaşınmaq.

YAM-YAM (ID - 42332)

is. İnsan əti yeyən vəhşi. // Vəhşi, adamyeyən. [Şeyda:] Sakit ol, anacan, Mudrov nə adamyeyəndir, nə yam-yam. Ə.Məmmədxanlı. Kulakpusquda durur gecə yam-yamlar kimi baxır. S.Rüstəm.

YAMYASTI (ID - 42333)

sif Çox yastı olan, tamamilə yastı vəziyyətdə olan.

YAMYAŞIL (ID - 42334)

sif. Tamamilə yaşıl, çox yaşıl. Yamyaşıl parça. Yamyaşıl boya. // Tamamilə göyərib yaşıllaşmış. Yamyaşıl tarlalar. Yamyaşıl bostan. - Oldu yenə yam-yaşıl (z.) ağaclar; Dağlar, təpələr, bütün yamaclar. A.Şaiq. Mən qarşımda...

YAN (ID - 42335)

is. 1. Tərəf, ətraf. Yanlarda düşmən qalmamışdı. H.Nəzərli. [Güldəstə:] Məktub bu yandadı. H.Seyidbəyli. □ Yan almaq yanaşmaq, yaxınlaşmaq, yaxın durmaq. [Rəsul] yan alıb lotubaşıdan xəbər aldı: - Əmi, bu kağızlar nə...

YANA (ID - 42336)

qoş. dan. 1. Ötrü, üçün, üzündən (səbəb bildirir). Ta kim məqami tərk edəndə; Səndən yana əzm edib gedəndə. Füzuli. Əşi, sən niyə bu acgöz kağızdan yana belə cinli olmusan? S.Rəhimov. Qonaq duruxdu: - Nədən yana soruşdun?...

YANACAQ (ID - 42337)

is. 1. Yandıqda istilik, alov verən hər şey (odun, kömür və s.). Yanacağı bol olanlar buxarılarını qalamış, təndirlərini yandırmış, evlərini isidib ailələrinin başını bir yerə yığmışdılar. Ə.Vəliyev.
2. tex. Motor və...

YANACAQLI (ID - 42338)

sif Yanacağı olan, yanacaqla işləyən.

YANACAQSIZ (ID - 42339)

YANACAQSIZLIQ (ID - 42340)

is. Yanacaq yoxluğu, yanacaq qıtlığı, yanacaq olmadığı vəziyyət və şərait. Traktorlar yanacaqsızlıq üzündən işsiz durmuşdur.

YANAKI (ID - 42341)

zərf 1. Yan tərəfə çevrilmiş vəziyyətdə, yan tərəfini irəli verərək, çiynini irəli verərək, böyrünü qabağa verərək, yarıdönmüş halda. Yanakı üzmək. - Faytonçu Əhməd atların başını çəkər, yanakı oturar, köks ötürüb...

YANAQ (ID - 42342)

is. Üzün almacıq sümüyündən çənəyə qədər olan qismi. Yanağından öpmək. Qırmızı yanaq. - Yanaq üzrə saçın tavusa bənzər; Ki, seyri cənnətül-məvayə düşmüş. Nəsimi. [Muradın] fikrində gəzib dolaşan Nigar idi. O Nigar...

YANAQLI (ID - 42343)

Adətən yanağın övsafını təyin edən sifətlərə qoşularaq işlənir. Bir-birinə həmdəm iki növcavan; Biri güldür, biri gülgəz yanaqlı. M.P.Vaqif.

YANAR (ID - 42344)

sif Odpüskürən, alovsaçan, atəşsaçan, odsaçan, odlu. // Alışqan, tezodlanan, tezalışan, tezyanan. Yanar maddələr.
□□ Yanar dağ - 1) vulkan. Vezuvi adlı yanar dağın lavası altında Qerkülazm və Pompey şəhərləri basdırılıb,...

YANAR-YANAR (ID - 42345)

sif. Yanmaqda olan. Yenə məni yanar-yanar odlara; Dağılmış ayrılıq saldı, sevdiyim! M.V.Vidadi.

YANAŞDIRILMA (ID - 42346)

“Yanaşdmlmaq”dan f.is.

YANAŞDIRILMAQ (ID - 42347)

məch. Yaxınlaşdırılıb dirədilmək, yan-yana edilmək (qoyulmaq), kip yaxınlaşdırılmaq.

YANAŞDIRMA (ID - 42348)

“Yanaşdırmaq”dan f.is.

YANAŞDIRMAQ (ID - 42349)

f Yanbayan etmək, kip yaxınlaşdırmaq, yanbayan qoymaq, yaxınlaşdırıb birləşdirmək, bir-birinə dirəmək. Stolları bir-birinə yanaşdırmaq. - Ağsaqqal kişi çubuğunu söndürdü. Qatırları yanaşdırdı. Mir Cəlal.

YANAŞI (ID - 42350)

zərf 1. Bir-birinə yaxın vəziyyətdə, bir-birinin yanında; yanbayan, yanyan. Yanaşı oturmaq. Yanaşı qoymaq. Yanaşı getmək. Yanaşı durmaq. - Qoca usta Lətifə ilə salamlaşıb şoferlə yanaşı oturdu. M.Hüseyn. Eldarla mənim yerim...

YANAŞIQ (ID - 42351)

zərf Yanaşı, bitişik; yanaşmış, bitişmiş vəziyyətdə.

YANAŞIQLIQ (ID - 42352)

is. Yanaşı olma, yanbayan olma; bitişiklik.

YANAŞILMAZ (ID - 42353)

sif. 1. Yanaşmaq, yaxınlaşmaq mümkün olmayan, yanma varıla bilməyən; əlçatmaz. Yanaşılmaz bir yer.
2. Yaxınına getmək mümkün olmayacaq dərəcədə sərt və ağır xasiyyətli. Yanaşılmaz adam.

YANAŞILMAZLIQ (ID - 42354)

is. Yanaşmaq, yaxınlaşmaq mümkün olmama; əlçatmazlıq.

YANAŞMA (ID - 42355)

“Yanaşmaq”dan f.is. Əsgərlərin gülərüzlə onlara yanaşması bizim qorxulu olmadığımızı bildirdi. H.Nəzərli.

YANAŞMAQ (ID - 42356)

f . 1. Yaxınına, yanma gəlmək; yaxınlaşmaq, yanbayan olmaq. O, mənə yanaşıb qolumdan tutdu. Birisi ona yanaşıb nə isə dedi. - Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi. Tamam mənə yanaşıb...

YANBAŞ (ID - 42357)

yanbaş atmaq dan. - boyun qaçırmaq, danmaq.

YANBAYAN (ID - 42358)

bax yan-yana. Yanbayan oturmaq. - Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir.

YANBIZ (ID - 42359)

is. Omba, yan. [Vəli:] ..Başın üçün, Cavad bəy, yanbızına dəyənəyi belə yapışdırdım ki, küçük kimi zingildədi. N.Vəzirov. ..Əminə əllərini yanbızlarına vurdu. Ə.Əbülhəsən.

YANBIZLAMA (ID - 42360)

“Yanbızlamaq”dan f.is.

YANBIZLAMAQ (ID - 42361)

f dan. Yanbızı (yanı) ilə itələmək, vurmaq.

YANCAQ (ID - 42362)

is. dan. Sağrı, yan (bax yan 5-ci mənada). Əli qara öküzün yancağına bir çubuq vurdu. F.Xoşginabi. □ Yancaq ağrısı dan. - işiasın (oturaq sinir iltihabının) xalq arasında adı.

YANCAQLAMA (ID - 42363)

“Yancaqlamaq”dan f.is.

YANCAQLAMAQ (ID - 42364)

f . dan. Yancağından tutmaq.

YANCİDAR (ID - 42365)

zərf Çox uzağa getməsin deyə heyvanın ipini ayaqlarına sarıma. □ Yancidar etmək - ipi heyvanın ayaqlarına bu cür bağlamaq. [Dəlilər] düşüb, atları yancidar eləyib ota buraxdılar. “Koroğlu” . Qaraqaş düşüb atdan, atını...

YANÇI (ID - 42366)

is. məh. 1. İki küsülü tərəfi barışdıran adam; vasitəçi. Xülasə, hər iki tərəf yançıların köməyi ilə bir-birinə güzəştə gedib toyu başlayacaqlar. R.Əfəndiyev. // Köməkçi, havadar. Əgər yançılar sakit dursaydı, ehtimal...

YANÇILIQ (ID - 42367)

is. məh. İki küsülü tərəfi barışdırma; vasitəçilik. // Kömək, kömək etmə.

YANDAN (ID - 42368)

zərf Yan tərəfdən, böyürdən. Yandan keç. Yandan maşın gəlir.

YANDI-QINDI (ID - 42369)

yandı-qındı vermək dan. ələ salaraq hirsləndirmək, qızışdırmaq, acıqqıcıq vermək.

YANDIRAN (ID - 42370)

f sif 1. Yanğın düzəldən, yanğın salan.
2. Bax yandırıcı.

YANDIRIB-TÖKMƏ (ID - 42371)

“Yandırıb-tökmək’dən f.is.

YANDIRIB-TÖKMƏK (ID - 42372)

bax yandırmaq
5-ci mənada. Onun sözləri adamı yandırıbtökür.

YANDIRIB-YAXMA (ID - 42373)

“Yandırıb-yaxmaqdan f.is.

YANDIRIB-YAXMAQ (ID - 42374)

bax yandırmaq
5-ci mənada. Əzizim baxar doymaz; Yandırar-yaxar, doymaz; Baxdıqca gözlərimdən; Qanlı yaş axar, doymaz. (Bayatı). Firqət odu məni yandırıb-yaxar; Sübhü şam didəmdən qanlı yaş axar. Q.Zakir.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed