İzahlı lüğət

YAYĞINLAŞDIRMA (ID - 43125)

“Y ayğınlaşdırmaq”dan f.is.

YAYĞINLAŞDIRMAQ (ID - 43126)

f 1. Yayğın hala salmaq, yayğınlıq xassəsi vermək; sıyıqlaşdırmaq.
2. məc. Konkretlikdən, aydınlıqdan, dəqiqlikdən məhrum etmək. Fikri yayğınlaşdırmaq.

YAYĞINLAŞMA (ID - 43127)

“Yayğmlaşmaq”dan f.is.

YAYĞINLAŞMAQ (ID - 43128)

f . 1. Yayğın hala düşmək, yayğınlıq xassəsi almaq; sıyıqlaşmaq.
2. məc. Konkretliyini, dəqiqliyini itirmək.

YAYĞINLIQ (ID - 43129)

is. 1. Tez yayılmaq xassəsi, yayğın şeyin halı; sıyıqlıq.
2. məc. Qeyri-müəyyənlik, qeyri-konkretlik; bir şeydə lazımınca aydınlıq, konkretlik, müəyyənlik olmaması.

YAYXAMA (ID - 43130)

“Yayxamaq”dan f.is.

YAYXAMAQ (ID - 43131)

bax yaxalamaq2.

YAYXANMA (ID - 43132)

“Yayxanmaq”dan f.is.

YAYXANMAQ (ID - 43133)

f . dan. 1. Yayılıb oturmaq və ya uzanmaq. Sultan stulda yayxanaraq gözlənilmədən qəhqəhə çəkdi. I.Hüseynov.
2. Yırğalanaraq yerimək. [Cuma] gəminin hərəkətinə görə sağa-sola yayxanaraq ağır addımlarla kayutdan çıxdı....

YAYXINMAQ (ID - 43134)

f . dan. 1. Kənara çıxmaq, qırağa çəkilmək, özünü kənara çəkmək.
2. İşdən boyun qaçırmaq, yayınmaq.

YAYICI (ID - 43135)

sif 1. Bir şeyi yayan, intişar etdirən, yayılmasına səbəb və ya vasitə olan. Ağcaqanadlar malyariya xəstəliyinin yayıcısıdır.
2. xüs. Yastıladan, yayan. Yayıcı dəzgah.

YAYIQ (ID - 43136)

sif. məh. 1. Göz qabağında olmayan, uzun müddət öz yurdundan, ev-eşiyindən uzaq düşən, uzaqda olan.
2. Tənbəl, ərincək.

YAYIQLIQ (ID - 43137)

is. Göz qabağında olmama, gözdən uzaq olma, uzaqda olma.

YAYILMIŞ (ID - 43138)

is. Yayılmaq işi, yayılma, intişar etmə.

YAYILMA (ID - 43139)

“Yayılmaq”dan f.is.

YAYILMAQ (ID - 43140)

f . 1. Öz əhatə, təsir, nüfuz dairəsini genişləndirmək, geniş sahə tutmaq, əhatə etmək; genişlənmək, intişar etmək. Xəstəlik yayıldı. Müharibə atəşi bir çox ölkələrə yayıldı. Daşqın suları hər tərəfə yayıldı....

YAYIM (ID - 43141)

is. Yaymaq işi.

YAYINDIRMA (ID - 43142)

“Yayındırmaq”dan f.is.

YAYINDIRMAQ (ID - 43143)

f . 1. Fikrini, diqqətini,
nəzərini bir şeydən uzaqlaşdırmaq, kənara, başqa tərəfə cəlb etmək (adətən isimlərlə birlikdə işlənir). Nəzərini yayındırmaq. Fikrini yayındırmaq. - ..Gözlərimi Şumşadxanımın üzündən bir...

YAYINIQ (ID - 43144)

bax yayğın.

YAYINMA (ID - 43145)

“Yayınmaq”dan f.is.

YAYINMAQ (ID - 43146)

f . 1. Başqa yerə (cəhətə, şeyə və s.) cəlb olunmaq, başqa şeylə məşğul olmaq, kənara çıxmaq (adətən “fikri, nəzəri, diqqəti” və s. sözləri ilə). Fikri yayınmaq. // Qaçmaq. Fikrindən yayınmaq. - [Gülsənəmin] narazılığını...

YAYIŞMA (ID - 43147)

“Yayışmaq”dan f.is.

YAYIŞMAQ (ID - 43148)

f Kütləvi halda hər tərəfə yayılmaq; dağılışmaq.

YAYQI (ID - 43149)

is. Yerə və ya döşəmə üzərinə sərilən şeylər: palaz, xalça, həsir, cecim və s.

YAY-QIŞ (ID - 43150)

zərf Hər zaman, həmişə, ilin bütün fəsillərində. O, yay-qış başaçıq gəzir.

YAYLA (ID - 43151)

is. 1. Yaylaq. [Molla Həmid:] Allaha şükür, belə səfalı yerdə, yaylada damaq çağ olmazmı? M.F.Axundzadə.
2. coğr. Dağlıqda olan düzən yerlər. Qarabağ yaylası. - Yaylanın başından hay-küy səsi gəlirdi. Mir Cəlal. Nəhayət,...

YAYLAQ (ID - 43152)

is. Sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeri. Yaylaq havası. Yaylaqda istirahət etmək. Yaylağa köçmək. - inək, camış, qoyun, quzu; Çıxar naxırda otlağa; Köçər arandan el, gedər; Yavaş-yavaşca yaylağa....

YAYLAQÇI (ID - 43153)

is. İstirahət üçün yaylağa gəlmiş, yaylaqda dincələn adam. Bu yay İstisuda yaylaqçıların sayı-hesabı yox idi.

YAYLAQLAMA (ID - 43154)

“Yaylaqlamaq”dan f.is.

YAYLAQLAMAQ (ID - 43155)

f . Yaylaqda istirahət etmək, yayı dağlıq və sərin yerdə keçirmək.

YAYLAQLANMA (ID - 43156)

“Yaylaqlanmaq”dan f.is.

YAYLAQLANMAQ (ID - 43157)

bax yaylaqlamaq.

YAYLAQLIQ (ID - 43158)

is. 1. Yaylaq.
2. Yaylaq üçün lazım və yararlı olan şey.

YAYLAMA (ID - 43159)

“Yaylamaq”dan f.is.

YAYLAMAQ1 (ID - 43160)

f. 1. Yay vaxtını bir yerdə keçirmək, istirahət etmək (qışlamaq müqabil). Dağlarda yaylamaq. Bu il harada yaylamışdınız? - Getmə, dağlar səndən xəbər alayım; Sinəndə yaylayan ellər necoldu? “Koroğlu” . Hanı bu yaylaqda yaylayan...

YAYLAMAQ2 (ID - 43161)

f. Yay qoymaq, yayla bərkitmək (bax yay2 2-ci mənada).

YAYLANMA (ID - 43162)

“Yaylanmaq”dan f.is.

YAYLANMAQ (ID - 43163)

məch. Yay qoyulmaq, yayla bərkidilmək (bax yay2 2-ci mənada).

YAYLATMA (ID - 43164)

“Yaylatmaq”dan f.is.

YAYLATMAQ (ID - 43165)

icb. Yayı yaylaqda saxlamaq, yaylaqda qalması üçün şərait yaratmaq, yaylamağa məcbur etmək.

YAYLI (ID - 43166)

sif Yayı olan. Yaylı kürsü. Yaylı oyuncaq. - Bu vaxt Əhməd yaylı krovatın üzərində uzanıb ağır-ağır nəfəs alırdı. Ə.Vəliyev. Ağır yaylı qapının bir tayı ləngər ilə aralanmağa başladı. Mir Cəlal.

YAYLIQ1 (ID - 43167)

sif. Yay fəslinə aid olan, yaya məxsus, yay üçün ayrılmış (hazırlanmış). Yaylıq paltar. - [Bəbir bəy] qalxıb Məşədi Cahangirə bir boşqab yaylıq üzüm gətirdi. Mir Cəlal.

YAYLIQ2 (ID - 43168)

is. Üçkünc və ya dördkünc parçadan ibarət qadın baş örtüsü. Yaylığı başına örtmək. Başında yaylıq. Başını yaylıqla sarımaq. - [Xırdaxanım:] Pəri, otaqda .. bir yaylıq var, ört başına, onu sənə bağışladım. N.Vəzirov....

YAYLI-QIŞLI (ID - 43169)

bax yay-qış.

YAYLIM1 (ID - 43170)

: yaylım atəşi - bir neçə silahdan eyni zamanda açılan atəş. Yaylım atəşi açıldı, dəstələrdən soldatlara daş atmağa başladılar. M.S.Ordubadi. Çəkilib soldatlar, yerə yatdılar; Yaylım atəşini peydər atdılar. H.K.Sanılı....

YAYLIM2 (ID - 43171)

is. Mal-qaranın gecə otarılması. Çəkirdi yaylıma sürünü çoban; Olurdu qaçaqlar yoluna rəvan. H.K.Sanılı. Yazda Rüstəm özü mal-qaranı yaylıma aparmağa çalışar. S.Rəhimov. Almurad baba .. gecə biz yuxuda ikən qoyun-quzunu yaylıma...

YAYLIMI1 (ID - 43172)

sif Yaylımla atılan. □ Yaylımı güllə - çovumuş (sovuşan, naqafil) güllə.
□□ ...yaylımı gülləyə gələsən - qarğış ifadəsi. [Nurcahan:] ..A səni yaylımı gülləyə gələsən, .. bu nə sözlərdir ki, özündən qayırırsan?!...

YAYLIMI2 (ID - 43173)

is. məh. Musiqi havası. Xan Sultan tütəyi ağzına aldı, bir yaylımı çaldı. S.Rəhimov.

YAYLIMLAMA (ID - 43174)

“Yaylımlamaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed