İzahlı lüğət

YUBANMA (ID - 44075)

“Yubanmaq”dan f.is.

YUBANMADAN (ID - 44076)

zərf Gecikmədən, ləngimədən; tez, dərhal. Yubanmadan bunu aparıb yerinə çatdır. Yubanmadan qayıt gəl.

YUBANMAQ (ID - 44077)

f . Bir işə vaxtında başlamamaq, tələsməmək; gecikdirmək, ləngimək, gecikmək. Yubanma, işə başla! - Daxmalarda balıqçılar oyanmış; Bir parası çox gecikib yubanmış. A.Səhhət. Xan nökəri çağırıb dedi ki, getsin poçta tərəf...

YUBATMA (ID - 44078)

“Yubatmaq”dan f.is.

YUBATMAQ (ID - 44079)

f . Vaxtında etməmək, vaxtında görməmək; gecikdirmək, uzatmaq, ləngitmək. işi yubatmaq. Məktubun cavabını yubatma. Yığımı yubatmaq olmaz.

YUBİLEY (ID - 44080)

[lat. yubilaeus, əsli qəd. yəh.] Bir hadisənin, yaxud bir şəxsin fəaliyyətinin və s.-nin təntənəli surətdə qeyd edilən ildönümü. Artistin yubileyini keçirdilər. - Bütün Avropada kəmyab ikən, amma Bakıda; Nə səbəbdənsə bu...

YUBİLYAR (ID - 44081)

is. [lat.] Yubileyi keçirilən şəxs, təşkilat və s. Yubilyara təbrik teleqramı göndərmək. Son söz yubilyara verildi. - ..Böyük, kiçik hamı şanlı yubilyarı alqışlamaq və onu öpməyə gəlmişdi. Mir Cəlal.

YUBKA (ID - 44082)

[rus. əsli fr.] Beldən aşağı geyilən qadın geyimi, arvad tumanı. Xanpəri tez ayağa durub yubkanın ətəklərini dəstələdi. Ə.Vəliyev. Züleyxa da həvəssiz halda əlini Fərmana uzatdı və yubkasını səliqə ilə yığışdırıb,...

YUDURTMA (ID - 44083)

“Yudurtmaq”dan f.is.

YUDURTMAQ (ID - 44084)

“Yumaq”dan icb. Paltarları yudurtmaq. Pəncərələri yudurtmaq. - [Arvadı] burada sözə tutub qızın əliniüzünü yudurdardılar. R.Əfəndiyev.

YUFT (ID - 44085)

is. Qaramal, at və donuz dərisinin aşı maddələri ilə emalından alınan materiallar.

YUXA (ID - 44086)

is. 1. Nazik yayılmış (mayasız) xəmirdən sacda bişirilən çörək növü; yayma. Yuxa, yuxa, yolda tıxa. (Ata. sözü). Aradan bir az keçməmişdi ki, Səhnəbanının anasını yuxa üstünə apardılar. “Aşıq Ələsgər” . Göyçək...

YUXAÇI (ID - 44087)

is. Yuxa bişirib satan adam.

YUXALAMA (ID - 44088)

“Yuxalamaq”dan f.is.

YUXALAMAQ (ID - 44089)

f Yuxa yaymaq.

YUXALIQ (ID - 44090)

is. Yuxa üçün yararlı olan. Yuxalıq xəmir. // ...yuxaya çatacaq qədər. Dağarcığın dibində on-on beş yuxalıq un, iki bişirimlik düyü qalmışdır. Ə.Abasov.

YUXALMA (ID - 44091)

“Yuxalmaq”dan f.is.

YUXALMAQ (ID - 44092)

f . Yumşalmaq, nazikləşmək, incəlmək. □ Ürəyi yuxalmaq - kövrəlmək, riqqətlənmək, təsirlənmək. Kamran üzünü çevirib ondan uzaqlaşanda koxanın ürəyi yuxaldı. Ə.Əbülhəsən. Hər il yay tətili zamanı xalasının yanında...

YUXALTMA (ID - 44093)

“Yuxaltmaq”dan f.is.

YUXALTMAQ (ID - 44094)

f . İncəltmək, nazikləşdirmək. Bəsdir, ürəyimi yuxaltdın.

YUXARI (ID - 44095)

1. sif Üst, üstdə olan, yüksəkdə olan, yuxarıda olan. Yuxarı mərtəbə. Gəminin yuxarı göyərtəsi. - [Qərənfil xala] cəld yuxarı otağa çıxdı. Ə.Vəliyev. // Zərf mənasında. Yuxarı qaldırmaq. Yuxarı çıxmaq. - ..Kərbəlayı...

YUXARIBAŞ (ID - 44096)

zərf Otağın baş tərəfi, məclisin ən hörmətli yeri. Yuxarıbaşda sandalya üstə əyləşib həzrət Əşrəf. C.Məmmədquluzadə. Molla Güləndam bacı məktəbin yuxarıbaşında oturub köynək tikirdi. Çəmənzəminli.

YUXARIDAKI (ID - 44097)

sif. 1. Yuxarıda (üstdə), yuxarı (üst) tərəfdə, yuxarı (üst) qatda olan. Yuxarıdakı qonşular. Yuxarıdakı kitabı mənə ver.
2. İrəlidəki, qabaqdakı, əvvəldəki. Yuxarıdakı söhbət aramızda qalsın. // is. Yuxarıda haqqında...

