İzahlı lüğət

YANIQLI

sif. 1. Yanmış yeri olan, yanığı olan.
məc. Birindən acığı olan, birinə qarşı kini, qəzəbi olan; acıqlı (çox vaxt “əlindən” sözü ilə). Çoban padşahın əlindən çox yanıqlı idi. (Nağıl). Əşi, Fatmanisə xaladan nə yaman yanıqlısan! S.Rəhimov. Qızın məktubundan qeyzlənərək; Yanıqlı bir məktub yazdırdı ona. B.Vahabzadə.
məc. Kədərli, ələmli, qüssəli, qəmli, həzin; kədər gətirən, təsirli. Yanıqlı hava. Yanıqlı səs. - Birdən eşitdiyim yanıqlı bir fəryad məni yuxudan ayıltdı. S.Hüseyn. Çiçəklərin titrəşib bir-birinə baş-başa gəlmələri elə bil bülbülün yanıqlı səsinə səbəb olurdu. Çəmənzəminli. Rəhim bəy yanıqlı bir ah çəkdi. M.Hüseyn.
zərf Yanıqlı-yanıqlı, həzin-həzin. Yanıqlı oxumaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed