YUXUSUZsif. Yatmadan keçirilən; uyqusuz. Yuxusuz gecələr çıxdı qarşıma; Fəqət töyşümədi bu polad sinəm. S.Vurğun. // Yatmayan, yuxulamayan, yuxu bilməyən, ən ayıq; oyanıq. Yuxusuz qarovulçular. - Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir. // Zərf mənasında. Gecəni yuxusuz keçirmək. - O gecəni Bəxtiyar səhərədək yuxusuz qaldı. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|