İzahlı lüğət

YORĞAN-DÖŞƏK

top. Yorğan, döşək, balışdan ibarət yatacaq ləvazimatı. Hamı aptekxanalarda taxtabiti tozu satırlar, get bir az al, səp yorğan-döşəyin ətrafına! N.Vəzirov. [Səlimə:] Ay Qurban, yuxun gəlirsə, yorğandöşək salım, bir az yat. Ə.Haqverdiyev.
□□ Yorğan-döşəkdən durmaq (qalxmaq) sağalmaq. Heç gör sən gedəndən də bir-iki ay sonra mən yorğan-döşəkdən dura biləcəyəm ki, bir söz də danışam? “Koroğlu” . Yorğandöşəyə düşmək (yıxılmaq) - bərk xəstələnmək. ..Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə düşdü. S.S.Axundov. Bir az da bu dərdi ilə baş-başa qalardısa, naxoşlayıb yorğan-döşəyə yıxıla bilərdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed