
YUBANMAQf . Bir işə vaxtında başlamamaq, tələsməmək; gecikdirmək, ləngimək, gecikmək. Yubanma, işə başla! - Daxmalarda balıqçılar oyanmış; Bir parası çox gecikib yubanmış. A.Səhhət. Xan nökəri çağırıb dedi ki, getsin poçta tərəf və görsün Novruzəli harda qaldı və nə bais oldu ki, belə yubandı. Məmmədquluzadə. [Müəllim:] Ancaq şərtimiz bu oldu ki, yubanmayıb, təyin etdiyimiz saatda gəlsin, daha məni çox gözlətməsin. Qantəmir.
Paylaşın - Hamı bilsin
|