İzahlı lüğət

YORĞALATMAQ (ID - 43975)

icb. Yorğalamağa məcbur etmək, yorğa yerişlə sürmək. // İti sürmək, bərk sürmək.

YORĞALIQ (ID - 43976)

is. Yorğa yeriyən atın hal və keyfiyyəti. Atın yorğalığı.
□□ Qocalıqda yorğalıq - bax qocalıq.

YORĞAN (ID - 43977)

is. Yatanda örtünmək üçün içi yunlu və ya pambıqlı geniş örtü. Qalın yorğan. Yun yorğan. Üstünə yorğan örtmək. - Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər. Üstümə bir...

YORĞANAĞI (ID - 43978)

is. Yorğana keçirilən xüsusi ağ, yaxud onun altından salman mələfə.

YORĞANÇA (ID - 43979)

is. Kiçik yorğan, balaca yorğan; uşaq yorğanı.

YORĞANÇI (ID - 43980)

bax yorğansırıyan, yorğantikən.

YORĞAN-DÖŞƏK (ID - 43981)

top. Yorğan, döşək, balışdan ibarət yatacaq ləvazimatı. Hamı aptekxanalarda taxtabiti tozu satırlar, get bir az al, səp yorğan-döşəyin ətrafına! N.Vəzirov. [Səlimə:] Ay Qurban, yuxun gəlirsə, yorğandöşək salım, bir az yat....

YORĞANIQALIN (ID - 43982)

sif. dan. Havadarı, himayəçisi olduğu üçün əməllərinin üstü açılmayan adam haqqında.

YORĞANLIQ (ID - 43983)

1. sif. Yorğana yarayan, yorğan üçün lazım olan.
2. is. Yorğana yarayan parça. Çit yorğanlıq. Yaxşı yorğanlıq almışam.

YORĞANSIRIYAN, YORĞANTİKƏN (ID - 43984)

is. Yorğan sırımaqla (tikməklə) məşğul olan adam. Yorğansırıyan qadın.

YORĞANÜZÜ (ID - 43985)

is. Yorğanın üzünə çəkilən adi və ya naxışlı parça. [Mahmud Sonaya:] Hələ gör sənə nə gətirmişəm: çit, şal, yorğanüzü, tumanlıq... Z.Xəlil. Sultanın əli taburetkanın üstündə duran telefon aparatına doğru uzananda ayağı...

YORĞANÜZÜLÜK (ID - 43986)

1. sif. Yorğanüzü üçün yarayan. Yorğanüzülük parça.
2. is. Yorğanüzü. Qələmkar yorğanüzülük.

YORĞUN (ID - 43987)

sif. Çox işləmək, yerimək, hərəkət etmək və digər fəaliyyət nəticəsində yorulmuş, üzgün düşmüş. Yorğun adam. Yorğun at. - Qışın soyuğunda da adam istəyir, girsin isti kürsüyə və yorğanı çəksin başına, bir az da...

YORĞUN-ARĞIN (ID - 43988)

sif. Çox yorulmuş. Yorğun-arğın insanlar işdən sonra; Yığışmışdı divarları daş aynalı bir salona. S.Vurğun. □ Yorğun-arğın düşmək - çox yorulmaq, taqətsiz düşmək.

YORĞUNLAMA (ID - 43989)

“Yorğunlamaq”dan f.is.

YORĞUNLAMAQ (ID - 43990)

bax yorğunlaşmaq.
Ölən öldü, qalanın dərdini dərmanlamışıq; Dəxi bəsdir, dəxi bəsdir, dəxi yorğunlamışıq. Ə.Nəzmi.

YORĞUNLAŞMA (ID - 43991)

“Yorğunlaşmaq”dan f.is.

YORĞUNLAŞMAQ (ID - 43992)

f Yorğun düşmək, yorğun olmaq, yorğunluq nəticəsində taqətdən düşmək.

YORĞUNLUQ (ID - 43993)

is. Çox işləmək, yerimək, hərəkət etmək nəticəsində bədənin gücdən düşməsi, yorulması, yaxud zehnin bir müddət səmərəli surətdə işləyə bilməyəcək hala gəlməsi; üzgünlük, taqətsizlik hissi. Bədənimin yorğunluğu...

YORMA (ID - 43994)

“Yormaq’dan f.is.

YORMAQ1 (ID - 43995)

f. Yorulmasına səbəb olmaq, taqətdən salmaq, tabsız etmək; üzmək. Atı yormaq. Uşağı çoxlu tapşırıqla yormaq olmaz. Bu iş məni yordu. Yol adamı yorur.
Kinli paşalara meydan oxuyan; Çox köhlənlər yoran qoç Koroğludur. “Koroğlu”...

YORMAQ2 (ID - 43996)

bax yozmaq. Günəş də Qəhrəmanın yuxusunu yorurdu. Ə.Vəliyev.

YORNUQ (ID - 43997)

dan. bax yorğun. [Süleyman bəy:] İndi çay içərik, yornuğumuz çıxar. Ə.Haqverdiyev. ..Biz [müsəlmanlar] bəşəriyyət karvanının qatarından üzülmüş yornuq dəvə kimi bir yerdə qalıb, uzun dəhrləri xabiqəflətdə keçirmişik....

YORT (ID - 43998)

sif At yerişinin bir növü; löhrəm yeriş (bu yerişdə at bir qabaq ayağı ilə bir dal ayağını eyni vaxtda yerə qoyur).

YORTAVLAMAQ (ID - 43999)

f . məh. 1. Yorta yerişlə yeriməyə, yortmağa başlamaq. [Məcid] göy ürkəsinə bir acı qamçı çəkdi. Ürkə yortavladı. S.Rəhimov.
2. Sürətlə, çapa-çapa getmək. O, üzünü enişə tərəf döndərib: - Sən bir gör, necə də...

YORTDURMA (ID - 44000)

“Yortdurmaq”dan f.is.

YORTDURMAQ (ID - 44001)

icb. 1. Yortmağa, qaçmağa, çapmağa məcbur etmək. Sonra bizi yortdurub [Əmilmərduq] nəbzimizə baxdı. Çəmənzəminli.
2. məc. Boş-boş gəzməyə məcbur etmək.

YORTMA (ID - 44002)

1. “Yortmaq”dan f.is.
2. sif. Yort. [Tahir] ..atını yortma yerişlə sürməyə başladı. M.Hüseyn.

YORTMAQ (ID - 44003)

f . 1. Yort getmək, yerimək. Atlar tərpənib bir qədər yortdular. S.Rəhimov.
məc. Ümumiyyətlə, yerimək, qaçmaq, boş-boş gəzmək. O, yenə əvvəlki kimi orabura yortan, ixtisasının adı bulunmayan və qardaşının əlinə baxan Nəsir...

YORUCU (ID - 44004)

sif. Yorğunluq əmələ gətirən, yoran; ağır. Yorucu iş. Yorucu yol. Yorucu iclas. // Üzücü, cansıxıcı, usandırıcı. Yorucu söhbətlər. Yorucu mənzərə. Yorucu həyat.

YORULMA (ID - 44005)

“Yorulmaq”dan f.is.

YORULMAQ (ID - 44006)

f . Çox işləmək, çalışmaq, hərəkət etmək və s. fəaliyyət nəticəsində yorğunluq hiss etmək, gücdən düşmək. Gəzməkdən yorulmaq. İşləməkdən yorulmaq. Fikirləşməkdən yorulmaq. - Zeynəb bucaqda ayaq üstə durmaqdan lap...

YORULMAQSIZIN, YORULMADAN (ID - 44007)

zərf Yorulmaq bilmədən, istirahət etmədən, dayanmadan, aram tapmadan, arası kəsilmədən. Yorulmadan işləmək. Yorulmadan danışmaq.

YORULMAZ (ID - 44008)

sif Yorulmaq bilməyən; yorulmayan. Yorulmaz tədqiqatçı. Yorulmaz adam.

YORULMAZLIQ (ID - 44009)

is. Yorulmaz adamın hal və keyfiyyəti.

YOR-YOXSUL (ID - 44010)

top. Yoxsullar. Aşıq Humay indi, bu saat özündən çıxıb yor-yoxsulun başı üstündə qamçı oynadan mülkədar balalarına qan içirmiş Qaçaq Nəbidən deyir, Həcəri tərifləyirdi. Ə.Vəliyev.

YOSMA (ID - 44011)

sif. şair. Zərif, incə, işvəli, işvəkar, nazənin. ipəklər içində xumarlandıqca; Yosma gözəllərə dastanlar deyin. S.Vurğun.

YOSMALIQ (ID - 44012)

is. Zəriflik, incəlik, işvəkarlıq; işvə, naz.

YOSMARAQ (ID - 44013)

sif. Bəstəboylu, kiçik, alçaq.

YOSUN (ID - 44014)

is. bot. Kökü, gövdəsi, yarpağı olmayan və bununla da başqa su bitkilərindən fərqlənən sporalı su bitkisi, dənizdən çıxan otlar. Dəniz yosunu.

YOSUNLAMA (ID - 44015)

“Yosunlamaq”dan f.is.

YOSUNLAMAQ (ID - 44016)

f . Yosun bitmək, yosunu bağlamaq, yosunla örtülmək, yosun basmaq.

YOSUNLU (ID - 44017)

sif. Üstünü yosun basmış, yosunla örtülmüş. Yosunlu gölməçə.

YOSUNVARİ (ID - 44018)

sif. Yosuna oxşayan; tel-tel.

YOTLAŞDIRMA (ID - 44019)

dilç. “Yotlaşdırmaq”dan f.is.

YOTLAŞDIRMAQ (ID - 44020)

f . dilç. Yot (y) səsi ilə tələffüz etmək.

YOTLAŞMA (ID - 44021)

is. dilç. Saitlərin qabağında (adətən sözün əvvəlində və ya saitlərin arasında) yot (y) samitinin gəlməsi. Yotlaşma hadisəsi.

YOVQAR (ID - 44022)

is. Taxta yonmaq üçün alət; rəndə, ikidəstəli rəndə.

YOVM (ID - 44023)

is. [ər.] köhn. Gün, gecə-gündüz, sutka.

YOVMİYYƏ (ID - 44024)

is. [ər.] köhn. 1. Hər gün üçün verilən xərc, haqq, maaş; gündəlik. Azərittifaqdan göndərilən təftiş komissiyası aylarla oturar, öz yovmiyyəsini alar, bu dairəittifaqın işini əsaslı surətdəyoxlardı. S.Rəhimov. // sıf Gündəlik....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed