
YAYXANMAQf . dan. 1. Yayılıb oturmaq və ya uzanmaq. Sultan stulda yayxanaraq gözlənilmədən qəhqəhə çəkdi. I.Hüseynov.
2. Yırğalanaraq yerimək. [Cuma] gəminin hərəkətinə görə sağa-sola yayxanaraq ağır addımlarla kayutdan çıxdı. Ə.Əbülhəsən. Ağ mayaların üstündə oturub yayxana-yayxana (z.) gedən qoca qarıların qucağında camış balası .. gözə dəyirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|