İzahlı lüğət

YEGER (ID - 43275)

is. [alm.] 1. Ovçuluq təsərrüfatlarında ov haqqında qanuna nəzarət edən peşəkar ovçu.
2. Bəzi ordularda xüsusi nişançı polklarında xidmət edən əsgər.

YEHAYE (ID - 43276)

is. dan. 1. Ardı kəsilmədən iştaha ilə yemə (çoxları haqqında). Yehaye başlandı.
2. məc. Hərə bir tərəfdən yemə, mənimsəmə, dağıtma; kütləvi rüşvətxorluq.

YEXİDNA (ID - 43277)

is. zool. 1. Avstraliyada yaşayan kirpiyəbənzər heyvan.
2. Avstraliyada yaşayan zəhərli ilan.

YEK (ID - 43278)

say [fars.] klas. Bir (adətən bir sıra mürəkkəb sifətlərin “bir” , “tək” mənasında olan birinci tərkib hissəsi; məs.: yekdil, yekrəng).

YEKBƏYEK (ID - 43279)

zərf [fars. ]: yekbəyek gəlmək - üz-üzə gəlmək, müxalifət göstərmək, toqquşmaq, sözü düz gəlməmək. Axı belə ağır bir zəmanədə böyüklərlə bu cür yekbəyek gəlmək yalnız ziyan gətirə bilər. M.Hüseyn.

YEKCƏHƏT (ID - 43280)

sif. və zərf [fars. yek və ər. cəhət] klas. Həmrəy, həmfikir, yekdil. Mən yekcəhətəm təriqətimdə. Füzuli. [Molla Vəli:] Hamı yekdil, yekcəhət bu yolda qan tökməyə amadə olar. Ə.Haqverdiyev. □ Yekcəhət olmaq köhn. - həmrəy...

YEKCƏHƏTLİK (ID - 43281)

is. köhn. Həmrəylik, həmfikirlilik, yekdillik. Sənə ancaq yekcəhətlik və yekdillik lazımdır [ki], revolyusiya edib übudiyyətdən nicat tapasan. M.F.Axundzadə.

YEKCİNS (ID - 43282)

sif. [fars. yek və ər. cins] Eynicinsli, eyni cinsdən olan, eyni xarakterli, eyni keyfiyyətli, eyni tərkibli. Yekcins cisim. Yekcins maddə. // Xalis, saf, qatışığı olmayan.

YEK-DİGƏR (ID - 43283)

[fars.] köhn. Bir-birini, birbirinə, bir tərəf digər tərəfi (tərəfə). □ Yekdigəri ilə - bir-biri ilə.

YEKDİL (ID - 43284)

sif. [fars.] Fikri, hissi, rəyi bir olan; həmrəy. Yekdil qərar. // Zərf mənasında. [Mirzə Həsən:] Şura hökumətinin təkliflərini ürəkdən, yekdil, yekcəhət alqışlamalıyıq. Ə.Haqverdiyev. □ Yekdil olmaq - fikri, rəyi, qərarı...

YEKDİLLİK (ID - 43285)

is. Fikir, rəy birliyi; həmrəylik. Yekdillik göstərmək.

YEKƏ (ID - 43286)

sif. 1. Həcmcə, boyca, cüssəcə böyük, iri. Yekə daş. Yekə ağac. Yekə bədən. - Yekə başın faydası yoxdur, içində beyin gərək. (Ata. sözü). Ətrafdakı hər şey Səmədin nəzərində qeyb oldu, təkcə Məmiş Əlləzoğlunun yekə...

YEKƏBAŞ (ID - 43287)

sif. 1. Başı böyük olan. Yekəbaş adam.
2. məc. Çətin qanan, höcət, kənək; qaba, mərifətsiz adam. Gör yekəbaş, gönüqalın axmaq, malımı nə günə salıb! Mir Cəlal.

YEKƏBAŞLI (ID - 43288)

bax yekəbaş 1-ci mənada.

YEKƏBAŞLIQ (ID - 43289)

is. Qanmazlıq, qabalıq, kobudluq.

YEKƏBIG(LI) (ID - 43290)

sif. Bığları yekə olan. Sonra yekəbığlı, yoğunqarın bir fəhlə çıxıb danışdı. Qantəmir.

YEKƏBURUN (ID - 43291)

sif. Burnu yekə olan. Yekəburun oğlan.

YEKƏBUYNUZ(LU) (ID - 43292)

sif. Buynuzları çox böyük olan, iribuynuzlu. Yekəbuynuz öküz, maral.

YEKƏDALAQ(LI) (ID - 43293)

sif. Dalağı şişmiş (xəstə).

YEKƏDIRNAQ(LI) (ID - 43294)

sif. Dırnaqları çox iri, yaxud çox uzun olan.

YEKƏDİŞ(Lİ) (ID - 43295)

sif. Dişləri çox iri olan.

YEKƏDODAQ (ID - 43296)

sif. Dodaqları böyük, enli olan. Yekədodaq adam.

YEKƏDÖŞ(LÜ) (ID - 43297)

sif. Döşləri çox iri olan.

YEKƏXANA (ID - 43298)

sif. Özünü hər kəsdən yüksək sayan, lovğa, təkəbbürlü, başqasını bəyənməyən.
□□ Yekəxana danışmaq - bax yekə-yekə danışmaq (“yekə-yekə” də).

YEKƏXANALANMAQ (ID - 43299)

f Saymazyanalıq etmək, heç kəslə hesablaşmamaq, lovğalanmaq, özünü başqalarından yüksək tutmaq, təşəxxüslənmək, lovğa-lovğa danışmaq.

YEKƏXANALIQ (ID - 43300)

is. Lovğalıq, təşəxxüs, özünü başqalarından yüksək tutma, başqalarını saymama. [Fərzəli:] Bilmirəm heç sizə bu iddia, bu yekəxanalıq haradan belə gəlibdir. S.Rəhimov.

YEKƏXANA-YEKƏXANA (ID - 43301)

bax yekəyekə.
□□ Yekəxana-yekəxana danışmaq - bax yekə-yekə danışmaq (“yekə-yekə” də).

YEKƏXANALANMA (ID - 43302)

“Yekəxanalanmaq”dan f.is.

YEKƏQANAD(LI) (ID - 43303)

sif. Qanadları çox böyük olan.

YEKƏQARIN (ID - 43304)

sif. 1. Qarnı çox yekə, iri olan. Yekəqarın kişi. - [Mirzə Həsən:] O yekəqarın kulakla nə söhbət eləyirdin? Ə.Haqverdiyev.
2. məc. Qarınqulu, doymaq bilməyən.

YEKƏQAŞ (ID - 43305)

sif. 1. Qaşı enli və qalın olan, enliqaş (bax qaş 1-ci mənada). Yekəqaşadam.
2. Qaşı böyük olan (bax qaş2-ci mənada). [Oğlan:] Yəni burada, siz buyuran, ən əla, yekəqaş brilyant üzük.. vardır? S.Rəhimov.

YEKƏQULAQ(LI) (ID - 43306)

sif. Qulaqları çox böyük olan; palazqulaq.

YEKƏQUYRUQ (ID - 43307)

sif. Quyruğu çox böyük olan; şələquyruq.

YEKƏLƏNDİRİLMƏ (ID - 43308)

“Yekələndirilmək”dən f.is.

YEKƏLƏNDİRİLMƏK (ID - 43309)

məch. Yekə hala salınmaq; iriləşdirilmək.

YEKƏLƏNDİRMƏ (ID - 43310)

“Yekələndirmək”dən f.is.

YEKƏLƏNDİRMƏK (ID - 43311)

f . Böyütmək, iriləşdirmək.

YEKƏLƏNMƏ (ID - 43312)

“Yekələnmək”dən f.is.

YEKƏLƏNMƏK (ID - 43313)

f . Yekə olmaq, iriləşmək. // Yaşa dolmaq, böyümək. Uşaqlar daha yekələniblər.

YEKƏLƏTMƏ (ID - 43314)

“Yekələtmək”dən f.is.

YEKƏLƏTMƏK (ID - 43315)

f. Daha yekə etmək, daha da böyütmək.

YEKƏLİK (ID - 43316)

is. 1. Yekə şeyin halı; irilik, həcmcə böyüklük. Daşın yekəliyi. Ayaqqabının yekəliyi. - Başın yekəliyi dövlətdir, ayağın yekəliyi neybət. (Ata. sözü). O yekəlikdə tayadan üç-dörd çəngə ot çıxır. M.Hüseyn. [Qədir:]...

YEKƏLMƏ (ID - 43317)

“Yekəlmək”dən f.is.

YEKƏLMƏK (ID - 43318)

f . Yekə olmaq, həcmcə, boyca artmaq. Bağda ağaclar lap yekəlmişdir. Qarnı yekəlmək. // Böyümək, yekələşmək. Yaşar da ata-anasının və mülayim nənəsinin, bir də Səlimin məhəbbəti ilə boy atıb yekəlirdi. S.Rəhimov.
2....

YEKƏLTMƏ (ID - 43319)

“Yekəltmək”dən f.is.

YEKƏLTMƏK (ID - 43320)

f . 1. Böyütmək, iriləşdirmək. // məc. Şişirtmək, böyütmək, yekə göstərmək. Xırda məsələni yekəltmək lazım deyil.
2. məc. Böyük tutmaq; qürrələnmək. Özünü az yekəlt. - Aslan özü bilmədən özünü dartıb yekəltmək...

YEKƏPƏR (ID - 43321)

sif və is. Çox yekə, çox iri, cüssəcə çox böyük. Dəmirçioğlu baxdı ki, bu, bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu” . Mən onların yekəpər köpəyini göstərib: - O dinsizlərin öhdəsindən...

YEKƏPƏRLİK (ID - 43322)

is. Yekəpər adamın (heyvanın) hal və görünüşü.

YEKƏRAQ (ID - 43323)

sif. köhn. Böyüktəhər, bir qədər yekə, iri. // Çox yekə. Hər kəsin olsa başında yekəraq əmmamə; Görünür xəlqdə guya ki, odur əllamə. S.Ə.Şirvani.

YEKƏSAQQAL (ID - 43324)

sif. Saqqalı yekə olan. Yekəsaqqal kişi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed