İzahlı lüğət

YAYLIQ2

is. Üçkünc və ya dördkünc parçadan ibarət qadın baş örtüsü. Yaylığı başına örtmək. Başında yaylıq. Başını yaylıqla sarımaq. - [Xırdaxanım:] Pəri, otaqda .. bir yaylıq var, ört başına, onu sənə bağışladım. N.Vəzirov. [Qadın] başından nimdaş yaylığını da çıxarıb körpəni bürüyür. Ə.Məmmədxanlı. // Burun, öz, tər silmək üçün dördkünc parça. ipək yaylıq. Burun yaylığı. - Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı). Hə, .. bölükdən xoşun gəldimi? - deyə, kapitan yaylıqla alnının tərini sildi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed