YEKƏYANAQ(LI) (ID - 43325)sif. Yanaqları çox yekə, ətli olan.
|
YEKNƏSƏQ (ID - 43326)sif. [fars.] 1. Eyni ilə birbirinə oxşayan, eyni tərzdə, eyni şəkildə olan, eyni cür səslənən, bir-birindən qətiyyən ayrılmayan; yekrəng. ..İçəridən [Mehribanın] yeknəsəq və zil səsi eşidildikdə Zeynalın sanki vücudunu titrətdi....
|
YEKNƏSƏQLİK (ID - 43327)is. Yeknəsəq şeyin hal və keyfiyyəti; yekrənglik. Musiqinin yeknəsəqliyi. Həyatın yeknəsəqliyi.
|
YEKPAY (ID - 43328)zərf [fars.] Aşıq havalarından biri. Aşıq Səfər yekpay oxuyur. Yekpaydan sonra balabançı əyləşir. Ə.Haqverdiyev.
|
YEKPARƏ (ID - 43329)sif. [fars.] 1. Tam, bütün, bütöv, bir parçadan ibarət olan; monolit. Yekparə qaya. - Böyük daş parçalarından tikilmiş və ya yekparə (monolit) daşlardan qurulmuş qədim abidələrə meqalitin abidələr deyilir. Ə.Salamzadə.
2. məc.... |
YEKRƏNG (ID - 43330)sif. [fars.] 1. Eyni rəngdə olan, rəngi bir olan, bir-birinə oxşayan.
Bir cür, eyni. Mən yenə də, həmişə olduğu kimi, ona sadə və yekrəng cavablar verdim. M.S.Ordubadi. məc. Cansıxıcı, maraqsız, yeknəsəq. [İblis:] Öylə... |
YEKRƏNGLİK (ID - 43331)is. 1. Yekrəng şeyin hal və keyfiyyəti. Torpağın yekrəngliyi.
2. məc. Cansıxıcılıq, maraqsızlıq, yeknəsəqlik. Həyatın yekrəngliyi. Musiqinin yekrəngliyi. |
YEKSAN (ID - 43332)sif. [fars.] klas. Düz, bərabər, tən. Onunçun var yalnız bircə səadət; O səadət məhəbbətlə yeksandır. A.Səhhət.
□□ Yer (torpaq, xak) ilə yeksan etmək büsbütün dağıtmaq, yerlə bir eləmək. Mən sülhə səs verirəm; Qədim... |
YEKSƏR (ID - 43333)sif. [fars.] Başdan-başa, bütün, hamı, tamam. Sən o deyildinmi, edəndə qiyam; Səcdə edərdi sənə yeksər əvam? M.Ə.Sabir. [Şeyx Kəbir Sənana:] Cahil-arif, böyükkiçik yeksər; Səni özlər, sevər, pərəstiş edər. H.Cavid. itirdi...
|
YEKTA (ID - 43334)sif. [fars.] köhn. Tayı-bərabəri olmayan, nadir, yeganə, vahid.
|
YEKTƏRƏF (ID - 43335)sif. [fars. yek və ər. tərəf] Birtərəfli, məhdud.
|
YEKUN (ID - 43336)is. müh. Bir neçə ədədin cəmindən əldə edilən say, hesabın məcmusu. // məc. Bir şeyin nəticəsi. Xalq təsərrüfatı inkişafının yekunları. işin yekunları. □ Yekun vurmaq - 1) bax yekunlaşdırmaq. Gəlirin yekununu vurmaq; 2)...
|
YEKUNLAŞDIRILMAQ (ID - 43337)məch. 1. Yekun vurulmaq, yekunu çıxarılmaq, cəm edilib hasili əldə edilmək. Həftənin axırında şərbafların işlədiyi muzd və apardıqları nisyə ayrıayrı yekunlaşdırılır(dı). Ə.Əbülhəsən.
2. məc. Nəticə çıxarılmaq,... |
YEKUNLAŞDIRMA (ID - 43338)“Yekunlaşdırmaqdan f.is.
|
YEKUNLAŞDIRMAQ (ID - 43339)f 1. Ədədləri üstüstə gələrək cəmini tapmaq, ümumi məbləği hesablamaq; cəmləşdirmək. Gəlir cədvəlini yekunlaşdırmaq.
2. məc. Nəticələrini müəyyənləşdirmək, ümumiləşdirmək, ümumi nəticə çıxarmaq. “Ölülər”... |
YEKVÜCUD (ID - 43340)sif. [fars.] köhn. kit. Vahid, bir, yekparə. Mənə qarşı hər bir hədyan söyləyəcəklərsə söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə qarabağlı və bakılı kimi fitnəəngiz...
|
YEL1 (ID - 43341)is. 1. Külək. Yaman yel əsir. isti yel. Bu gün bərk yel var. - Şirmayı telə işlər; Dəyirman yelə işlər; Heç nəfərin başına; Gəlməsin belə işlər. (Bayatı). Müştaqdır gözünə aləmin gözü; Yel atar çarqatın, açılar üzü....
|
YEL2 (ID - 43342)is. Revmatizm xəstəliyinin xalq arasında adı. Qıçlarımı yel tutub. - Əl-ayağını yel tutan xəstəni isə Qalaya (Pirvəro) aparardılar. H.Sarabski.
|
YELAPARDI (ID - 43343)is. məh. 1. Sac üstündə bişirilən nazik, yağlı yuxa. Yelapardını sac üzərində bişirərlər.
2. Çox yüngül, nazik şey haqqında. Bu çit lap yelapardı çitdir. |
YELAYAQ(LI) (ID - 43344)sif. Yeyin yeriyən, çox iti gedən. Çəkirlər əllərimi qupquru damardamar; Ey uzunsaç rəssamlar, yelayaq fotoqraflar. S.Rüstəm.
|
YELBEYİN (ID - 43345)sif. və is. Başıboş, axmaq, gic, səfeh; yüngül. Yelbeyin adam. - Birisi ona övliya, o birisi ona yelbeyin, birisi ona əzim, o birisi ona vəzir, birisi ona ağıllı, o birisi ona tamam dəli adını verirdi. S.Rəhimov.
|
YELBEYİNCƏSİNƏ (ID - 43346)zərf Yelbeyin adama yaraşan bir tərzdə; axmaqcasına, səfehcəsinə. Yelbeyincəsinə hərəkət etmək.
|
YELBEYİNLİK (ID - 43347)is. Başıboşluq, giclik, axmaqlıq, səfehlik, yüngüllük, axmaqcasına hərəkət. Yelbeyinlik etmək.
|
YELBƏ (ID - 43348) |
YELBİZ (ID - 43349)is. məh. Qadın saçı.
|
YELBİZLƏMƏ (ID - 43350)“Yelbizləmək”dən f.is.
|
YELBİZLƏMƏK (ID - 43351)f məh. Yelbizindən yapışmaq, saçından yapışmaq.
|
YELBİZLƏNMƏ (ID - 43352)“Yelbizlənmək”dən f.is.
|
YELBİZLƏNMƏK (ID - 43353)məch. məh. Yelbizindən tutulmaq, saçından tutulmaq.
|
YELCÖVÜZÜ (ID - 43354)is. Təbabətdə, ətriyyat işlərində, yaxud ədviyyə kimi işlənən bitki meyvəsi.
|
YELÇƏKƏN (ID - 43355)is. 1. Qapalı binada qarşıqarşıya olan açıq yerlərdən gələn hava cərəyanı. Yelçəkəndə oturmaq. Bura yaman yelçəkəndir.