YUXARIKI (ID - 44098)

sif. Yuxarıda, yüksəkdə, hündürdə olan. [Şiraslan öz-özünə deyirdi:] Əgər o yuxarıkı turşsu, bax, o qocaman palıdın altında olsaydı,.. onda bütün yolçular burada əylənər(dilər). S.Rəhimov.

YUXU (ID - 44099)

is. 1. Dövraşırı yatmaq şəklində davam edən fizioloji hal (bu zaman beyin - şüur tamamilə, ya da qismən fəaliyyətdən qalır, bir sıra fizioloji proseslər zəifləyir və bədən dincəlir). Yuxudan ayılmaq. Yuxu zamanı. Yuxuda və ayıqlıqda....

YUXUCUL (ID - 44100)

sif Çox yatan, yatmağı çox sevən. Yuxucul adam.

YUXUCULLUQ (ID - 44101)

is. Yatmağı çox sevmə.

YUXUGƏTİRƏN, YUXUGƏTİRİCİ (ID - 44102)

sif. Yuxulatmaq xassəsi olan; yuxuladan, yuxuladıcı. Yuxugətirən dərman.

YUXUGÖRMƏ (ID - 44103)

is. Yuxuda görülən şey; röya.

YUXULAMA (ID - 44104)

“Yuxulamaq”dan f.is.

YUXULAMAQ (ID - 44105)

f Yuxuya getmək; yatmaq, uyumaq. Uşaq yuxuladı. - Oğul, oğul, amandır; Çox yuxulamaq yamandır. M.Ə.Sabir. ..Qızların ikisi Zeynəbin qucağında şirin yuxuladılar. C.Məmmədquluzadə. [Xəstənin] yuxuladığı, ya halsız düşdüyü məlum...

YUXULATMA (ID - 44106)

“Yuxulatmaq”dan f.is.

YUXULATMAQ (ID - 44107)

icb. Yuxulamağa məcbur etmək, yuxu gətirmək. Dərman adamı yuxuladır. Uşağı yuxulat.

YUXULU (ID - 44108)

sif. və zərf 1. Yatmış halda (olan), yaxud yatmış halda ikən. Yuxulu uşaq. Yuxulu halda danışmaq. - Kəramət uşaqlarını ancaq yatdıqları yerdə, yuxulu olduqları vaxt oxşayar, öpərdi. Ə.Əbülhəsən. // Yanyatmış, yanayıq, hələ...

YUXULULUQ (ID - 44109)

is. Yuxulu halda olma, yuxulu vəziyyət.

YUXULU-YUXULU (ID - 44110)

zərf Yuxudan hələ ayılmamış bir vəziyyətdə, yuxulu halda. Yuxulu-yuxulu hara gedirsən? Yuxulu-yuxulu durub qapını açdı.

YUXUPİŞİYİ (ID - 44111)

is. zar. Çox yatan, yatmağı çox sevən adam haqqında. O, lap yuxupişiyidir.

YUXUSUZ (ID - 44112)

sif. Yatmadan keçirilən; uyqusuz. Yuxusuz gecələr çıxdı qarşıma; Fəqət töyşümədi bu polad sinəm. S.Vurğun. // Yatmayan, yuxulamayan, yuxu bilməyən, ən ayıq; oyanıq. Yuxusuz qarovulçular. - Yuxusuz maraltək hərdən süzülüb;...

YUXUSUZLAMA (ID - 44113)

“Yuxusuzlamaq”dan f.is.

YUXUSUZLAMAQ (ID - 44114)

f Yuxusuz olmaq, yuxu həsrətində olmaq.

YUXUSUZLANMA (ID - 44115)

“Yuxusuzlanmaq”dan f.is.

YUXUSUZLANMAQ (ID - 44116)

bax yuxusuzlamaq.

YUXUSUZLAŞMA (ID - 44117)

“Yuxusuzlaşmaq”danf.is.

YUXUSUZLAŞMAQ (ID - 44118)

f . Getdikcə yuxusuz olmaq, yuxusu azalmaq, az yatmaq.

YUXUSUZLATMA (ID - 44119)

“Yuxusuzlatmaq”danf.is.

YUXUSUZLATMAQ (ID - 44120)

icb. Yuxudan məhrum etmək, yuxusunu əlindən almaq, az yatmağa məcbur və ya vərdiş etdirmək.

YUXUSUZLUQ (ID - 44121)

is. Uyumama, uyuya bilməmə, yuxusu olmama; uyqusuzluq. Yuxusuzluq qocalarda daha çox olur. Yuxusuzluqdan əziyyət çəkmək. - Uruzu yuxusuzluqdan aclıq və yorğunluqdan çox, çəkdiyi mənəvi iztirablar sıxmışdı.. M.Rzaquluzadə. Səməd...

YUKAGİR (ID - 44122)

Yakutiyada yaşayan şimal xalqlarından biri və bu xalqa mənsub adam. Yukagir dili.

YUKKA (ID - 44123)

is. [lat.] bot. Həmişəyaşıl bitki cinsi.

YUQOSLAV (ID - 44124)

Yuqoslaviya əhalisinə mənsub adam.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed