
YORMAQ1f. Yorulmasına səbəb olmaq, taqətdən salmaq, tabsız etmək; üzmək. Atı yormaq. Uşağı çoxlu tapşırıqla yormaq olmaz. Bu iş məni yordu. Yol adamı yorur.
Kinli paşalara meydan oxuyan; Çox köhlənlər yoran qoç Koroğludur. “Koroğlu” . Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. C.Məmmədquluzadə. □ Yol yormaq - çox gedib-gəlmək. [Çarvadar:] Ə, bu yolu yorduğun bəs deyil? S.Rəhimov. Özünü yormaq məc. - boş yerə əlləşmək, əbəs çalışmaq. Özünü yorma, bundan heç bir şey çıxmayacaqdır. // Gərgin zəhmət tələb edən bir işdə üstün gəlmək. Nərddə o məni yordu. Paylaşın - Hamı bilsin
|