İzahlı lüğət

YUMURTLAMA (ID - 44225)

“Yumurtlamaq”dan f.is.

YUMURTLAMAQ (ID - 44226)

YUMURTLATMAQ (ID - 44227)

icb. Yumurtlamağa məcbur etmək, yumurtlaması üçün şərait yaratmaq. Toyuğu falsız yumurtlatmaq çətindir.

YUN (ID - 44228)

is. 1. Bəzi məməli heyvanların dərisinin üstünü örtən tüklər. Yun qırxımı. Qoyunların yununu vaxtında qırxmaq.
2. Heyvandan (adətən qoyundan, dəvədən və s.) qırxılan belə tüklər. Qoyun yunu. Dəvə yunu. Keçinin yununu...

YUNAN (ID - 44229)

is. Yunanıstanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Yunan dili. Qədim yunan mədəniyyəti. - Qədim vaxtlarda komediyanı yunanlar gülüş üçün çıxarırdılar.. N.Nərimanov.

YUNANCA (ID - 44230)

zərf və sif. Yunan dilində. Yunanca danışmaq. Yunancadan tərcümə. Yunanca-rusca lüğət.

YUNANİ (ID - 44231)

köhn. bax yunan.

YUNANLI (ID - 44232)

is. və sif. köhn. Yunan, yunanıstanlı. Yunanlıların qədim mədəniyyəti. Yunanlı qadınlar. - Görünür ki, yunanlı saymış səni əjdaha; Bir dəfə baxıb getmiş, gəlməmişdir bir daha. Ə.Cavad.

YUNÇU (ID - 44233)

is. Yun mütəxəssisi, yaxud yun tədarükü, yun işləri ilə məşğul olan adam.

YUNÇULUQ (ID - 44234)

is. Kənd təsərrüfatının, yunverən qoyun cinsləri yetişdirib artırmaqla məşğul olan sahəsi. Yunçuluq təsərrüfatı.

YUNDARAĞI (ID - 44235)

is. Yun təmizləmək üçün dəmir dişlərdən ibarət alət.

YUNDARAYAN (ID - 44236)

1. is. Daraqla yun təmizləyən işçi və ya alət.
2. sif. Yun təmizləyən (darayan). Yundarayan alətlər.

YUNDİDƏN (ID - 44237)

sif. Yunu didib təmizləyən. Yundidən maşın.

YUNƏYİRƏN (ID - 44238)

sif. Yunu əyirib ip istehsal edən. Yunəyirən fabrik.

YÜNKER (ID - 44239)

[alm. Junker] 1. tar. Keçmişdə Prussiyada: iri torpaq sahibi; zadəgan, mülkədar.
2. Çar Rusiyasında: zabit hazırlayan hərbi məktəb müdavimi. Səhər səhərdir, axşam axşam - dünyanın hər yerində; yunkerlərin kölgəsi; cani kimi...

YUNKERLİK (ID - 44240)

is. 1. tar. Yunkerlər. Prussiya yunkerliyi.
2. Yunker rütbəsi, adı.

YUNQA (ID - 44241)

is. [rus.] Matros olmağa hazırlanan uşaq.

YUNLAMA (ID - 44242)

“Yunlamaq”dan f.is.

YUNLAMAQ (ID - 44243)

f . İçərisinə yun qoymaq, yunla doldurmaq.

YUNLANMA (ID - 44244)

“Yunlanmaq”dan f.is.

YUNLANMAQ (ID - 44245)

qayıd. Yunla örtülmək, üstünü yun basmaq.

YUNLU (ID - 44246)

sif. 1. Üstündə yunu olan, qalın yunla örtülmüş, yun basmış. Yunlu qoyun. 2. İçərisində yun olan, isti olmaq üçün içərisinə yun qoyulmuş. Yunlu palto. Yunlu gödəkcə. - Yunlu və qalın kürklərin yan ciblərindən qovurğa çıxarıb...

YUNLUQ (ID - 44247)

sif. Çox yun verən, yun vermək üçün yetişdirilən. Yunluq qoyun cinsləri. Merinos yunluq qoyundur.

YUNLULUQ (ID - 44248)

is. Heyvanın yunla örtülmə dərəcəsi, yunvermə qabiliyyəti.

YUNSUZ (ID - 44249)

sif. 1. Üstündə yun olmayan və ya çox az olan, yun verməyən. Yunsuz qoyun.
2. İsti olmayan, isti olmaq üçün içərisinə yun qoyulmamış. Yunsuz palto.

YUNVERƏN (ID - 44250)

bax yunluq. Yunverən qoyun cinsi.

YUNYUYAN (ID - 44251)

sif. Yunu yumağa məxsus. Yunyuyan maşın.

YUPİTER (ID - 44252)

[lat. Jupiter] 1. Günəş sisteminin ən böyük planeti.
2. Kinotexnikada işlənən çox qüvvətli işıq verən elektrik cihazı; projektor.

YUPYUMRU (ID - 44253)

sif. Tamamilə yumru; gipgirdə. Yupyumru top kimi. - Düz yeri bir yupyumru şey qanır; Həm də deyir: sutkada bir fırlanır. M.Ə.Sabir.

YÜRA (ID - 44254)

[coğrafi addan] Yura dövrü, Yura sistemi geol. - Yerin tarixində mezozoy erasının sıra ilə ikinci dövrü.

YURD (ID - 44255)

is. 1. İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən. Ey kiçik dəmirçi, duyduğun haqdır; Çalış, yurdun üçün özünü göstər. Ə.Cavad. Həyətimdə safalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam...

YURDDAŞ (ID - 44256)

is. Bir yurda mənsub olan adamlardan hər biri; həmvətən, həmyurd, vətəndaş. Yurddaşlara müraciət. - Gecələr yatmadan əvvəl sor özündən ki: “Bu gün; Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?” Vahabzadə.

YURDDAŞLIQ (ID - 44257)

is. Bir yurda mənsub olma; həmvətənlik, vətəndaşlıq.

YURDLAMA (ID - 44258)

“Yurdlamaq”dan f.is.

YURDLAMAQ (ID - 44259)

f Özünə yurd düzəltmək, yuva qurmaq. Nə gördüm? Samanda o yurdlamışdır; Bir fındıq boydaca yumurtlamışdır. S.Vurğun.

YURDLU (ID - 44260)

sif. Yurdu olan.

YURDSUZ (ID - 44261)

sif. Yurdu, evi, məskəni olmayan, evsiz-eşiksiz, ev-eşiyindən, yurdundan məhrum olmuş. Hələ də gəlib-gedənə əl açan yetim uşaqlar və yurdsuz arvadların əlindən tərpənmək mümkün deyildi. M.İbrahimov. // Vətənsiz. Vətən! Qoynunda...

YURDSUZ-YUVASIZ (ID - 44262)

sif. 1. Yurdu-yuvası olmayan, ev-eşiyi olmayan; sərsəri, sərgərdan. Yurdsuz-yuvasız adam.
2. Sahibsiz, baxımsız, kimsəsiz. [Məsmə:] Şəhərdə nə çoxdu yurdsuz-yuvasız uşaq, üzünə baxan kimdi? Adını tutan, yaxına qoyan kimdi?...

YURDSUZLUQ (ID - 44263)

is. 1. Yurdu, evi olmama.
2. Sahibsizlik, baxımsızlıq, kimsəsizlik.

YURD-YUVA (ID - 44264)

is. Ev-eşik, ev, məskən. [Murad] Sarının qəlbini qırmaq, onu yurduyuvası dağılmış bir zavallı sifətində, boynubükülü görmək istəyirdi. S.Hüseyn. □ Yurdyuva salmaq - yaşamaq üçün şərait yaratmaq, ev-eşik düzəltmək (özü...

YURD-YUVASIZ (ID - 44265)

sif. Yurd-yuvası olmayan, yaşamaq üçün müəyyən yeri olmayan; avara, sərgərdan. Qaçağam mən yurdsuzyuvasız; Dura bilməm heç davasız... H.K.Sanılı.

YURİDİK (ID - 44266)

sif. Hüquqa aid olan, hüquqi, hüquq nöqteyi-nəzərindən.

YURİST (ID - 44267)

[əsli lat. jurist] bax hüquqşünas. Çingiz təkidlə: - iki ilə qurtararsan. Nə var ki, yurist deyilsənmi? Çəmənzəminli.

YURİSTLİK (ID - 44268)

is. Yuristin (hüquqşünasın) işi, peşəsi, ixtisası. Yuristlik etmək (hüquqşünaslıqla məşğul olmaq).

YURTAV (ID - 44269)

zərf məh. At yerişinin bir növü. Gənclərdən biri soruşdu: - Salam əmi! Qulan nə cür yeriyəcək? Yorğa, yurtav, yoxsa qədəmyerişi. Ə.Vəliyev.

YUSİF (ID - 44270)

is. Dini əfsanələrə görə, gözəlliyi ilə məşhur bir şəxs (Yaqub peyğəmbərin övladlarından biri) olub, klassik ədəbiyyatda gözəl (kişi) mənasında işlənmişdir (bəzən “Yusifi-Kənan” tərkibi şəklində işlənmişdir)....

YUVA (ID - 44271)

is. 1. Quşların yumurtlayıb bala çıxarmaq və onları saxlayıb böyütmək üçün çör-çöpdən və s.-dən düzəltdikləri yer. Qaranquş yuvası. Sərçə yuvası. - Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov....

YUVACIQ (ID - 44272)

“Yuva”dan oxş. və kiç. Hey gedirəm durmadan; Bir yuvacıq qurmadan. S.Vurğun.

YUVAQ (ID - 44273)

is. anat. 1. Ciyər toxumasının əmələ gətirdiyi xırdaca qabarcıqlar.
2. Çənədə diş köklərinin yerləşdiyi oyuqlar.

YUVAQLIQ (ID - 44274)

is. anat. Çənədə diş yuvaqlarının yerləşdiyi yer.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed