İzahlı lüğət

YELKƏN

is. 1. Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq, yığmaq. □ Yelkən açmaq (qaldırmaq) - yelkənləri açıb hərəkət etmək, yola düşmək. Dərviş olan gedər, gəzər dərində; Yelkən açar dayazlarda, dərində. Aşıq Ələsgər. Yelkən gəmisi - yelkənlə hərəkət edən (motorsuz) gəmi (qayıq). Yelkən çəkmək - bax yelkən açmaq. Tez olun, yelkən çəkin, düşək yola. Yelkənləri endirmək - hərəkət edən gəminin sürətini azaltmaq və ya saxlamaq. Üstünə tut və b. xırda meyvələri çırpmaq üçün iri bez parçası. Tutu yelkənə çırpmaq.
Badban, çərpələng. Yelkən uçurtmaq.
□□ Yelkəni suya salmaq (vermək) - təslim olmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed