YANDIRICI (ID - 42375)sif Yandırmaq xassəsi olan; yandıran, yaxıcı, qızmar. [Günəşin] yandırıcı şüaları amansızcasına yerə şığıyır(dı). Ə.Əbülhəsən. Qoşqar.. yandırıcı dağ günəşinin altında zər kimi bərq vuran balıqları yığmağa...
|
YANDIRILMA (ID - 42376)“Yandırılmaq”dan f.is.
|
YANDIRILMAQ (ID - 42377)“Yandırmaq”dan məch. De, bəlkə də od içində bu gecə yarı; Söndürürsən yandırılmış bir xanimanı. S.Vurğun.
|
YANDIRMA (ID - 42378)“Yandırmaq”dan f.is.
|
YANDIRMAQ (ID - 42379)f . 1. Yanmağına səbəb olmaq; alışdırmaq. Lampanı yandırmaq. Kibrit yandırmaq. İşığı yandırmaq. Fənər yandırmaq. - [Xudayar bəy:] Zəhmət olmasa, bir ispiçkə çək, bu qovu yandırım. C.Məmmədquluzadə. Əhməd aralıq peçini...
|
YANDIRTMA (ID - 42380)“Yandırtmaq”dan f.is.
|
YANDIRTMAQ (ID - 42381)icb. Yandırmağa məcbur etmək.
|
YANĞI (ID - 42382)is. 1. Ürəyi su istəmə, susama, susuzluq, atəş. Su yanğımı kəsmir. Atlar yanğıdan əldən düşdü. □ Yanğısını (ürək yanğısını) söndürmək - su içmək ehtiyacını (su içməklə) rəf etmək, atəşini söndürmək. Ürək...
|
YANĞILI (ID - 42383)sif 1. Yanğısı olan, susamış.
2. məc. Odlu, alovlu, atəşin. El tazə havalar, yeni sözlər sevir indi; Atəşli könül, yanğılı dillər sevir indi. Ə.Nəzmi. |
YANĞIN (ID - 42384)is. 1. Binanı, əmlakı, ümumiyyətlə yana bilən hər şeyi geniş miqyasda qaplayıb məhv edən alov, atəş; habelə yanma prosesinin özü. Yanğın baş vermək. Yanğını söndürmək. Meşə yanğını. Yanğına qarşı tədbirlər. - Kükrəyib...
|
YANĞINSÖNDÜRƏN (ID - 42385)1. is. Yanğın dəstəsində xidmət edən şəxs, yanğın komandası işçisi. Rəhim orada dayanan yanğınsöndürənlərə müraciət edərək: - Gedə bilərsiniz! dedi. Ə.Sadıq. Yanğınsöndürənlər dənizdən buruğa şlanqlarla su çəkirdilər....
|
YANI (ID - 42386)dan. bax yanakı.
|
YANIB-TÖKÜLMƏK (ID - 42387)f 1. Bir haqsızlıq qarşısında və ya başqa bir səbəb üzündən ağır mənəvi əzab və işgəncə keçirmək; yanıbyaxılmaq.
2. Qibtə etmək, paxıllıq etmək. Sədr baxdı, baxdı, yandı-töküldü. Mir Cəlal. |
YANIB-YAXILMAQ (ID - 42388)f. 1. Ürəkdən heyifsilənmək, çox acımaq, ağır mənəvi əzab və iztirab keçirmək. Vaqif bu mənzərəyə baxıb düşünür və düşündükcə də yanıb-yaxılırdı. Çəmənzəminli. indi yanıb-yaxılıram; Sərt dilləndim sənə niyə?...
|
YANICI (ID - 42389)sif. Yanmaq xassəsi olan; tezyanan, alışqan. Yanıcı qazlar.
|
YANIXMAQ (ID - 42390)f . dan. Yanmaq, çox heyifsilənmək, təəssüf etmək. Hər ikisi üçün bu iş çox ağır gəlirdi. Alo xüsusən bərkyanıxırdı. S.Rəhimov.
|
YANIQ (ID - 42391)1. is. Yanmış şey. Yanıq qoxusu. Yanıq dadı.
