
YANDIRICIsif Yandırmaq xassəsi olan; yandıran, yaxıcı, qızmar. [Günəşin] yandırıcı şüaları amansızcasına yerə şığıyır(dı). Ə.Əbülhəsən. Qoşqar.. yandırıcı dağ günəşinin altında zər kimi bərq vuran balıqları yığmağa başlardı. İ.Hüseynov. // Məc. mənada. Yandırdı məni yandırıcı fırqəti anın. Nəsimi. Heyf a ki bu ali və pakizə hiss [məhəbbət], bu yandırıcı atəş bizim qəlbimizdə yoxdur. F.Köçərli.
Paylaşın - Hamı bilsin
|