
YAYLAQis. Sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeri. Yaylaq havası. Yaylaqda istirahət etmək. Yaylağa köçmək. - inək, camış, qoyun, quzu; Çıxar naxırda otlağa; Köçər arandan el, gedər; Yavaş-yavaşca yaylağa. A.Səhhət. Qaldı Qızdırmalı. Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə. Ehtiyat xala .. səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. // Yayda qoyun və malqara sürülərinin saxlandığı yer (qışlaq müqabili). // Ümumiyyətlə, sərin və səfalı yer.
Paylaşın - Hamı bilsin
|