2. is. Od və ya başqa yandırıcı şeyin təsiri ilə bədən toxumasında əmələ gələn zədə. // Yanmaq əsəri, bədənin yanmış yerinin nişanəsi, izi. Əlinin yanığı. Üzündə bir... |
YANIQARA (ID - 42392)is. məh. Heyvanlarda olan bir xəstəlik; sianoz.
|
YANIQLI (ID - 42393)sif. 1. Yanmış yeri olan, yanığı olan.
məc. Birindən acığı olan, birinə qarşı kini, qəzəbi olan; acıqlı (çox vaxt “əlindən” sözü ilə). Çoban padşahın əlindən çox yanıqlı idi. (Nağıl). Əşi, Fatmanisə xaladan... |
YANIQLIQ (ID - 42394)is. Yanıq şeyin halı.
|
YANIQLI-YANIQLI (ID - 42395)zərf Həzin-həzin, kədərli-kədərli; acı-acı. Yanıqlı-yanıqlı ağlamaq. - Şahsənəm gəlib gördü ki, Qərib yanıqlı-yanıqlı oxuyub ağlayır. “Aşıq Qərib” . Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran durna...
|
YANILMA (ID - 42396)“Yanılmaq”dan f.is.
|
YANILMAQ (ID - 42397)f Bir işi düz görməmək, yanlışlığa, səhvə yol vermək, səhv etmək. Adam yanıla-yanıla öyrənər. (Ata. sözü). Oxşatdım, yanıldım, könül verdim mən; Bilmədən vuruldum, ey dan ulduzu. C.Cabbarlı. Yanılmayıramsa o, məzlumluğu...
|
YANILTMA (ID - 42398)“Yanıltmaq”dan f.is.
|
YANILTMAQ (ID - 42399)f . Çaşdırmaq, aldatmaq, qəsdən fikrini azdırmaq. Əqlin aldın, yarım, deyin Vaqifin; Yanıltdın əlifin, beyin Vaqifin. M.P.Vaqif. Parça alanlar onu yanıldıb cavab verdilər: - Nəbi Sarı yataqdan yazıya çıxdı. “Qaçaq Nəbi” .
|
YANILTMAC (ID - 42400)is. Dil dolaşmadan tez-tez deyilməsi çətin olan söz birləşməsi əsasında qurulan cümlə, ifadə (xalq yaradıcılığının məzəli formalarından biri); məs.: qırx küp, qırxının da qulpu qırıq küp.
|
YANIMA (ID - 42401)“Yanımaq”dan f.is.
|
YANIMAQ (ID - 42402)f . dan. Hədələmək. Bu tərəf o oğlanı yanıdı, düşmən oldular. A.Divanbəyoğlu. Elə bil o, kimi isə yanıyırdı. M.Hüseyn. [Səadət xanım] üzüklü barmaqları ilə məni yanıyaraq acıqlı-acıqlı baxırdı. Mir Cəlal.
|
YANIMLIQ (ID - 42403) |
YANINCA (ID - 42404)zərf 1. Öz yanı ilə, yanında, özü ilə bərabər. Oğlunu yanınca aparmaq. - Həmin vəkillər yanlarıyca uzun-uzadı ərizələr, siyahılar gətirmişdilər. C.Məmmədquluzadə.
Biri ilə bərabər, yanaşı, bir yerdə, yanı ilə, yan-yana.... |
YANI-YANI (ID - 42405)bax yan-yanı. Həcər qocanın görməməsi üçün yanı-yanı çəkilib alma ağacına sıxılmaq istədi. S.Rəhimov.
|
YANIQ-YANIQ (ID - 42406)zərf Yanıqlı-yanıqlı. Aşıq Qərib yanıq-yanıq söyləsin; Enib eşqin dəryasını boylasın. “Aşıq Qərib” .
|
YANQILICI (ID - 42407)zərf köhn. Yanakı (papağın başa qoyulması tərzi). Papağı yanqılıcı qoymaq. - Yoxsa ki papaq yanqılıcı; Əldə də bir quş, həm məst və bihuş. M.Ə.Sabir.
|
YANLAMA (ID - 42408)“Yanlamaq”dan f.is.
|
YANLAMAQ (ID - 42409)f Yan almaq, yanaşmaq, yaxınına, yanına gəlmək, yaxınlaşmaq. Anam mətbəxdə qurdalanırdı. Yanlayıb qulağına əyildim. Mir Cəlal. ..Müəllim tez Meracı yanlayaraq qabağa göndərdi. Ə.Vəliyev.
|
YANLI (ID - 42410)sif Yanı, tərəfi olan.
|
YANLIQ (ID - 42411)is. Bir şeyin yan hissəsində olan şey; yan hissəsi; bir şeyin yanını təşkil edən, yanına qoyulan, əlavə edilən şey. Alaçığın yanlığı. Çiçəyin yanlığı.
|
YANLIQLI (ID - 42412)sif. Yanlığı olan. Yanlıqlı araba.
|
YANLIQSIZ (ID - 42413)sif. Yanlığı olmayan.
|
YANLIŞ (ID - 42414)1. sif. Düzgün olmayan, doğru olmayan; səhv. Yanlış məlumat. Yanlış söz. Yanlış fikir. - Bilirdim ki, ilk təəssürat nə qədər güclü olsa da, çox vaxt insanı birtərəfli, yanlış nəticələrə aparıb çıxardır. M.Hüseyn. Təcrübədə...
|
YANLIŞLI (ID - 42415)sif. Yanlış (səhv, qələt) olan.
|
YANLIŞLIQ (ID - 42416)is. Səhv etmə, xata və səhv etmə, yanlış söz və ya hərəkət; səhv, qələt. Onun sözündə bir yanlışlıq var. - Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. S.Hüseyn.
|
YANLIŞSIZ (ID - 42417)sif. Səhvsiz, qələtsiz; düzgün. Yanlışsız yazı. Yanlışsız (z.) yazmaq.
|
YANLIŞSIZLIQ (ID - 42418)is. Səhvsizlik, qələtsizlik.
|
YANMA (ID - 42419)“Yanmaq”dan f.is.
|
YANMAQ (ID - 42420)f . 1. Odlanmaq, alovlanmaq, od tutmaq, tutaşmaq. Odun yaxşı yanır. - Düşmən tərəfindən od vurulan kənd yanırdı. Ə.Vəliyev. // Odun, istinin təsiri ilə məhv olmaq, külə dönmək. Kağız tonqala düşüb yandı. Buxarıdakı odunların...
|
YANMALI (ID - 42421)sif Halına acımalı; halı şəfqət, mərhəmət doğuran, yazıq, zavallı (adətən “halına” sözü ilə). Halına yanmalı adam.
|
YANMAZ (ID - 42422)sif. Yanmayan, alışmayan, yanmaq xassəsi olmayan, od təsir etməyən, odadavamlı, odda, alovda tələf olmayan. Yanmaz maddələr.
|
YANMIŞ (ID - 42423)“Yanmaq”dan (1, 2, 3, 6, 7, 8 və 13-cü mənalarda) fsif Yanmış körpünün qalığı. Yanmış ev. Yanmış çörək (xörək). Yanmış lampalar. Susuzluqdan yanmış çöllər. - [Salamın] yanmış, yorğun və tük basmış üzünü sərin...
|
YANPÖRTÜ (ID - 42424)zərf Yanı üstündə, yanakı, yan tərəfə əyilərək; çəpəki, çəpinə. Heybət yəhərin üstündə yanpörtü oturaraq Şamoya tərəf boynunu uzatdı. S.Rəhimov. Maşın axına qarşı yanpörtü durduğundan, sel onun bir tərəfini tez-tez...
|
Bu səhifə dəfə baxılıb