2. Qapalı binanın havasını dəyişdirmək üçün qurğu; ventilyasiya, ventilyator. Yelçəkən xarab olub,... |
YELÇÖPÜ (ID - 43356)is. məh. Çiçəksiz bir bitki adı.
|
YELDA (ID - 43357)1. is. [fars.] klas. şair. Dekabr ayının 21-nə təsadüf edən ən uzun gecə (çox vaxt “şəbi-yelda - yelda gecəsi” tərkibində işlənir). İldə bir yelda gəlir ayinü rəsmidəhrdə; Bu nə yeldadır gəzir ayın yanınca müttəsil?...
|
YELDƏYİRMANI (ID - 43358)is. Küləyin hərəkətə gətirdiyi pərlər vasitəsilə işləyən dəyirman. Arxa planda su quyusu üstündə hərəkətsiz dayanmış yeldəyirmanı. Ə.Məmmədxanlı.
|
YELƏK (ID - 43359)is. 1. Lələk.
məh. Oxun baş tərəfinin enli hissəsi. Oxun yeləyi olmayanda yerə tez düşər. Xəstə Qasım. məh. Qolsuz gödək paltar. |
YELƏKLİ (ID - 43360)sif. Yeləyi olan.
|
YELƏKSİZ (ID - 43361)sif. Yeləyi olmayan. Bir iyidin
dünya varı olmasa; Yeləksiz ox kimi çovar deyərlər. Xəstə Qasım. |
YELƏN (ID - 43362)is. Haşiyə, qıraq, kənar. Xalça yeləni. Yeləni göy kəlağayı. - Asılır evlərin divarlarından; Yeləni çiçəkli, güllü xalılar. O.Sarıvəlli. // Bütöv bir parçanın qırağına çəkilən başqa bir parça; calaq. Yorğan yeləni....
|
YELƏNCİRİ (ID - 43363)is. Varəncir, badəncir.
|
YELƏNLİ (ID - 43364)sif. Yeləni olan, haşiyəli.
|
YELƏNSİZ (ID - 43365)sif. Yeləni olmayan, haşiyəsiz.
|
YELGƏ (ID - 43366)is. məh. 1. Qadın saçı.
2. At yalı. |
YELİN (ID - 43367)is. Məməli heyvanlarda süd yığılan (süd vəziləri və məmələri yerləşən) orqan. Bu inəyin yelinində süd çoxdur. - Salxımsalxım olacaqdır ağ üzümü tənəklərin; Yelinləri dolacaqdır yenə sağmal inəklərin. S. Vurğun. Yelini...
|
YELİNLƏMƏ (ID - 43368)“Yelinləmək”dən f.is.
|
YELİNLƏMƏK (ID - 43369)f Yelini südlə dolmaq. inəklər naxırdan qayıdınca yelinləyir. // Doğmağa yaxın heyvanın yelini böyümək, südlə dolmaq. inəkyelinləyib, bu gün-sabah doğacaq.
|
YELİNSOY (ID - 43370)is. məh. Məməli heyvanlarda yelin xəstəliyi.
|
YELKƏN (ID - 43371)is. 1. Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq, yığmaq. □ Yelkən açmaq (qaldırmaq) - yelkənləri açıb hərəkət...
|
YELKƏNLİ (ID - 43372)sif. Yelkəni olan, yelkənlə hərəkət etdirilən. Yelkənli gəmi. - Dənizdə gəzişən ağ yelkənli qayıqlar nəzəri cəlb edirdi. S.Hüseyn. Yelkənli gəmitək üzür göydə Ay; Qaraqoyunludan keçən Əyriçay; Əks edir köksündə güzgütək...
|
YELKƏNSİZ (ID - 43373)sif. Yelkəni olmayan. Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz (z.) qalar gəmilər. A.Səhhət.
|
YELQOVAN1 (ID - 43374)is. 1. bot. Toxumu külək vasitəsilə uzaqlara aparılıb, orada tökülən bir bitki və onun dəni; süpürüm. Həsi və o biri rəncbərlər xırmanda eşələnir, saman içindən yelqovanları çıxarırdılar. S.Rəhimov.
2. məc. Fikrində... |
Bu səhifə dəfə baxılıb